2 investor “AGBank”dan çıxdı
“AGBank” ASC-nin 85 səhmdarından 2-si payını satıb.
Bu barədə Banka istinadən xəbər verilir.
Məlumata görə, onların payını “AGBank”ın əsas səhmdarı və Müşahidə Şurasının sədri Çingiz Əsədullayev alıb. Son nəticədə onun Bankdakı payı 31,68%-dən 33,57%-ə yüksəlib.
Xatırladaq ki, "AGBank" 1992-ci ildə "Azəriqazbank" adı ilə fəaliyyətə başlayıb, 2012-ci ildə rebrendinq edib. Bankın nizamnamə kapitalı 102,2 mln. manatdır.
1-Cİ RÜBDƏ DƏ ZƏRƏR AÇIQLAMIŞDI
Xəbər verdiyimiz kimi, 2016-cı ilin yekunları üzrə 35 milyon 630 min manat zərər açıqlamış “AGBank” ASC, 2017-ci ilin 1-ci rübünü 1 milyon 807 min manat zərər ilə başa vurub. Müqayisə üçün qeyd edək ki, Bank 2016-cı ilin 1-ci rübündə 6 milyon 628 min manat zərər etmişdi. Beləliklə, rüblük müqayisədə Bankın zərəri 3,7 dəfə azalıb.
GƏLİRLƏRİ 2 DƏFƏYƏ YAXIN AZALIB
“Marja” Bankın açıqladığı statistikaya istinadən xəbər verir ki, bu ilin yanvar-mart dövründə bankın ümumi gəlirləri 13 milyon 484 min manat, o cümlədən faiz gəlirləri 6 milyon 477 min manat, qeyri-faiz gəlirləri 7 milyon 7 min manat təşkil edib. Diqqəti cəlb edən, “AGBank”ın qeyri-faiz gəlirlərinin faiz gəlirlərindən çox olmasıdır.
Birinci rübdə Bank 13 milyon 484 min manat gəliri əldə etmək üçün 14 milyon 873 min manat xərc çəkib. Nəticədə Bankın 1 milyon 389 min manat əməliyyat zərəri yaranıb. Aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatın yaradılmasına 343,55 min manatın ayırılması Bankın zərərini daha da artırıb. AGBank 2016-cı ilin birinci rübündə ehtiyatlara 4 milyon 182 min manat, ötən il ərzində isə 36 milyon 970 min manat ayırmışdı. Ayırmaların azalması itmək ehtimalı yüksək olan kredit və depozitlərin artım tempinin azaldığına işarədir.
Qeyd edək ki, 2016-cı ilin 1-ci rübündə “AGBank”ın cəmi gəlirləri 26 milyon 47 min manat, o cümlədən faiz gəlirləri 12 milyon 897 min manat, qeyri-faiz gəlirləri 13 milyon 150 min manat təşkil etmişdi. Beləliklə, ötən ilin ilk rübü ilə müqayisədə bu ilin ilk rübündə Bankın cəmi gəlirləri 1,9 dəfə azalıb.
AKTİVLƏR VƏ KAPİTALI AZALIB
31 Mart 2017-ci il tarixində “AGBank” 505 milyon 752 min manat cəmi aktivlərə, 453 milyon 513 min manat cəmi öhdəliklərə, 52 milyon 238 min manat cəmi kapitala malik olub. Bank ötən ilin sonunda 520 milyon 3 min manat cəmi aktivlərə, 466 milyon 199 min manat cəmi öhdəliklərə, 53 milyon 804 min manat cəmi kapitala malik idi.
KREDİTLƏRİN YARIYA YAXINI PROBLEMLİDİR
31 Mart 2017-ci il tarixinə olan məlumata görə, müştərilərə verilmiş 287 milyon 537 min manatın 140 milyon 249,4 min manatının və 48,7%-nin ödəmə vaxtı keçib.
Bir müddət əvvəl, "AGBank" ASC-nin İdarə Heyətinin sədri Əfqan Cəlilov, "İlin sonuna qədər zərər mənfəətlə əvəz oluna bilər. Aktivlərdə ciddi artım gözləmirik”, deyə mətbuata bildirmişdi.
© Report, Marja
Müştərilərin xəbərləri
Bakıda sazişlər imzalandı - Biznesin İnkişafı Fondu, “Azerconnect Group”, “TuranBank”, “Rabitəbank”...
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
3 gün sonra
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
- 1 gün sonra
-
- 1 saat əvvəl
- 4 saat əvvəl
- 6 saat əvvəl
-
6 saat əvvəl
ABB Daşkənddə mühüm saziş imzaladı: Özbəkistan planı sürətlənir
-
7 saat əvvəl
Bitki yağları idxalı 34,9% artıb, ilk 5 ayda 101 milyon dolları keçib
-
7 saat əvvəl
Azərbaycana kərə yağı idxalı azalıb - 9 milyon dollarlıq və ya 12%-lik geriləmə
-
7 saat əvvəl
Azərbaycana süd idxalı kəskin artıb - İlk 5 ayda 17 milyon dolları keçib
-
7 saat əvvəl
Azərbaycana ət idxalı 15% artıb - Xaricdən 5 ayda 47 milyon dollarlıq ət alınıb
- 7 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
FED faiz qərarını açıqladı
ABB Daşkənddə mühüm saziş imzaladı: Özbəkistan planı sürətlənir
Ən çox oxunanlar
Azərbaycan ilə OPEC Fondu arasında əməkdaşlığın əsas istiqamətləri və gələcək inkişaf perspektivləri müzakirə olunub
TuranBank ICD ilə 15 milyon dollarlıq niyyət bəyannaməsi imzaladı
Bu mallar da gömrük rüsumlarından azad olunur
Tramp: Hörmüz boğazı yaxın bir-iki gündə tam açıq olacaq
Azərbaycanın ərzaq idxalı daha da artıb - 5 ayda 1 milyard 130 milyon dolları keçib
























