Qara Dəniz bölgəsindən ilk dəfə Azərbaycana geyim məhsulları idxal edilib
Bu ilin yanvar-noyabr aylarında Türkiyənin Şərqi Qara Dəniz bölgəsindən ilk dəfə Azərbaycana (Naxçıvana) hazır geyim və geyim məhsulları ixrac edilib.
Anadolu Agentliyi xəbər verir ki, bu barədə Şərqi Qara Dəniz İxracatçıları Birliyinin (DKİB) hesabatında bildirilir.
Məlumata görə, DKİB eyni dövrdə Azərbaycandan başqa İspaniya, Belçika, İsveçrə, Çexiya, Rusiya, Türkmənistan, Özbəkistan, Qırğızıstan, Sudan, Senegal, Qana, Konqo, Uqanda, ABŞ, Livan, Suriya, İraq və Səudiyyə Ərəbistanına da ilk dəfə olaraq hazır geyim və geyim məhsulları ixrac edib.
Hesabat dövründə Şərqi Qara Dəniz bölgəsindən 41 ölkəyə 12,680 mln ABŞ dollarlıq 7 345 ton hazır geyim və geyim məhsulları ixrac olunub ki, bu da çəkidə 3,6 dəfə, dəyərdə isə 100 % çoxdur.
Bu ilin 11 ayında bölgədən ən çox məhsul ixrac edilən ölkələr sıralamasında ilk 3-lükdə 4,307 mln ABŞ dollarla Hollandiya, 2,239 mln ABŞ dollarla Almaniya və 1,304 mln ABŞ dollarla İtaliya qərarlaşıb.
“Report”
Müştərilərin xəbərləri
Subway Azərbaycan bazarına daxil oldu: şirkətin EMEA regionu üzrə rəhbərliyi planlar haqqında danışdı - FOTO
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
1 gün sonra
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
-
32 d. əvvəl
Botanica Residence-in rəsmi təqdimatı baş tutdu: Təbiət və şəhər həyatının harmoniyası
-
- 49 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
"İstehsal tələbdən yüksək olduğu üçün Azərbaycanda yumurta ucuzlaşır"
- 1 saat əvvəl
-
1 saat əvvəl
QDTİB-nin Bakıda keçiriləcək İllik Toplantısı üzrə hazırlıq işləri müzakirə olunub
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Quş qripi yumurta qiymətlərini artırdı: Cənubi Koreya yumurta böhranına qarşı idxala başlayır
-
1 saat əvvəl
Medianın İnkişafı Agentliyi və Audiovizual Şuranın əsasında Media və Yayım Şurası yaradılır
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
Rosneft: Hasilata görə dünyada ikinci yerimizi qoruyuruq
Ən çox oxunanlar
İyunun 20-nin hava proqnozu - 39° isti gözlənilir
Quş qripi yumurta qiymətlərini artırdı: Cənubi Koreya yumurta böhranına qarşı idxala başlayır
Azercell-in “Premium” abunəçilərinə Atəşgah Sığorta-dan 20% endirim






























