PAŞA Sığorta şirkəti Uşaqların Beynəlxalq Müdafiəsi günü münasibəti ilə “Güvənli Gələcək” adlı layihəyə start verir!
®️Daim Korporativ Sosial Məsuliyyət layihələrinə böyük önəm verən PAŞA Sığorta şirkəti bu dəfə PAŞA Holdinqin dəstəyi və “Стоп Угроза” beynəlxalq uşaqlar və valideynlər üçün təhlükəsizlik məktəbinin rəsmi təmsilçisi “GİD CSR Consulting” şirkətinin təşkilatçılığı ilə Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibəti ilə “Güvənli Gələcək” adlı sosial layihəyə start verir.
Layihənin təşkil olunmasında əsas məqsəd paytaxtımız və bölgələrimizdə yerləşən uşaq evləri, sığınacaqlar və aztəminatlı ailələrin uşaqları üçün təhlükəsizlik üzrə təlimlərin keçirilməsidir.
Təlimlər bu gün dünyada və ölkəmizdə aktual mövzular olan “5 saniyə ərzində oğrulardan necə xilas olmaq olar?” və “Bullinqə son!” mövzularına həsr olunacaqdır. Bu təlimlərdə 8-14 yaş aralığında olan 600 uşağın iştirakı nəzərdə tutulub. Hazırda dünyada 35% uşaqların “Bullinqə” məruz qaldığı və təxmini olaraq 31% uşağın itkin düşdüyü məlumdur. Bizim əsas məqsədimiz ölkəmizdə bu halların azaldılması və övladlarımızın müdafiəsidir.
“Bullinqə son!” adlı təlimdə uşaqlar zərərli hərəkətlər və təsadüfi təhqirləri ayırmağı, cinayətkarları tanımağı, vəziyyətdən asılı olaraq mənəvi müqavimətin ən təsirli yollarını necə tapmağı, gizli manipulyasiyaları görməyi və onlara qarşı mübarizəni öyrənəcəklər. Bu təlimin gedişatında uşaqlarda hər hansısa qəribə hallara düzgün reaksiya vermək bacarığı aşılanaraq, vaxtında mübarizə aparmaq üçün böyüklərə müraciət edib susmamağın nə qədər vacib olduğu öyrədiləcək. Təlimlərin nəticəsi olaraq bu kimi halların baş verməsində azalma müşahidə ediləcəyi düşünülür.
“5 saniyə ərzində oğrulardan necə xilas olmaq olar? ” adlı təlimdən sonra uşaqlar öz təhlükəsizliyi üçün məsuliyyəti daha yaxşı dərk edir, dostları ilə alınan məlumatları müzakirə edərək, yeni məlumatlar əsasında davranış alqoritmini formlaşdırır. Təlimin nəticəsi olaraq uşaqlarda "Cinayətkar" obrazı yox olur, aydın şəkildə başa düşülür ki, real həyatda oğurluq edən şəxs xarici görünüş olaraq ümumiyyətlə şübhə yaratmaya bilər. Həmçinin, uşaqlar onları əhatə edən insanları dostlar və kənar adamlar qruplarına ayırmağı bacaracaq və onlarda etimad dairəsi haqqında anlayış yaranacaqdır.Təlimdən sonra bütün uşaqlar təhlükə zamanı hara qaçmalı olduqlarını və niyə dərhal böyüklərə hər şeyi danışmağın vacib olduğunu dərk edəcəklər.
Bir neçə ay davam edəcək layihə, sözü gedən mövzularda təlimlərin keçirilməsi, maarifləndirmə xarakterli çarxların hazırlanması və məktəblilər arasında təbliğat işlərinin aparılması kimi mərhələlərdən ibarətdir. Dərslər bu sahədə ixtisaslaşmış beynəlxalq təlimçilər tərəfindən və beynəlxalq proqramlar əsasında peşəkarcasına təşkil edilir. Nəticədə uşaqlar burada məmnuniyyətlə iştirak edir, bütün həyati alqoritmləri yadda saxlayır və praktikada təhlükəsiz davranış bacarıqlarına yiyələnilər.
Biz əminik ki, bu tip xüsusi proqramların keçirilməsi, gələcəkdə həyatın bütün mərhələlərində vacib situasiyalar zamanı övladlarımızın həyatında öz müsbət əksini tapacaq.
PAŞA Sığorta şirkəti 2006-cı ildən fəaliyyət göstərir. “PAŞA Holdinq” qrupunun üzvü olan “PAŞA Sığorta” 300 000-ə yaxın korporativ və fərdi müştərisinə 36 növ könüllü və icbari sığorta üzrə xidmət göstərir. Şirkət kapitalının, sığorta yığımlarının, sığorta ödənişlərinin həcmi və digər göstəriciləri ilə sığorta bazarının lider və ən böyük sığorta şirkətlərindəndir.
Müştərilərin xəbərləri
Bakıda sazişlər imzalandı - Biznesin İnkişafı Fondu, “Azerconnect Group”, “TuranBank”, “Rabitəbank”...
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
3 gün sonra
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
- 1 gün sonra
-
-
25 d. əvvəl
Bu gün PAŞA Bank-ın səhmləri ticarətə buraxılır - yerləşdirmə başlayır
- 57 d. əvvəl
- 1 saat əvvəl
- 10 saat əvvəl
- 13 saat əvvəl
- 15 saat əvvəl
-
15 saat əvvəl
ABB Daşkənddə mühüm saziş imzaladı: Özbəkistan planı sürətlənir
-
15 saat əvvəl
Bitki yağları idxalı 34,9% artıb, ilk 5 ayda 101 milyon dolları keçib
-
15 saat əvvəl
Azərbaycana kərə yağı idxalı azalıb - 9 milyon dollarlıq və ya 12%-lik geriləmə
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
Tramp ABŞ-İran sazişinin kağız nüsxəsini imzaladı
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
ABB Daşkənddə mühüm saziş imzaladı: Özbəkistan planı sürətlənir
Ən çox oxunanlar
Azərbaycan ilə OPEC Fondu arasında əməkdaşlığın əsas istiqamətləri və gələcək inkişaf perspektivləri müzakirə olunub
TuranBank ICD ilə 15 milyon dollarlıq niyyət bəyannaməsi imzaladı
Bu mallar da gömrük rüsumlarından azad olunur

























