Azərbaycandakı investorların beynəlxalq bazarlara çıxışı üçün xarici hesablar açılır
Azərbaycan qiymətli kağızlar bazarının inkişafı istiqamətində xarici investorların daxili bazara cəlbi, eləcə də yerli investorların xarici bazarlara çıxışının təmin edilməsi Milli Depozit Mərkəzinin (MDM) beynəlxalq əlaqələr üzrə əsas fəaliyyət istiqamətlərindəndir.
Bu barədə qurumun açıqlamasında bildirilir.
Məlumatda həmçinin deyilir ki, MDM xarici depozitar təşkilatları və qlobal kastodianlarla qarşılıqlı əlaqələrin qurulması üzrə mütəmadi iş aparır.
Xarici bazarlara çıxışın təmin edilməsi yönündə MDM beynəlxalq depozitar təşkilatı olan “Clearstream” ilə həmin təşkilatda nominal saxlayıcı hesabının açılması üzrə ikitərəfli danışıqları davam etdirir. Həmçinin, xarici kastodian “Raiffeisen Bank International” ilə nominal hesabın açılmasına dair danışıqlara başlanılıb.
Ötən müddət ərzində MDM-lə adıçəkilən təşkilatlar arasında bir neçə veb-görüş təşkil edilib, xaricdə hesab açılması qaydaları və şərtləri üzrə ətraflı fikir mübadiləsi aparılıb. Müzakirələr zamanı MDM-in üzvləri olan investisiya şirkətlərinin potensial müştəri bazası, ticarət həcmləri, investorların maraq göstərdiyi xarici bazarlar və digər müvafiq məlumatlara dair müxtəlif sorğular edilib.
“Clearstream” və “Raiffeisen Bank İnternational” kimi təşkilatlarda xarici hesabların açılması Azərbaycandakı investorların beynəlxalq bazarlara daha etibarlı platforma üzərindən çıxışını təmin etməklə yanaşı, bütövlükdə yerli maliyyə bazarının inkişafına dolayı şəkildə öz töhfəsini verəcək.
Həmçinin, xarici depozitarlarla əməliyyat əlaqələrinin genişləndirilməsi, o cümlədən Türkiyə mərkəzi depozitarı “Mərkəzi Kayıt Kuruluşu”nda (MKK) MDM üçün nominal saxlayıcı hesabın açılması başlıca hədəflərdəndir. Bu istiqamətdə, MDM və MKK arasında onlayn görüşlər keçirilərək tərəfləri maraqlandıran məsələlər müzakirə edilib.
Eyni zamanda, xarici depozitarlar və kastodian banklar mərkəzi depozitarda nominal saxlayıcı hesabların açılması üzrə də tədbirlər görür. Bu istiqamətdə Gürcüstan bankı olan “Bank of Georgia”nın MDM-də hesab açmasına dair qarşı tərəf ilə ikitərəfli danışıqlar müsbət nəticələnib. Yekun mərhələ olaraq yaxın zamanda hesabın açılması üzrə müqavilənin imzalanması gözlənilir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
1 gün sonra
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
-
8 d. əvvəl
Botanica Residence-in rəsmi təqdimatı baş tutdu: Təbiət və şəhər həyatının harmoniyası
-
-
25 d. əvvəl
Subway Azərbaycana gəldi: ilk restoranlar istifadəyə verildi, yeni planlar açıqlandı
- 42 d. əvvəl
-
48 d. əvvəl
"İstehsal tələbdən yüksək olduğu üçün Azərbaycanda yumurta ucuzlaşır"
- 1 saat əvvəl
-
1 saat əvvəl
QDTİB-nin Bakıda keçiriləcək İllik Toplantısı üzrə hazırlıq işləri müzakirə olunub
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Quş qripi yumurta qiymətlərini artırdı: Cənubi Koreya yumurta böhranına qarşı idxala başlayır
-
1 saat əvvəl
Medianın İnkişafı Agentliyi və Audiovizual Şuranın əsasında Media və Yayım Şurası yaradılır
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
Rosneft: Hasilata görə dünyada ikinci yerimizi qoruyuruq
Ən çox oxunanlar
İyunun 20-nin hava proqnozu - 39° isti gözlənilir
Quş qripi yumurta qiymətlərini artırdı: Cənubi Koreya yumurta böhranına qarşı idxala başlayır
Azercell-in “Premium” abunəçilərinə Atəşgah Sığorta-dan 20% endirim





























