P&G 30 min ehtiyac sahibinə “Ümid” bağışladı
(®️) Procter & Gamble şirkəti Azərbaycan Qızıl Aypara Cəmiyyəti ilə birgə 30 min nəfər ehtiyac sahibinə “Ümid 2020” Gigiyena Bağlaması paylayıb.
“Bir damın altında ümidlə sabaha!” – şüarlı bu fəaliyyətdə P&G müştərisi olan hər kəsin payı var. P&G brendlərinin reklam kampaniyalarının siması olmuş və olan tanınmış şəxslər də şirkətin bu addımına qoşulublar. Yardım Procter & Gamble şirkətinin Avropada COVID-19 pandemiyası əleyhinə fəaliyyətinin tərkib hissəsidir. Bir müddət əvvəl P&G şirkəti Azərbaycanda pandemiya ilə bağlı karantində olan şəxslərə və karantin üçün nəzərdə tutulmuş məkanlara çatdırılması üçün öz məhsullarından ayırıb, İcbari Tibbi Sığorta Agentliyinə təhvil verib. Ümumilikdə, Procter & Gamble şirkəti Azərbaycanda COVID-19 pandemiyası əleyhinə fəaliyyəti üçün 250 min AZN dəyərində məhsul ianə edib.
“Biz öz brendlərimizin məhsulları ilə insanların məişət həyatını rahatlandırmaqla yanaşı, fəaliyyət göstərdiyimiz cəmiyyətin bir parçası olmağa çalışırıq. 20 ildən artıq müddətdə Azərbaycan istehlakçısına yüksək keyfiyyətli və geniş çeşidli məhsullar təqdim edərək, ölkədə, demək olar ki, hər evdə azı 1 P&G məhsulu olmasına nail olmuşuq. Müştərilərimizə dərin təşəkkürlərimizi bildirərək, qeyd etmək istəyirəm ki, ehtiyac sahiblərinə çatan bu bağlamaların hər birində aldıqları məhsullardan bizə verdikləri qiymət ilə onların da qatqısı var. Eyni səma altında yaşadığımız dünyada ümidlə sabaha baxmaq üçün əlbir olmaq, bir-birinin qayğısına qalmaq vacibdir,” – P&G şirkətinin Qafqaz və Mərkəzi Asiya respublikaları üzrə baş direktoru Değer Kurtaslanoğlu belə bildirib.
“Hal-hazırda COVİD-19 pandemiyasının yüksək aktuallığı zamanı Qızıl Aypara Cəmiyyəti, onun rəhbərliyi öz könüllü və işçi heyəti ilə bütün daxili imkanlarını səfərbər edərək, zəruri yardımların ehtiyaclı qruplara paylanılmasında, əhalinin maarifləndirməsində, qabaqlayıcı tədbirlərin həyata keçirilməsində əlindən gələni əsirgəmir. COVİD-19-a qarşı həyata keçirilən tədbirlər silsiləsində dünyada öz brendləri ilə məşhur olan Procter&Gamble şirkəti tərəfindən Qızıl Aypara Cəmiyyətinə verilmiş gigiyenik bağlamaların vacib rolunu xususilə vurğulamaq istərdim. Şirkət tərəfindən ayrılmış yardımların “Bir damın altında ümidlə sabaha!” şüarı ilə ehtiyaclı insanlara çatdırılması bir daha P&G şirkətinin humanitar layihələrə verdiyi dəstəyin bariz nümunəsidir. Bununla yanaşı, şirkət tərəfindən Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Hərəkatının ölkədəki təmsilçisi olan Qızıl Aypara Cəmiyyətinin vasitəsi ilə belə bir addımın atılması beynəlxalq hərəkatla gələcək əməkdaşlıq münasibətlərinin inkişaf etdirilməsindən və genişləndirilməsindən xəbər verir. Biz cəmiyyətimiz adından şirkətin bütün kollektivinə öz dərin təşəkkürümüzü bildiririk və gələcək humanitar təşəbbüslərdə uğurlar arzulayırıq”- Azərbaycan Qızıl Aypara Cəmiyyətinin İcraçı Katibi Ceyhun Mirzəyev qeyd edib.
P&G şirkəti Azərbaycanda COVID-19 pandemiyası ilə bağlı karantində olan şəxslərə və karantin üçün nəzərdə tutulmuş məkanlara çatdırılması üçün 2.5 ton “Ariel” yuyucu toz, 1 ton “Head & Shoulders” şampunu, 250 litr “Blendamed” diş məcunu, eləcə də minlərlə “Gillette” ülgücü, “Oral-B” diş fırçası və “Always” qadın bezi ayırmışdı.
Procter & Gamble pandemiya dövründə ictimai ehtiyacları dəstəkləmək üçün atdığı təcili addımları – 3 əsas istiqamətə ayırıb:
- Əməkdaşlarının sağlamlığının qorunması və iqtisadi cəhətdən təminatı – pandemiyanın elan etdiyi ilk günlərdən şirkət əməkdaşlarının evdən onlayn, işdə isə məsafə saxlamaqla çalışmasına şərait yaradıb.
