KOB evinə müraciət etmiş sahibkarlar ən çox bu şirkətlərin xidmətlərindən istifadə ediblər
2020-ci ildə Xaçmaz KOB evində sahibkarlara 20759 xidmət göstərilib. Bu xidmətlərin 95%-ni dövlət-biznes (“G2B”), 5%-ni isə biznes-biznes (“B2B”) xidmətləri təşkil edib.
Kiçik və Orta Biznesin İnkişafı Agentliyindən Marja-ya daxil olmuş məlumata görə, göstərilmiş xidmətlərdən 4975-i (24%) sənəd qəbulu, 14210-u (68%) hazır sənədin əldə edilməsi və 1574-ü (8%) məlumat xarakterlidir.
“G2B” xidmətlərin 70%-i İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti (13752 xidmət), 20,5%-i Dövlət Vergi Xidməti (4034 xidmət), 2,2%-i “Azəriqaz” İstehsalat Birliyi (441 xidmət), 2,1%-i “Azərpoçt” MMC (404 xidmət), 1,4%-i Əmlak Məsələləri Dövlət Xidməti (268 xidmət) tərəfindən göstərilib.
KOB evinə müraciət etmiş sahibkarlar “B2B” xidmətlər üzrə daha çox “Azercell Telekom” MMC, “Rabitə Bank” ASC, “Prior Leasing” ASC, “Kapital Bank” ASC, Azərbaycan Beynəlxalq Bankının xidmətlərindən istifadə ediblər.
Hazırda sahibkarların KOB evinin xidmətlərindən məmnunluq göstəricisi 98%-dir. Qeyd edək ki, Xaçmaz KOB evi tərəfindən sahibkarlara göstərilən xidmətlərdən məmnunluq səviyyəsi elektron sistem vasitəsilə, hər bir xidmət üzrə yerindəcə ölçülür.
Pandemiya ilə əlaqədar növbə sıxlığının aradan qaldırılması, vətəndaşlar arasında təmasın minimuma endirilməsi, eləcə də vaxt itkisinin qarşının alınması məqsədilə 2020-ci ildə Xaçmaz KOB evinə müraciət edən sahibkarlar üçün onlayn növbə sisteminin (KOB növbə) tətbiqinə başlanılıb.
Qeyd edək ki, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) strukturuna daxil olan Xaçmaz KOB evi 2020-ci ilin fevral ayında fəaliyyətə başlayıb. Burada sahibkarlara İqtisadiyyat Nazirliyi və onun qurumları (Dövlət Vergi Xidməti, Əmlak Məsələləri Dövlət Xidməti, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti, Sahibkarlığın İnkişafı Fondu, AZPROMO), Kənd Təsərrüfatı Nazirliyi, Dövlət Gömrük Komitəsi, Qida Təhlükəsizliyi Agentliyi, Dövlət Reklam Agentliyi, "Azərpoçt" MMC, "Azəriqaz" İB, "Azərsu" ASC, "Azərişıq" ASC və s. tərəfindən 150-yə yaxın “G2B” xidmətləri, bank, sığorta, lizinq, broker kimi özəl təşkilatlar tərəfindən isə 100-dək zəruri “B2B” xidmətləri göstərilir. Xaçmaz KOB evinin əsas üstünlüyü sahibkarlara xidmətlərin vahid məkanda göstərilməsi, müraciət edən sahibkarların vaxta və xərclərinə qənaət etməsi, xidmətlərin şəffaf və operativ təşkili, xidmət səviyyəsinin ölçüləbilən olmasıdır. Quba-Xaçmaz iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlar heç bir quruma getmədən sahibkarlıq fəaliyyəti ilə bağlı xidmətlər üçün Xaçmaz KOB evinə müraciət edə bilərlər.
Yaxın vaxtlarda Yevlax şəhərində də KOB evi fəaliyyətə başlayacaqdır. Bakı şəhərində isə KOB evinin yaradılması istiqamətində müvafiq işlər aparılır.
Müştərilərin xəbərləri
METAK və VFK Azərbaycanda ilk polistirol qablaşdırma istehsalının yaradılması üzrə əməkdaşlıq sazişi imzalayıblar
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
2 gün sonra
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
- 11 saat sonra
-
-
4 saat əvvəl
ABB istiqrazlarına yüksək investor marağı davam edir: sifarişlər təklifi 2 dəfə üstələdi
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 5 saat əvvəl
-
5 saat əvvəl
OPEC 2050-ci ilədək qlobal enerji istehlakının 23% artacağını gözləyir
- 5 saat əvvəl
-
6 saat əvvəl
Mərkəzi Bank “Baku Pay” və “Fizza Pay” şirkətlərinə icrası məcburi göstəriş verib
-
7 saat əvvəl
ABB istiqrazlarına investor axını: tələb buraxılış həcmini 2 dəfə üstələdi
- 7 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
Azərbaycan vətəndaşları 5 ayda Türkiyədə 316 ev alıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
"Hazırda bu göstərici təxminən 14–15 milyon ton təşkil edir və biz bu rəqəmi ikiqat artırmağı hədəfləyirik"
Norm Ustalar Klubunun üzvləri praktik imtahanı uğurla başa vurublar
"Sumqayıt Yeni Tullantı Sutəmizləyici Qurğunun tikintisi" üzrə kredit sazişi imzalanıb
Azərbaycan xaricdən geyim alışını azaldıb - İdxalı 14 milyon azalaraq 167 milyon dollara düşüb
“Sea Breeze Arena”nın tikintisi üzrə müqavilə imzalanıb

























