Azərbaycan mehmanxana və restoranlarda yeni proqram tətbiq edəcək
Turizm sənayesində sanitariya və gigiyeniya normaları ilə bağlı proqram hazırlanıb - SAHMANDövlət Turizm Agentliyi və Azərbaycan Turizm Bürosu tərəfindən ölkənin turizm sənayesində sanitariya və gigiyena qaydalarına əməl olunmasının effektivliyini təmin edərək bizneslərin rəqabət qabiliyyətinin artırılması məqsədilə xüsusi proqram – Sanitariya və Gigiyena Metodları və Normaları Proqramı (SAHMAN - Safety and hygiene methods and norms) hazırlanıb.
Agentliyin yaydığı məlumatda bildirilir ki, COVID-19 pandemiyasının dünya üzrə ən çox mənfi təsir etdiyi sahə olaraq turizm yeni formalaşma dövrünə daxil olub. Yaranan hazırkı vəziyyətdə dünya turizmindəki yeni çağırışlar gigiyena və sanitariya qaydalarına xüsusi diqqət verilməsini və yeni standartların tətbiq olunmasını zəruri edir.
SAHMAN proqramının əsas məqsədi də ölkə daxilində və beynəlxalq aləmdə Azərbaycanı təhlükəsiz turizm məkanı kimi tanıtmaq və rəqabətliliyini artırmaqdır.
Proqram turistləri COVİD-19 tipli nəfəs yolu xəstəliklərindən qorumaq üçün sənaye nümayəndələrini qabaqlayıcı tədbirlər kimi sanitariya və gigiyena tövsiyələrinə əməl etməyə çağıraraq, həm də gələcəkdə baş verə biləcək hər hansı bu növ xəstəliklərlə mübarizədə uğurlu təcrübə formalaşdırmaq məqsədini daşıyır.
Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev qeyd edib ki, bu proqram Azərbaycanın post-pandemiya turizminin rəqabət qabiliyyətini artırmaq üçün hazırlanıb. Fuad Nağıyev layihənin digər dövlət qurumları ilə koordinasiyada hazırlandığını, BMT-nin Ümumdünya Turizm Təşkilatı tərəfindən dəstəkləndiyini bildirib. O qeyd edib ki, proqramın icrasına nəzarət üçün yerli və xarici mütəxəssislər tərəfindən mütəmadi olaraq monitorinqlər aparılacaq.
Qeyd edək ki, yerli sənaye nümayəndələri könüllü olaraq SAHMAN proqramına qoşulmaqla müvafiq dövlət orqanları tərəfindən müəyyən edilmiş mövcud standartlara əlavə olaraq bu proqramın da tələblərinə riayət etmək öhdəliyini qəbul edəcəklər.
Proqram dövlət-özəl tərəfdaşlığına əsaslanaraq təhlükəsizlik, şəffaflıq, sosial məsuliyyət, ədalətlilik, inklüzivlik, əməkdaşlıq və təbliğat kimi vacib prinsiplər rəhbər tutulmaqla həyata keçiriləcəkdir.
İlikin mərhələdə proqram yerləşdirmə (mehmanxana və mehmanxana tipli müəssisələr), ictimai iaşə obyektlərində (restoran və kafelər) və eyni zamanda turistlərə xidmət edən nəqliyyat vasitələrində tətbiqi nəzərdə tutulub.
Dövlət Turizm Agentliyi tərəfindən SAHMAN proqramına qoşulan sənaye nümayəndələrinə təlimlərin keçirilməsi, zəruri ləvazimatlarla təminat, marketinq və brendinq kimi istiqamətlərdə dəstək veriləcək, proqram çərçivəsində tələb olunan əlavə sanitariya və gigiyena tədbirlərinə yönəldilən xərclərinin bir hissəsi ehtiyaca uyğun olaraq qarşılanacaq.
SAHMAN proqramı onlayn qeydiyyat, onlayn və yerində keçiriləcək təlimlərdə iştirak və sertifikatlaşdırma, müvafiq nişanlanma ilə təmin edilmə, monitorinq və yoxlama kimi dörd əsas mərhələ üzrə həyata keçiriləcək. Daha ətraflı məlumat yaxın günlərdə təqdim ediləcək www.sahman.az saytında yerləşdiriləcək.
Proqramın icrasının monitorinqinə beynəlxalq PwC şirkəti dəstək verəcək.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
3 gün sonra
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
- 1 gün sonra
-
-
38 d. əvvəl
Özəl Sektor Forumu çərçivəsində 4,7 milyard dollarlıq sazişlər imzalanacaq
- 38 d. əvvəl
-
54 d. əvvəl
"Ziraat Bank Azərbaycan"da yeni təyinat - Aynur Mirzəyeva Departament direktoru oldu
-
58 d. əvvəl
Prezident İlham Əliyev ABŞ Konqresinin Nümayəndələr Palatasının üzvünü qəbul edib
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Azərbaycanda şirkətlərin sayı 6,5 faiz artaraq 209 mini keçib
- 1 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
Bank of Baku-dan krediti 100% tam onlayn kredit əldə edin
Azərbaycanda şirkətlərin sayı 6,5 faiz artaraq 209 mini keçib
Ən çox oxunanlar
Məşhur fast-food markası 2,7 milyard dollara satılır
Rəsmi məzənnələr açıqlandı
Neft qiymətləri 3 ayın minimumlarına yaxın qalıb
Bakı Metropolitenində böyük rəqəmsal yenilənmə: Rabalon şirkəti 3 İT həllini uğurla tətbiq edib
Layihələrdə gizli risklərə son: "STV Engineering" sərgidə yeni həllərini təqdim edəcək
Dünya bazarları FED-in bu axşam açıqlayacağı qərarını gözləyir
Azərbaycanın nar ixracından gəliri azalıb

























