Azərbaycandan qeyri neft-qaz məhsullarının ixracı 2 milyard dollara çatmır
2020-ci ilin yanvar-noyabr aylarında Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri dünyanın 183 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirmiş, 108 ölkəyə məhsul ixrac olunmuş, 175 ölkədən idxal olunmuşdur.
Gömrük orqanlarında qeydiyyatı aparılmış, lakin gömrük rəsmiləşdirilməsi tam başa çatdırılmamış ixrac olunan xam neft və təbii qazın statistik qiymətləndirilmiş dəyəri nəzərə alınmaqla 2020-ci ilin yanvar-noyabr aylarında ölkənin xarici ticarət dövriyyəsi 21 milyard 863,3 milyon ABŞ dolları təşkil etmişdir. Ticarət dövriyyəsinin 12 milyard 177,8 milyon dollarını və ya 55,7 faizini ölkədən ixrac olunmuş məhsulların, 9 milyard 685,5 milyon dollarını (44,3 faizini) isə idxal məhsullarının dəyəri təşkil etmiş, nəticədə 2 milyard 492,3 milyon dollar məbləğində müsbət saldo yaranmışdır.
2019-cu ilin yanvar-noyabr ayları ilə müqayisədə xarici ticarət dövriyyəsi faktiki qiymətlərlə 27,2 faiz, real ifadədə 21,7 faiz, o cümlədən idxal 36,2 faiz, ixrac isə 11,5 faiz azalmışdır.
2020-ci ilin yanvar-noyabr aylarında qeyri neft-qaz məhsullarının ixracı əvvəlki ilin eyni dövrü ilə müqayisədə faktiki qiymətlərlə 8,0 faiz, real ifadədə isə 17,9 faiz azalaraq 1 milyard 638,2 milyon dollar təşkil etmişdir.
Dövlət Gömrük Komitəsinin məlumatlarına əsasən ixracın 31,4 faizini İtaliyaya, 19,2 faizini Türkiyəyə, 4,9 faizini Rusiyaya, 3,6 faizini Yunanıstana, 3,4 faizini Xorvatiyaya, hər biri 3,3 faiz olmaqla Gürcüstan və Çinə, 3,2 faizini Hindistana, 3,1 faizini İsrailə, hər biri 2,5 faiz olmaqla İspaniya və Ukraynaya, 2,2 faizini Tunisə, hər biri 1,8 faiz olmaqla Portuqaliya və Almaniyaya, 1,7 faizini Çexiyaya, 1,5 faizini İsveçrəyə, 10,6 faizini isə digər ölkələrə göndərilmiş məhsulların dəyəri təşkil etmişdir.
Qeyri neft-qaz məhsulları üzrə ixracın dəyərində Rusiyaya (38,3 faiz), Türkiyəyə (19,6 faiz), İsveçrəyə (12,3 faiz), Gürcüstana (7,1 faiz), Çinə (2,5 faiz), Ukraynaya (2,4 faiz), İtaliyaya (2,1 faiz), İrana (1,6 faiz), Qazaxıstana (1,4 faiz), ABŞ-a (1,3 faiz), Almaniyaya (1,1 faiz), Belarusa (1,0 faiz), Türkmənistana (1,0 faiz) göndərilmiş malların payı üstünlük təşkil etmişdir.
Ölkəyə idxal olunmuş məhsulların ümumi dəyərinin 18,3 faizi Rusiya, 14,5 faizi Türkiyə, 13,2 faizi Çin, 6,1 faizi ABŞ, 5,3 faizi Almaniya, 4,4 faizi Fransa, 3,9 faizi Ukrayna, 3,8 faizi İtaliya, 2,8 faizi Birləşmiş Krallıq, 2,7 faizi İran, 1,8 faizi Yaponiya, 1,6 faizi Koreya, 21,6 faizi isə digər ölkələr ilə aparılmış idxal əməliyyatlarının payına düşmüşdür.