- İnsanların daha çox ehtiyac duyduğu məhsulların fasiləsiz istehsalı və istehlakçılara çatdırılması – pandemiyanın elan edildiyi ilk günlərdə də, karantin günlərində də insanlar hər zaman alış-veriş etməyə alışdıqları bütün satış nöqtələrində P&G təmizlik və gigiyena məhsullarını rahat şəkildə əldə edə biliblər.
- Pandemiya ilə ön cəbhədə mübarizə aparan bütün insanları və qurumları dəstəkləmək – şirkət həm tibb işçilərinə, həm karantində saxlanılanlara, həm də pandemiyanın zərərlərini yaşayışında hiss edənlərə öz dəstəyini təqdim edib.
Procter & Gamble (P&G) haqqında
P&G öz brendləri ilə dünyada təqribən 5 milyard insana xidmət göstərir. Şirkət Pampers®, Tide®, Ariel®, Head & Shoulders®, Always®, Pantene®, Fairy®, Blend-a-med®, Oral-B®, Gillette®, Safeguard® kimi etibarlı, keyfiyyətli və qabaqcıl brendlərdən ibarət ən güclü məhsul çeşidlərinin birinə sahibdir. P&G icması dünyanın təqribən 70 ölkəsində fəaliyyət göstərir. P&G şirkəti və onun brendləri haqqında ətraflı məlumat almaq və ən son xəbərləri oxumaq üçün www.pg.com saytına baş çəkin.
Azərbaycan Qızıl Aypara Cəmiyyəti haqqında
Azərbaycan Qızıl Aypara Cəmiyyəti ölkədə ən böyük humanitar təşkilatdır və Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Hərakatının tərkib hissəsi olaraq özünün humanitar missiyasına, qanununa və hərəkatın fundamnetal prinsiplərinə görə dövlətə köməkçi və yardımçı rolunu yerinə yetirir. Azərbaycan Qızıl Aypara Cəmiyyəti Baş Qərargah, Gənclər komitəsi, Naxçıvan Muxtar Respublikası Komitəsi, 8 regional mərkəzi, 92 yerli və sahə bölmələrindən ibarətdir. Milli Cəmiyyətin 350,000-ə yaxın üzvü və 25,000 minə yaxın könüllüsü vardır. Təşkilat haqqında ətraflı məlumat almaq və son xəbərləri oxumaq üçün http://az.redcrescent.az/ saytına baş çəkin.
Müştərilərin xəbərləri
METAK və VFK Azərbaycanda ilk polistirol qablaşdırma istehsalının yaradılması üzrə əməkdaşlıq sazişi imzalayıblar
Bakıda sazişlər imzalandı - Biznesin İnkişafı Fondu, “Azerconnect Group”, “TuranBank”, “Rabitəbank”...
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
2 gün sonra
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
- 23 saat sonra
-
-
21 d. əvvəl
Neft Emalı Zavodunda baş vermiş yanğın hadisəsi ilə bağlı rəsmi məlumat
- 57 d. əvvəl
- 59 d. əvvəl
-
1 saat əvvəl
Dollarla 8% gəlir: Unibank-ın yeni istiqrazlarının detalları açıqlandı
-
1 saat əvvəl
Kapital Bank-dan böyük istiqraz emissiyası: investorlara aylıq faiz ödənişi ediləcək
-
1 saat əvvəl
Azərbaycan daha çox pul ödəyib, amma daha az gübrə idxal edib
-
1 saat əvvəl
Dərman idxalında 5 milyon dollarlıq azalma - 214 milyon dollara düşüb
-
1 saat əvvəl
Azərbaycan siqaret idxalı artıb - 5 ayda 52 milyon dolları keçib
- 1 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
"Rabitəbank" 10 milyon dollarlıq saziş imzalayıb
Kapital Bank-dan böyük istiqraz emissiyası: investorlara aylıq faiz ödənişi ediləcək
Azərbaycan daha çox pul ödəyib, amma daha az gübrə idxal edib
Ən çox oxunanlar
Azərbaycan siqaret idxalı artıb - 5 ayda 52 milyon dolları keçib
Rəsmi məzənnələr açıqlandı
BBC 550 əməkdaşını işdən çıxarır - 500 milyonluq qənaət planı, böyük ixtisar dalğası
İlk 5 ayda Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı 16,6% artaraq 1,5 milyard dolları təşkil edib
Bu gün PAŞA Bank-ın səhmlərinin yerləşdirilməsinə başlanılır
14 bəndlik ABŞ-İran sülh planı açıqlandı
Tramp ABŞ-İran sazişinin kağız nüsxəsini imzaladı






















