Nazirlər Zəngilanda meyvə tingləri əkdilər
Zəngilan rayonunun Ağalı kəndində Azərbaycan-Türkiyə “Qardaşlıq bağı” salınıbAzərbaycanda səfərdə olan Türkiyənin kənd təsərrüfatı və meşə naziri Bekir Pakdemirin rəhbərlik etdiyi nümayəndə heyəti işğaldan azad olunmuş ərazilərə səfər edib. Füzuli rayon mərkəzinə, Cəbrayıl və Zəngilan rayonlarına səfərdə Azərbaycan kənd təsərrüfatı naziri İnam Kərimov, Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev, Türkiyə Respublikasının Azərbaycandakı səfiri Erkan Özoral və digər rəsmi şəxslər iştirak ediblər.
Marja Kənd Təsərrüfatı Nazirliyinə istinadən xəbər verir ki, nümayəndə heyəti əvvəlcə Füzuli rayonu ərazisində şəhid olanların xatirəsinə ucaldılmış abidəni ziyarət edib, abidənin önünə əklil və gül dəstələri düzüblər. Səfər iştirakçıları Füzuli şəhərində dağılmış, ciddi ziyan görmüş evlərə, mülki obyektlərə baş çəkib, Ermənistan Silahlı Qüvvələrinin Azərbaycanın tarixi torpaqlarında törətdiyi vəhşiliklərin və vandalizmin şahidi olublar.
Daha sonra Cəbrayıl rayonunun Soltanlı kəndinə gələn nümayəndə heyəti burada səpin prosesinə hazırlıq işləri ilə tanış olublar. Azərbaycan kənd təsərrüfatı naziri İnam Kərimov, Türkiyənin kənd təsərrüfatı və meşə naziri Bekir Pakdemirli toxumsəpən texnika vasitəsilə səpin prosesinin həyata keçirilməsi prosesini izləyiblər.
Daha sonra Azərbaycan Kənd Təsərrüfatı Nazirliyi və Türkiyənin Kənd Təsərrüfatı və Meşə Nazirliyinin təşkilatçılığı ilə Zəngilan rayonunun Ağalı kəndində “Qardaşlıq bağı” salınıb. Kənd təsərrüfatı naziri İnam Kərimov, Türkiyənin kənd təsərrüfatı və meşə naziri Bekir Pakdemir, Ekologiya və Təbii Sərvətlər nazir Muxtar Babayev “Qardaşlıq bağı”nda meyvə tingləri əkiblər. 5 hektar sahədə yerləşən bağda ərik, alma, armud, gilas, albalı və digər meyvə tingləri əkilib. Bağda ümumilikdə 2620 ting əkini həyata keçirilib.
Türkiyənin kənd təsərrüfatı və meşə naziri Bekir Pakdemir Türkiyənin işğaldan azad edilən ərazilərdə aqrar sahənin inkişafına dəstək verəcəyini vurğulayıb: “Səfər zamanı aqrar sahənin inkişafı üçün böyük potensialın olduğunu gördük. Bu ərazilərdə əvvəllər bitkiçilik, meyvəçilik, heyvandarlıq sahəsinə önəm verilib. Burada aqrar sahənin bərpası və inkişafı, emal sənayesinin qurulması, enerjinin planlanması ilə bağlı imkanlar var. Qarabağ bölgəsində aqrar sahənin inkişafı ilə bağlı dost və qardaş Azərbaycana dəstək bundan sonra da davam etdiriləcək”.
Azərbaycan kənd təsərrüfatı naziri İnam Kərimov isə öz növbəsində işğaldan azad edilən ərazilərin aqrar potensialına toxunub: “İşğaldan azad edilmiş ərazilər ənənəvi olaraq taxılçılıq, bitkiçilik, meyvəçilik və heyvandarlığın inkişafına görə qabaqcıl regionlardan olub. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığı ilə 7000 hektardan artıq sahədə əkin aparılıb. Burada yazlıq əkinlərə başlanılması da nəzərdə tutulur”.
Bildirilib ki, Türkiyə aqrar sahədə müasir texnologiyalar tətbiq edən və yüksək nəticələr əldə edən ölkələrdəndir. Azərbaycan kənd təsərrüfatı sahəsində qardaş ölkə ilə əməkdaşlığın inkişaf etdirilməsində maraqlıdır. İşğaldan azad edilən ərazilərdə innovativ texnologiyaların tətbiqi ilə kənd təsərrüfatının inkişaf etdirilməsi planlaşdırılır.
Müştərilərin xəbərləri
Bakıda sazişlər imzalandı - Biznesin İnkişafı Fondu, “Azerconnect Group”, “TuranBank”, “Rabitəbank”...
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
3 gün sonra
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
- 1 gün sonra
-
- 1 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
ABB Daşkənddə mühüm saziş imzaladı: Özbəkistan planı sürətlənir
-
3 saat əvvəl
Bitki yağları idxalı 34,9% artdıb, ilk 5 ayda 101 milyon dolları keçib
-
4 saat əvvəl
Azərbaycana kərə yağı idxalı azalıb - 9 milyon dollarlıq və ya 12%-lik geriləmə
-
4 saat əvvəl
Azərbaycana süd idxalı kəskin artıb - İlk 5 ayda 17 milyon dolları keçib
-
4 saat əvvəl
Azərbaycana ət idxalı 15% artıb - Xaricdən 5 ayda 47 milyon dollarlıq ət alınıb
- 4 saat əvvəl
- 4 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Azərbaycan ilə OPEC Fondu arasında əməkdaşlığın əsas istiqamətləri və gələcək inkişaf perspektivləri müzakirə olunub
TuranBank ICD ilə 15 milyon dollarlıq niyyət bəyannaməsi imzaladı
Bu mallar da gömrük rüsumlarından azad olunur
Tramp: Hörmüz boğazı yaxın bir-iki gündə tam açıq olacaq
Azərbaycanın ərzaq idxalı daha da artıb - 5 ayda 1 milyard 130 milyon dolları keçib
SOCAR ilə İslam Korporasiyası arasında Anlaşma Memorandumu imzalanıb




























