Qəbələdə yeni su anbarı tikiləcək
İqdisadiyyat Nazirliyi Qəbələ rayonunda su anbarı ilə bağlı texniki-iqtisadi əsaslandırmanın qiymətləndirilməsi üçün podratçı seçir.
İqdisadiyyat Nazirliyi Yengicə su anbarı ilə bağlı hazırlanmış texniki-iqtisadi əsaslandırma və layihə sənədlərinin ekspert qiymətləndirilməsi məqsədilə podratçı seçir.
Seçim açıq tender üsuu ilə keçirilir.
Tenderdə iştirak haqqı 300 manatdır.
Tender təklifləri 9 aprel saat 17:00-dək qəbul olunur. Tender proseduru 12 aprel aat 11:00-da baş tutacaq.
Əlaqə telefonu: 93-88-67.
Prezident İlham Əliyevin Sərəncamı ilə təsdiq olunan “Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsinə dair 2020–2022-ci illər üçün Tədbirlər Planı”na uyğun olaraq ölkə ərazisində Əlicançay, Qudyalçay, Vəlvələçay, Qaraçay, Qusarçay, Ağsuçay, Türyançay, Yengicə, Viləşçay və Zəyəmçay su anbarlarının yaradılması nəzərdə tutulur.
Bu su anbarlarından birinin Qəbələ rayon ərazisində Vəndam çayının hövzəsində tikilməsi planlaşdırılır. Rayonun Yenikənd kəndinin şimal hissəsində inşası reallaşdırılacaq Yengicə su anbarının yeri dəqiqləşdirildikdən sonra müvafiq qurumlar tərəfindən əraziyə baxış keçirilib.
Meliorasiya və Su Təsərrüfatı ASC-nin Qəbələ Suvarma Sistemləri İdarəsinin nümayəndəsi Qurbanəli Daşdəmirovun sözlərinə görə, yeni yaradılacaq anbarın ümumi su tutumu 17,5 milyon kub, istifadə olunan həcmi isə 12,5 milyon kub nəzərdə tutulub. Su anbarı tikildikdən sonra Qəbələnin aran hissəsində 10 min hektar sahənin suvarılması tam təmin olunacaq. Bu isə həmin torpaqlarda məhsuldarlığı artırmaqla yanaşı, ildə 2-3 dəfə əkin aparmağa imkan verəcək.
Onun sözlərinə görə, Qəbələ rayonunda bütün çaylar başlanğıcını dağlardan götürdüyü üçün suyun miqdarı dağlara yağan qardan asılı olur. İsti keçən yay mövsümündə, təxminən bir ay müddətində Qəbələ rayonunun çaylarında su azlığı müşahidə olunur. Bu da suvarmanın istənilən səviyyədə aparılmasına imkan vermir. Ümumiyyətlə, Yengicə su anbarı tikildikdən sonra rayonda ilboyu torpaqların su ilə təminatında heç bir problem yaşanmayacaq.
Hazırda Qəbələ rayonunda Suvarma Sistemləri İdarəsinin suvarma şəbəkəsi 16 min hektara yaxın bir ərazini əhatə edir. Bu anbarın tikintisi ilə əlaqədar təxminən 4 min hektara yaxın əlavə sahə suvarılan şəbəkəyə daxil olacaq.
Müştərilərin xəbərləri
METAK və VFK Azərbaycanda ilk polistirol qablaşdırma istehsalının yaradılması üzrə əməkdaşlıq sazişi imzalayıblar
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
2 gün sonra
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
- 6 saat sonra
-
-
5 saat əvvəl
PAŞA Bank: 18 iyunda yeni səhmlərin Bakı Fond Birjasında yerləşdirilməsinə start verilib
-
9 saat əvvəl
ABB istiqrazlarına yüksək investor marağı davam edir: sifarişlər təklifi 2 dəfə üstələdi
- 9 saat əvvəl
- 9 saat əvvəl
- 10 saat əvvəl
-
10 saat əvvəl
OPEC 2050-ci ilədək qlobal enerji istehlakının 23% artacağını gözləyir
- 10 saat əvvəl
-
11 saat əvvəl
Mərkəzi Bank “Baku Pay” və “Fizza Pay” şirkətlərinə icrası məcburi göstəriş verib
-
12 saat əvvəl
ABB istiqrazlarına investor axını: tələb buraxılış həcmini 2 dəfə üstələdi
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
Ərzaq təhlükəsizliyinin əsas məhsulu üzrə idxal artıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
"Hazırda bu göstərici təxminən 14–15 milyon ton təşkil edir və biz bu rəqəmi ikiqat artırmağı hədəfləyirik"
Norm Ustalar Klubunun üzvləri praktik imtahanı uğurla başa vurublar
"Sumqayıt Yeni Tullantı Sutəmizləyici Qurğunun tikintisi" üzrə kredit sazişi imzalanıb
Azərbaycan xaricdən geyim alışını azaldıb - İdxalı 14 milyon azalaraq 167 milyon dollara düşüb
“Sea Breeze Arena”nın tikintisi üzrə müqavilə imzalanıb



























