Bakıda, Cənubi Qafqazda bir ilk olacaq zavod tikilir
“AZBADAM” MMC 2017-ci ilin Fevral ayından başlayaraq 3 il ərzində 470 hektar intensiv üsulla əkin aparılmış badam bağlarının salınmasını işini öhdəsinə götürmüşdür.
Şirkətdən Marja-ya verilən məlumata görə, bu badam bağlarında əkilən badam növləri İspan sortları kimi tanınan “Guara”, “Belona”, “Soleta”, “Avjior” sortlarıdır. Hər hektara 2,5-3 ton badam ləpəsi verə bilən bu ağaclar Abşeron mikro iqliminin xüsusiyyətlərinə tam uyğun olmaqla yanaşı, xəstəliklərə qarşı dözümlülükləri ilə seçilirlər.
Əkin prosesi ilə eyni zamanda “AZBADAM” MMC tərəfindən badamın son məhsul kimi ləpə formasında emalını nəzərdə tutan Badam Emalı zavodunun işə salınması planlaşdırılır. Bu ilin Noyabr ayında istifadəyə verilməsi nəzərdə tutulan, ən müasir avadanlıqlarla təchiz olunacaq və Cənubi Qafqaz regionunda bir ilk olacaq Badam Emalı zavodunun tikintisinə artıq start verilmişdir.
İllik 750-800 ton badam ləpəsi emal etməyə imkan verən bu Zavod Ölkəmizi tam şəkildə yerli badam ləpəsi ilə təmin etməyə, bu istiqamətdə idxaldan asılılığı əsaslı şəkildə azaltmağa və yeni məhsul kimi Azərbaycan badamının ixracına imkan verir.
Texniki proseslərdə yüksək standartların tətbiqinə böyük əhəmiyyət verməklə yanaşı “AZBADAM” şirkəti kadr resurslarının da əvəzolunmaz önəmini diqqətində saxlayır. Hal-hazırda 170 nəfər əməkdaşı olan Şirkətdə Zavodun fəaliyyətə başlamasından sonra əlavə 35-40 yeni iş yerinin də açılması nəzərdə tutulur.
Azərbaycanda qeyri-neft sektorunun inkişaf etdirilməsi ilə bağlı həyata keçirilən tədbirlər çərçivəsində badamçılığın inkişaf etdirilməsi kənd təsərrüfatının prioritet istiqamətlərindən biri kimi müəyyən edilmişdir. Badamçılıq təsərrüfatının dünya standartlarına uyğun şəkildə təşkil edilməsinin əsas məqsədi bu sahənin dayanıqlı əsaslarla inkişafına nail olmaq, badam emalı sənayesinin xammal təminatını yüksəltmək, istehsal edilən məhsulun keyfiyyətini və həcmini artırmaq, bu sahədə fəaliyyət göstərən digər təsərrüfat subyektlərinə də dəstək olmaq, badamın ixrac potensialını gücləndirmək və məşğulluğu artırmaqdan ibarətdir.
Müştərilərin xəbərləri
Birbank-dan hərbçilərə özəl sərfəli kredit təklifi: Hər 10 000 AZN kreditə aylıq 300 AZN-dən başlayan ödəniş
SON XƏBƏRLƏR
- 6 gün sonra
-
1 saat əvvəl
Məşhur bazar analitikindən 20 faizlik çöküş xəbərdarlığı: 6 səbəb sadaladı
- 1 saat əvvəl
-
- 2 saat əvvəl
-
2 saat əvvəl
SpaceX səhmləri 150 dollarlıq debüt qiymətindən aşağı düşdükdən sonra 2 faiz bahalaşıb
- 2 saat əvvəl
-
3 saat əvvəl
"AS Group" İslam İnkişaf Bankı Qrupunun İllik Toplantılarında "4You Baku" layihəsini təqdim edib
- 3 saat əvvəl
-
3 saat əvvəl
Azərbaycanın rayonlarında iyunun 29-dək yağıntılı hava şəraitinin davam edəcəyi gözlənilir
- 3 saat əvvəl
-
4 saat əvvəl
Almaniyada məşğulluq böhranı: İşçi qüvvəsinin 30 faizi bazarı tərk edəcək
- 4 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
İri bank 2027-ci ilin ortalarına qədər qızılın bir unsiyasının qiymətinin 5100 dollara çatacağını proqnozlaşdırır
"Dünya iqtisadiyyatı böyük təhlükədən yayındı”
İDEAL KREDİT BOKT-da işçi sayı il ərzində 67 faiz artıb
Lizinq şirkəti BOKT yaradır
Azərbaycanın rayonlarında iyunun 29-dək yağıntılı hava şəraitinin davam edəcəyi gözlənilir
Ən çox oxunanlar
Azercell və Samsung-dan yeni kampaniya!
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Birbank-dan hərbçilərə özəl sərfəli kredit təklifi: Hər 10 000 AZN kreditə aylıq 300 AZN-dən başlayan ödəniş
“Merkuri BOKT” növbədənkənar yığıncaq keçiriləcək
İyunun 24-nün hava proqnozu - yağış yağacağı gözlənilir



























