“AzerGold”dan qızıl sazişi xəbərinə münasibət
Bu gün bəzi yerli kütləvi infomasiya vasitələrində “AzerGold” Qapalı Səhmdar Cəmiyyəti və xarici şirkətlə birgə konsorsiumun təsis edilməsi və işğaldan azad edilən ərazilərdə qazıntı işlərinin aparılmasına dair planların olması haqqında xəbərlər yayılıb.
"AzerGold" QSC-nin mətbuat katibi Ariz Tarverdiyev bildirib ki, ölkəmizdə qızılçıxarma sənayesinin yaradılması məqsədilə Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan Respublikasının bir sıra qızıl yataqlarının kəşfiyyatı və işlənməsi barədə " 1996-cı il 5 fevral tarixli Sərəncamına uyğun olaraq 1997-ci il avqustun 20-də keçmiş "Azərqızıl" dövlət şirkəti ilə ABŞ-ın "RV Investment Group Sevrvices LLS" arasında Kəlbəcər rayonun Zod (Söyüdlü), Qızılbulaq və Zəngilan rayonunun Vejnəli qızıl yataqlarının kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında saziş imzalanıb.
Güman edilir ki, sözügedən ləğv edilmiş “Azərqızıl” dövlət şirkəti ilə “AzerGold” QSC assosiasiya edilərək səhvə yol verilib. Qeyd edək ki, adları çəkilən yataqların işlənməsi ilə bağlı QSC-yə indiyədək hər hansı bir müraciət daxil olmayıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
29 d. əvvəl
Böyük Britaniya Baş nazir Starmerin verəcəyi qərarı gözləyir
- 34 d. əvvəl
-
-
41 d. əvvəl
Neft ABŞ-İran danışıqlarında irəliləyiş siqnalları fonunda ucuzlaşıb
-
48 d. əvvəl
Əmək müqaviləsi, məzuniyyət, ezamiyyə və maaş hesablaması bir sistemdə
-
57 d. əvvəl
Dubayda əmlak almaq üçün yeni fürsət: Bakıdan xüsusi təqdimat keçiriləcək
-
11 saat əvvəl
SensibleHR: Böyüyən bizneslərin HR və payroll idarəetməsində yeni rəqəmsal həll
-
17 saat əvvəl
Dübəndi çimərliyinin neftlə çirklənməsinin səbəbi müəyyən edilib - RƏSMİ AÇIQLAMA
-
23 saat əvvəl
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
-
1 gün əvvəl
MSolution elektron pul təşkilatı lisenziyası ilə xidmət dairəsini genişləndirdi
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Böyük Britaniya Baş nazir Starmerin verəcəyi qərarı gözləyir
İranın dondurulmuş aktivləri geri qaytarılır
Neft ABŞ-İran danışıqlarında irəliləyiş siqnalları fonunda ucuzlaşıb
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
İyunun 21-də gözlənilən hava şəraiti
Azərbaycan neftinin son qiyməti
PAŞA Bankın yeni səhmlərinə tələb təklifi 29% üstələyib
Xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının sayı azalıb
Azərbaycana turist axını 11 faiz azalıb




























