Bu bitki Lənkəranda ilk dəfə əkilir
Aqrar Elm və İnnovasiya Mərkəzinin koordinasiyası əsasında idxalı əvəz edən, əhalinin tələbatında mühüm yer tutan bitkilərin əkini, yerli iqlim amillərinə adaptasiya prosesinin öyrənilməsi, rayonlaşdırılaraq fermer təsərrüfatlarında yayılması ilə bağlı tədbirlər həyata keçirilir.
Belə bitkilərdən biri də zəncəfil əkinidir.
Respublika ərazisində elan olunmuş karantin dövründə bu bitkiyə kəskin tələbat yarandığı üçün onun yerli istehsalının qurulması, torpaq-iqlim amillərinə uyğun olaraq bölgələrdə əkininin təşkili qərara alınıb.
Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən bildirilib ki, ilk addım olaraq Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutunun (ETİ) Lənkəran Bölgə Zona Təcrübə Stansiyasının (BZTS) ərazisində zəncəfil əkini həyata keçirilib. Bitkinin yumruları əvvəlcə tələb olunan temperaturda cücərdilib, daha sonra sxem üzrə sahəyə köçürülüb. Əvvəllər aparılmış elmi təcrübələrə əsasən respublikamızın cənub bölgəsinin torpaq-iqlim şəraiti bu bitkinin əkini üçün daha əlverişlidir. Zəncəfilin əkin prosesinə Tərəvəzçilik ETİ-nin elmi işlər üzrə direktor müavini Ələmdar Əsgərov və Lənkəran BZTS-nın direktoru Həzər Hüseynov rəhbərlik edib. Alimlər bildiriblər ki, bitkinin aqrotexnikasının öyrənilməsi, təbliği ilə bağlı elmi-tədqiqat işi aparılacaq.
Texnoloji xəritəyə uyğun olaraq bitkinin köklərinin cücərdilməsi aparılıb. Zəncəfilin köklərini elə dərinliyə əkmək lazımdır ki, onun üzərində 2 santimetr qalınlıqda torpaq olsun. Əkindən qabaq torpağı yaxşıca suvarmaq lazımdır. Əkindən 1,5-2 həftə sonra torpaqdan cavan zoğlar çıxır. Suvarmalar elə aparılmalıdır ki, torpaq qurumasın.
Belə ki, zəncəfilin yarpaqları çox tez böyüyür. Zəncəfil həddən çox rütubəti də sevmir, lakin torpağı qurumağa da qoymaq olmaz. Torpaqda həmişə azacıq nəmlik olmalıdır. Əkindən sonra bitki böyüməyə başlayan kimi hər 30 gündən bir onu quru üzvi gübrə ilə (quru inək peyini) yemləmək lazımdır.
Lakin avqust ayının sonunda yemləməni dayandırmaq lazımdır. Bitkinin dibini yalnız lazım olduqda kətmənləmək, torpağı kökün ətrafında elə səliqəli yumşaltmaq gərəkdir ki, bu zaman köklər zədələnməsinlər. Qışda zəncəfili otaq şəraitində dibçəkdə də becərmək olar. Yetişmiş zəncəfili ölkəmizdə noyabr ayından mart ayına qədər bitkinin yarpaqları saraldığı və quruduğu zaman yığırlar. Belə zəncəfilin dadı yaxşı olur. Yığım zamanı cavan kökümsovlar daha zərif dada malik olur.
Müştərilərin xəbərləri
Bakıda sazişlər imzalandı - Biznesin İnkişafı Fondu, “Azerconnect Group”, “TuranBank”, “Rabitəbank”...
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
3 gün sonra
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
- 1 gün sonra
-
- 34 d. əvvəl
- 48 d. əvvəl
- 9 saat əvvəl
- 12 saat əvvəl
- 14 saat əvvəl
-
15 saat əvvəl
ABB Daşkənddə mühüm saziş imzaladı: Özbəkistan planı sürətlənir
-
15 saat əvvəl
Bitki yağları idxalı 34,9% artıb, ilk 5 ayda 101 milyon dolları keçib
-
15 saat əvvəl
Azərbaycana kərə yağı idxalı azalıb - 9 milyon dollarlıq və ya 12%-lik geriləmə
-
15 saat əvvəl
Azərbaycana süd idxalı kəskin artıb - İlk 5 ayda 17 milyon dolları keçib
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
14 bəndlik ABŞ-İran sülh planı açıqlandı
FED faiz qərarını açıqladı
ABB Daşkənddə mühüm saziş imzaladı: Özbəkistan planı sürətlənir
Ən çox oxunanlar
Azərbaycan ilə OPEC Fondu arasında əməkdaşlığın əsas istiqamətləri və gələcək inkişaf perspektivləri müzakirə olunub
TuranBank ICD ilə 15 milyon dollarlıq niyyət bəyannaməsi imzaladı
Bu mallar da gömrük rüsumlarından azad olunur



























