"Ola bilsin ki, yenə 1.90 manata qalxacaq"
Biznes qurumlarında belə bir rəy var ki, ölkəmizdə keçiriləcək beynəlxalq yarışlar bitəndən sonra dollar 2 manatadək bahalaşacaq. Bəs, görəsən iqtisadçılar necə hesab edir? Onların bunu il ərzində manatın necə davranacağı ilə bağlı proqnozları necədir?
Milli Məclisin deputatı Vahid Əhmədov bildirib ki, manat sentyabr ayından etibarən kəskin dəyər itirə bilər: “Pul siyasətini Mərkəzi Bank, Maliyyə Nazirliyi, Maliyyə Bazarlarına Nəzarət Palatası həyata keçirir. Onlar belə qərara gəliblər ki, manatı müəyyən qədər qoruyub saxlasınlar. Əlbəttə, indiki zamanda bu vacibdir. Çünki Azərbaycanda İslam Oyunları, Formula 1 yarışları keçiriləcək, gələn turistlərin sayı həddindən artıq çox olacaq. Dolların ucuz olması bizə sərf edir ki, turistlərdən dollar ucuz qiymətə alınsın. Amma ümumi götürəndə real sektorun inkişafı üçün, iqtisadiyyatın inkişafı üçün manat gec-tez öz bazar qiymətini almalıdır. Mən hesab edirəm ki, bu proses haradasa avqust-sentyabr aylarına qədər davam edəcək, ancaq sonra bu prosesi saxlamaq çox çətin olacaq. Sonra qərar veriləcək ki, manat yenidən ucuzlaşmağa başlasın və dollar bahalaşsın. Hazırda ölkədə manat qıtlığı yaradılıb. İnvestisiya layihələrinə vəsait qoyulmur, nağd pul çıxartmaqla əlaqədar problem yaradır. Yay aylarında da bu problem çox hiss olunmayacaq. Ancaq hökumət iqtisadiyyatın inkişafını istəyirsə, sentyabrdan etibarən manatın öz dəyərini almalıdır. Ola bilər ki, bu ilin yanvar ayında dollar necə 1.90 manata qalxmışdısa, yenə həmin məzənnəyə qalxar”.
VALYUTALARIN DƏYİŞMƏSİNDƏN PUL QAZAN!
İqtisadçı ekspert, hüquqşünas Əkrəm Həsənov da ilin sonunadək manat devalvasiyaya məruz qalacağını bildirdi: “Hər bir halda indiki məzənnəsindən ucuz olacaq. Lakin nə qədər ucuzlaşacağını birmənalı demək mümkün deyil. Burada iki variant mümkündür. Məlum olduğu kimi, manatın məzənnəsi tələb və təklif əsasında formalaşır. Hazırda ölkəmizin 38 milyard dollara yaxın valyuta ehtiyatı var. Bunun 33,2 mlrd. Dolları Neft Fondunda və 4,4 mlrd. dolları isə Mərkəzi Bankda saxlanılır. Milli valyutadakı pul bazamız isə 7,2 mlrd. manatdır. Yəni kobud desək, dövlət bu gün bütün valyuta ehtiyatını dövriyyədə olan manat kütləsinə dəyişsə, 1 dollar 21 qəpiyə bərabər olacaq. Yəni dövlət istəsə, manatı hələ 8 dəfə də bahalaşdıra bilər. Ancaq bu başqa məsələdir ki, dövlət buna heç vaxt getməz, çünki bu halda valyuta ehtiyatı tam tükənər və ölkənin iqtisadi təhlükəsizliyi sual altında qalar”.
OFİS LƏVAZİMATLARI TOPDANSATIŞ QİYMƏTLƏRİNƏ!
İqtisadçının fikrincə, hamı anlayır ki, manatın məzənnəsi iqtisadiyyatın bir nömrəli məsələsi deyil, lakin psixoloji təsiri böyükdür: “Məhz buna görə də bu ilin fevral ayından başlayaraq dövlət valyuta ehtiyatlarını satmaqla manatı bahalaşdırdı. Yəni reallıqda manatın bahalaşması üçün obyektiv heç nə baş vermədi. Sadəcə dövlət daha çox dollar satıb, manatı bahalaşdırdı. Eyni zamanda manat kütləsi də sıxıldı. Belə ki, hətta dövriyyədə olan manat kütləsini də Mərkəzi Bank banklardan depozit kimi yüksək faiz dərəcəsi ilə, 14,5 faizlə qəbul edib iqtisadiyyatı pulsuz qoydu ki, manat baha olsun. Əlbəttə, bu xətt davam etdirilsə, manat cüzi devalvasiyaya məruz qalacaq, 1 dollar 1,80-1,90 manat arasında dəyişə bilər”.
Əkrəm Həsənovun sözlərinə görə, hazırda tutulan bu xətt iqtisadiyyata ağır zərbə vurur, dövriyyəni, ödəniş sistemini iflic edir: “Buna görə də ehtimal edirəm ki, prezidentin bəyan etdiyi iqtisadi islahatların icrası əsnasında dövriyyəni pulla təmin etmək lazım olacaq və Mərkəzi Bank banklara kreditlər verəcək, depozit faiz dərəcəsini endirəcək. Bu halda ilin sonuna dolların məzənnəsi 2 manatı ötəcək. Böyük ehtimalla yay aylarından başlayaraq dolların tədricən bahalaşmasını görəcəyik və bu proses payızda güclənə bilər”.
© Musavat.com
Müştərilərin xəbərləri
Bakıda sazişlər imzalandı - Biznesin İnkişafı Fondu, “Azerconnect Group”, “TuranBank”, “Rabitəbank”...
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
3 gün sonra
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
- 1 gün sonra
-
- 5 saat əvvəl
- 8 saat əvvəl
- 10 saat əvvəl
-
10 saat əvvəl
ABB Daşkənddə mühüm saziş imzaladı: Özbəkistan planı sürətlənir
-
10 saat əvvəl
Bitki yağları idxalı 34,9% artıb, ilk 5 ayda 101 milyon dolları keçib
-
11 saat əvvəl
Azərbaycana kərə yağı idxalı azalıb - 9 milyon dollarlıq və ya 12%-lik geriləmə
-
11 saat əvvəl
Azərbaycana süd idxalı kəskin artıb - İlk 5 ayda 17 milyon dolları keçib
-
11 saat əvvəl
Azərbaycana ət idxalı 15% artıb - Xaricdən 5 ayda 47 milyon dollarlıq ət alınıb
- 11 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
FED faiz qərarını açıqladı
ABB Daşkənddə mühüm saziş imzaladı: Özbəkistan planı sürətlənir
Ən çox oxunanlar
Azərbaycan ilə OPEC Fondu arasında əməkdaşlığın əsas istiqamətləri və gələcək inkişaf perspektivləri müzakirə olunub
TuranBank ICD ilə 15 milyon dollarlıq niyyət bəyannaməsi imzaladı
Bu mallar da gömrük rüsumlarından azad olunur
Tramp: Hörmüz boğazı yaxın bir-iki gündə tam açıq olacaq
Azərbaycanın ərzaq idxalı daha da artıb - 5 ayda 1 milyard 130 milyon dolları keçib



























