Azərbaycanlı iş adamının şirkəti İstanbulda sərgidə "Qarabağ Azərbaycandır" guşəsi yaradıb - FOTOLAR
Azərbaycanda fəaliyyət göstərən “İnci” şirkətlər qrupunun Türkiyədəki qolu olan “Cassa” şirkəti İstanbulda keçirilən Beynəlxalq Ofis və Dəftərxana ləvazimatları sərgisində iştirak edir. Sərgiyə dünyanın bir çox ölkəsindən çoxlu sayda şirkətlər qatılıb, böyük sayda ziyarətçi kütləsi müşahidə edilir.
Azərbaycanlı iş adamı Mikayıl Yusif tərəfindən 2010-cu ildə yaradılmış “Cassa” şirkəti sərgidə öz stendində Türkiyə-Azərbaycan qardaşlığını göstərən guşə də yaradıb. Bu guşədə hər iki ölkənin bayraqlarının əks olunması ilə bərabər, "Qarabağ Azərbaycandır" şuarı yazılıb. "İnci" şirkətlər qrupundan Marja-ya verilən məlumata görə, şirkətin stendinə yaxınlaşan ziyarətçilər guşəyə dəvət olunur, onlara Azərbaycanın Vətən müharibəsindəki qələbəsi, bu qələbənin qazanılmasında qardaş Türkiyənin mənəvi dəstəyi, Qarabağın tarixi Azərbaycan torpağı olduğu, 30 ilə yaxın Ermənistanın işğalı altında qaldığı, bu ərazilərin dağıdıldığı, tarixi, dini abidələrimizin məhv edildiyi barədə məlumatlar verilir. Həmçinin hər bir ziyarətçi ilə xatirə olaraq bu guşə qarşısında şəkil çəkdirilir.
Şirkətdən məlumat verilib ki, "Cassa" məhsulları Türkiyənin ofis və dəftərxana ləvazimatları bazarında satış həcminə görə birinci yerdədir. Bu qürurverici uğurun arxasında geniş çeşiddə keyfiyyətli məhsullar, satışın düzgün qurulması, geniş biznes əlaqələri dayanır. Sərgi zamanı məhsulların ixracına dair danışıqlar aparılıb və razılaşmalar əldə olunub.
Qeyd edək ki, “Cassa” şirkəti İstanbulda istehsal sahəsini qurub, burada ofis və dəftərxana ləvazimatlarının istehsalını həyata keçirir. Məhsullar 30-dan artıq ölkəyə, o cümlədən Azərbaycan, İsrail, Yunanıstan, İtaliya, İspaniya, Portuqaliya, Almaniya, Serbiya və Bolqarıstana ixrac olunur.
“Cassa” markalı ofis və məktəb ləvazimatlarının Azərbaycanda məxsusi satış hüququ “İnci” şirkətlər qrupuna aiddir. Azərbaycanda fəaliyyət göstərən “Ofisait” mağazaları “İnci” şirkətlər qrupuna daxildir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 5 gün sonra
-
5 saat əvvəl
"Uzbekistan Airways" Rusiya şəhərlərinə uçuşların sayını azaldır
-
- 6 saat əvvəl
-
7 saat əvvəl
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
- 7 saat əvvəl
- 8 saat əvvəl
-
1 gün əvvəl
Kənd təsərrüfatında iddialı dönüş: Ağsu Aqropark istehsalı artırır
- 1 gün əvvəl
-
1 gün əvvəl
Metro üçün Asiya bankından 180 milyon dollar borc alındı - Kredit sazişi imzalandı
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
İyunun 14-də gözlənilən hava şəraiti
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
Azərbaycan nefti ucuzlaşıb
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
"Grabstar"ın 3-cü filialı istifadəyə verilib
Azərbaycan Banklar Assosiasiyasının rəhbərliyi Türkiyə Bankalar Birliyinin İllik Toplantısında iştirak edib
Bakı Limanında quru yük aşırılması 77% artıb
PAŞA Capital-da yeni təyinat
İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşma Fondu yaradılacaq
TuranBank beynəlxalq fonddan vəsait cəlb edib
Bakıda HELF/AZHAB Forum 2026 keçiriləcək























