İnnovasiyalar Agentliyindən “ağıllı” texnologiyaları olan şirkətə dəstək
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında İnnovasiyalar Agentliyi yüksək texnologiyalar sahəsində mövcud olan texnoloji yenilikləri tətbiq edən, proqram təminatları hazırlayan və “ağıllı” texnologiyalar üzərində çalışan “ATG” (Advanced Technologies Group) MMC-yə dəstək verib.
Bu barədə Agentlikdən məlumat verilib.
Məlumatda deyilir ki, hazırda şirkət bir sıra layihələri həyata keçirir. Şirkətin Araşdırma və Texniki bölüm rəhbəri Nicat Abdulla raket texnologiyaları üzrə xaricdə ali təhsil almış mütəxəssisdir və şirkətin hazırda üzərində çalışdığı əsas layihələri ilə bağlı mətbuata müsahibə verərək bəzi texniki xüsusiyyətlərini açıqlayıb.
Bu layihələrdən biri lidar texnologiyasına əsaslanır və şəhərlərin bərpasında, yolların salınmasında, eyni zamanda abidələrin, binaların təmir və bərpasında geniş imkanlar yaradır. “ATG” şirkəti layihəni partnyor olduğu iki Azərbaycan şirkəti – “Project Terra” və “Olimp UAV” ilə birgə həyata keçirir.
Qeyd edək ki, işğaldan azad olunmuş ərazilərdə aparılan işlərdə bu texnologiya çox faydalı ola və bir çox işləri daha qısa müddətdə görmək imkanını təqdim edə bilər. Lidar texnologiyası radar texnologiyasına bənzəyir, lakin ondan fərqli olaraq burada radio dalğaları yerinə işıq, yəni lazer zərbələri istifadə edilir.
Lidar – hədəfi lazer işığı ilə işıqlandırdıqda yaranan əksetməni hesablayaraq məsafələri ölçmə metodudur. Bu texnologiya, həmçinin obyektlərin formasını, ölçüsünü onların arasındakı məsafə və boşluqları dəqiqliklə müəyyən etmək imkanını yaradır. Lidar texnologiyası həm yerdən, həm də havadan rəqəmsal məlumatın əldə edilməsi üçün istifadə edilir. “ATG” şirkəti hər iki xidməti göstərən peşəkar heyətə sahibdir. Havadan lidar xidmətlərinin təmin edilməsi uçuş sertifikatı olan dron və peşəkar pilotlar tərəfindən həyata keçirilir.
Lidar texnologiyasının əsas üstünlükləri:
- Yüksək dəqiqlik və rəqəmsal məlumat bazasının əldə edilməsi;
- Vaxta qənaət;
- 3D formatında real obyektin tam əksinin yaradılması;
- Əldə edilən lidar məlumatı əsasında planın hazırlanması və əlavə olaraq lazım olan məsafə, yerləşmə, interval və digər ölçülərin dərhal əldə edilməsi;
- Layihənin davamiyyətinin vizual hesabatı imkanı;
- Yolların salınması, körpü və bina tikintisi, həmçinin bərpa işlərində sərf ediləcək materialın əvvəlcədən hesablana bilməsi.
Daha bir layihə “AZUR” adı ilə həyata keçirilib və yaxın aylarda təqdimatı nəzərdə tutulur. Bu layihə “ağıllı” sistemlər sırasına aid edilir və Ukraynanın “UkrSpec Systems” şirkəti ilə birgə işlənilib. Bəzi texniki işlərin tamamlanması prosesi davam etdiyindən layihənin məxfiliyi qorunmaqdadır, lakin “AZUR” Azərbaycanda yüksək texnologiyalar sahəsində olduqca müsbət qarşılanacaq və qısa zamanda mətbuat üçün geniş açıqlamalar təqdim ediləcək.
Proqram təminatı sahəsində “ATG” şirkəti müasir zaman üçün logistika sahəsində bir çox proseslərin avtomatlaşdırılması, sadələşməsi və xərclərin azaldılmasına köməklik edəcək “LOMS” adlı məhsulu ərsəyə gətirib. Layihənin əsasən neft və qaz, logistika və nəqliyyat sahələrində geniş istifadə edilməsi nəzrədə tutulur.
Məhsulun potensialı nəzərə alınaraq yüksək texnologiyalar sahəsində ixrac imkanlarının olduqca böyük olduğu ehtimal edilir.
Yaxın zamanda layihələr haqqında daha geniş məlumatlar açıqlanacaq və İnnovasiya Agentliyi ilə birgə layihələrin reallaşdırılması yönündə müvafiq işlər həyata keçiriləcək.
Müştərilərin xəbərləri
Bakıda sazişlər imzalandı - Biznesin İnkişafı Fondu, “Azerconnect Group”, “TuranBank”, “Rabitəbank”...
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
3 gün sonra
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
- 1 gün sonra
-
- 2 saat əvvəl
- 5 saat əvvəl
- 7 saat əvvəl
-
7 saat əvvəl
ABB Daşkənddə mühüm saziş imzaladı: Özbəkistan planı sürətlənir
-
7 saat əvvəl
Bitki yağları idxalı 34,9% artıb, ilk 5 ayda 101 milyon dolları keçib
-
7 saat əvvəl
Azərbaycana kərə yağı idxalı azalıb - 9 milyon dollarlıq və ya 12%-lik geriləmə
-
7 saat əvvəl
Azərbaycana süd idxalı kəskin artıb - İlk 5 ayda 17 milyon dolları keçib
-
7 saat əvvəl
Azərbaycana ət idxalı 15% artıb - Xaricdən 5 ayda 47 milyon dollarlıq ət alınıb
- 7 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
FED faiz qərarını açıqladı
ABB Daşkənddə mühüm saziş imzaladı: Özbəkistan planı sürətlənir
Ən çox oxunanlar
Azərbaycan ilə OPEC Fondu arasında əməkdaşlığın əsas istiqamətləri və gələcək inkişaf perspektivləri müzakirə olunub
TuranBank ICD ilə 15 milyon dollarlıq niyyət bəyannaməsi imzaladı
Bu mallar da gömrük rüsumlarından azad olunur
Tramp: Hörmüz boğazı yaxın bir-iki gündə tam açıq olacaq
Azərbaycanın ərzaq idxalı daha da artıb - 5 ayda 1 milyard 130 milyon dolları keçib



