2020-ci ilin yanvar-noyabr aylarında əvvəlki ilin eyni dövrü ilə müqayisədə mühüm məhsul növlərindən təzə tərəvəz ixracı 3,0 faiz, kartof – 31,7 faiz, meyvə və tərəvəz şirələri – 22,5 faiz, bitki yağları – 1,6 dəfə, marqarin, qida üçün yararlı digər qarışıqlar – 27,9 faiz, pambıq lifi – 8,4 faiz, polietilen – 23,2 faiz, qara metallardan borular – 1,8 dəfə artmış, təzə meyvə ixracı isə 11,9 faiz, şəkər – 19,6 faiz, tütün – 26,3 faiz, çay – 9,3 faiz, meyvə və tərəvəz konservləri – 1,5 faiz, təbii üzüm şərabları və üzüm suslosu – 58,5 faiz, emal olunmamış alüminium – 20,1 faiz, pambıq ipliyi – 37,0 faiz, bentonit gili – 3,4 faiz, qara metallardan yarımfabrikatlar – 48,8 faiz azalmışdır.
2019-cu ilin yanvar-noyabr ayları ilə müqayisədə 2020-ci ilin yanvar-noyabr aylarında bitki yağları idxalı 4,1 faiz, təzə meyvə – 11,4 faiz, kərə yağı, digər süd yağları və pastaları – 19,5 faiz, mal əti – 12,8 faiz, təzə tərəvəz – 37,9 faiz, minik avtomobilləri – 22,8 faiz, dərman vasitələri – 43,8 faiz, hesablama maşınları, blok və qurğuları – 17,1 faiz, mineral gübrələr – 2,7 faiz, qara metallardan çubuqlar – 46,3 faiz artmış, buğda idxalı isə 17,6 faiz, xam şəkər və şəkər – 13,1 faiz, çay – 2,2 faiz, kartof – 8,4 faiz, quş əti və onun əlavə məhsulları – 21,6 faiz, siqaretlər – 73,2 faiz, qara metallardan borular – 21,8 faiz, polad prokatı – 8,1 faiz, rezin şinlər – 18,5 faiz, yük avtomobilləri – 1,8 faiz, mebellər – 25,0 faiz, polietilen – 26,3 faiz, məişət kondisionerləri – 32,9 faiz, paltaryuyan maşınlar – 7,3 faiz, qara metallardan künclüklər – 8,9 faiz, avtobuslar – 54,9 faiz, məişət soyuducuları – 11,2 faiz, sement və sement klinkerləri – 21,6 faiz azalmışdır.
Müştərilərin xəbərləri
Subway Azərbaycan bazarına daxil oldu: şirkətin EMEA regionu üzrə rəhbərliyi planlar haqqında danışdı - FOTO
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
1 gün sonra
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
-
32 d. əvvəl
Botanica Residence-in rəsmi təqdimatı baş tutdu: Təbiət və şəhər həyatının harmoniyası
-
- 49 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
"İstehsal tələbdən yüksək olduğu üçün Azərbaycanda yumurta ucuzlaşır"
- 1 saat əvvəl
-
1 saat əvvəl
QDTİB-nin Bakıda keçiriləcək İllik Toplantısı üzrə hazırlıq işləri müzakirə olunub
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Quş qripi yumurta qiymətlərini artırdı: Cənubi Koreya yumurta böhranına qarşı idxala başlayır
-
1 saat əvvəl
Medianın İnkişafı Agentliyi və Audiovizual Şuranın əsasında Media və Yayım Şurası yaradılır
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
Rosneft: Hasilata görə dünyada ikinci yerimizi qoruyuruq
Ən çox oxunanlar
İyunun 20-nin hava proqnozu - 39° isti gözlənilir
Quş qripi yumurta qiymətlərini artırdı: Cənubi Koreya yumurta böhranına qarşı idxala başlayır
Azercell-in “Premium” abunəçilərinə Atəşgah Sığorta-dan 20% endirim


























