"Bakıya gündəlik qazanc üçün təxminən 20 min insan gəlir"
Bakı şəhəri insan fəaliyyətinin müxtəlif sahələri ilə hədsiz dərəcədə yüklənib. Dövlət idarələrinin, ali məktəblərin, istehsal müəssisələrinin, böyük ticarət mərkəzlərinin və s. əksəriyyəti burada yerləşir, kənddən şəhərə axın artır. Paytaxtımız artıq bu yükü daşımağa çətinlik çəkir.
Əməkdar memar, Azərbaycan Memarlar İttifaqının sədri, professor Elbay Qasımzadə, "Siz problemin həlli yollarını nədə görürsünüz?" sualına cavab verib.
O qeyd edib ki, Bakıya gündəlik qazanc üçün təxminən 20 min insan gəlir: "Bunlar şəhərə yaxın ərazilərdən gələn sürücülər, xidmət sahələrində işləyən, aşağı təminatlı işlərdə çalışan adamlardır. Onlar hər gün gəlir, işləyir və axşam qayıdırlar. İkinci məsələyə gəlincə, Bakı paytaxtdır və burada çoxsaylı dövlət və başqa müəssisələrin yerləşməsi təbiidir. Buna dünyanın bütün paytaxt şəhərlərində rast gəlmək olar. Dünyada elə paytaxt yoxdur ki, bu problemlə rastlaşmasın və elə bir ölkə yoxdur ki, bu problemin qarşısını ala bilsin. Çünki paytaxtın öz statusu var. Paytaxt, ümumiyyətlə, insanları cəlb edən bir yerdir. Məsələn, biz deyirik ki, ABŞda Vaşinqtona heç gedən yoxdur. Nə üçün? Çünki Amerikanın başqa böyük şəhərləri var ki, insanlar o tələbatlarını orada təmin edirlər. Azərbaycanda Bakı, Gəncə və Sumqayıtdır. Yəni üç böyük şəhərimiz var, üçünə də çox böyük axın var. Çünki bu üç şəhərdə inkişaf daha sürətlə gedir və insanlar da, əlbəttə, öz tələbatlarını təmin etmək üçün bu şəhərlərə üz tuturlar. Yaxşı yadımdadır, vaxtilə hansısa bir ucqar rayonda biri xəstələnəndə onu gətirirdilər Bakıya, indiki Füzuli küçəsində yerləşən 4 nömrəli xəstəxanaya. El arasında ona “Kəndçi xəstəxanası” deyirdilər. İndi isə bütün bölgələrdə yeni xəstəxanalar tikilib, yeni məktəblər, mədəniyyət obyektləri tikilib. Eləcə də bir çox rayonlarda ali məktəblər açılıb.
O da yadıma gəlir ki, bir neçə il əvvəl paytaxtı köçürmək fikri irəli sürüldü və müzakirələr başlandı. Məncə, bu, Bakıya qarşı ədalətsizlikdir. Çünki Bakı bizim xalqımızın ən qədim şəhərlərindən biridir. Şəhərin iki min ildən çox tarixi var. Şirvanşahlar Bakıya köçəndən sonra şəhər Azərbaycanın paytaxtı statusunu qazanıb. Yəni bu gün narahatlıq var deyə bu statusu Bakının əlindən almaq ədalətsizlik olardı. Məsələyə digər tərəfdən yanaşsaq, nazirliklərin və başqa dövlət qurumlarının qarşısında şəxsi avtomobillərin həddən çox yığışdığını görürük. Zənnimcə, hər kəs evdən maşını ilə yola çıxanda düşünməlidir ki, şəhərə, onun ekologiyasına müəyyən ziyan vurur. İnsanlar işə gəlib-gedərkən ictimai nəqliyyatdan istifadə etsələr, sıxlıq azalar.
Bu baxımdan Yaponiyanın təcrübəsini qeyd etmək olar. Xatırlayıram ki, 2011-ci ildə Yaponiyada atom elektrik-stansiyasında qəza baş verdi və elektrik enerjisi qıtlığı yarandı. Ölkənin Baş naziri bütün Yaponiya xanımlarına müraciət etdi ki, paltarı həftədə bir dəfə yusunlar və insanlar da buna riayət etdi. Deməyim odur ki, həm paytaxtda yerləşən müəssisələr əməkdaşları üçün nəqliyyat sıxlığı ilə bağlı müəyyən nizam-intizam tətbiq etsələr, həm də insanlar ətraf mühiti, ekologiyanı, sağlamlığı düşünsələr, Bakıda bu gün çox yaxşı işləyən ictimai nəqliyyatdan istifadə etməklə məsələni yoluna qoymaq olar".
Müştərilərin xəbərləri
METAK və VFK Azərbaycanda ilk polistirol qablaşdırma istehsalının yaradılması üzrə əməkdaşlıq sazişi imzalayıblar
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
2 gün sonra
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
- 14 saat sonra
-
-
1 saat əvvəl
ABB istiqrazlarına yüksək investor marağı davam edir: sifarişlər təklifi 2 dəfə üstələdi
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
OPEC 2050-ci ilədək qlobal enerji istehlakının 23% artacağını gözləyir
- 2 saat əvvəl
-
3 saat əvvəl
Mərkəzi Bank “Baku Pay” və “Fizza Pay” şirkətlərinə icrası məcburi göstəriş verib
-
3 saat əvvəl
ABB istiqrazlarına investor axını: tələb buraxılış həcmini 2 dəfə üstələdi
- 3 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
Azərbaycan vətəndaşları 5 ayda Türkiyədə 316 ev alıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
"Hazırda bu göstərici təxminən 14–15 milyon ton təşkil edir və biz bu rəqəmi ikiqat artırmağı hədəfləyirik"
Norm Ustalar Klubunun üzvləri praktik imtahanı uğurla başa vurublar
"Sumqayıt Yeni Tullantı Sutəmizləyici Qurğunun tikintisi" üzrə kredit sazişi imzalanıb
Azərbaycan xaricdən geyim alışını azaldıb - İdxalı 14 milyon azalaraq 167 milyon dollara düşüb
“Sea Breeze Arena”nın tikintisi üzrə müqavilə imzalanıb
























