Technol şirkəti satış şəbəkəsini genişləndirməkdə davam edir
(®️) Azərbaycanda və Qafqaz regionunda ilk mühərrik və sənaye yağları istehsalçısı olan Technol məhsullarının müştərilər üçün daha da əlçatan olması məqsədilə respublika üzrə satış nöqtələrinin sayını artırmaqda davam edir.
Hazırda Technol məhsulları respublikanın 46 şəhər və rayonunda yerləşən satış nöqtələri tərəfindən təklif edilməkdədir. Müştərilər müxtəlif çeşiddə Technol məhsullarını yaşadıqları ərazidə şirkət tərəfindən təyin edilən mağazalardan, yağdəyişmə yerlərindən və servislərdən asanlıqla əldə edə bilərlər. Şirkətin satış planına uyğun olaraq, yaxın zamanda Technol məhsullarının ölkənin bütün ərazilərində satışı təşkil ediləcəkdir.
Technol məhsullarının satışını həyata keçirən satış nöqtələrinin tam siyahısını aşağıdakı keçiddən əldə edə bilərsiniz (https://technol.shop/page/adress/az).
Bundan başqa Technol məhsullarını satış nöqtəsinə getmədən şirkətin elektron mağazasında (www.technol.shop) sifariş edərək əldə etmək mümkündür.
İllik 50 min ton istehsal gücünə malik Technol şirkətində istehsal prosesinin təşkili məqsədilə Alman istehsalı olan avadanlıqlar quraşdırılıb, istehsal prosesinin tam avtomatlaşdırılması həyata keçirilib. Amerika Birləşmiş Ştatları, Böyük Britaniya, Almaniya və Yaponiyanın tanınmış firmalarının müasir ciahazları ilə təchiz edilən şirkət, yağların geniş səpkidə dəqiq analizi üçün beynəlxalq akkreditasiyadan keçmiş (ISO17025: 2017) müasir laboratoriyaya malikdir.
Technol şirkətində bütün mühərrik və sənaye yağları Infineum, Chevron, Afton kimi nüfuzlu təchizatçıların yüksək keyfiyyətli qatqılarından istifadə edilməklə Amerika Neft İnstitutunun (API), Avropa Avtomobil İstehsalçıları Assosiasiyasının (ACEA) standartlarına müvafiq qaydada isehsal edilir, Amerika Test və Materiallar Cəmiyyətinin (ASTM) tələbləri əsasında sınaqdan keçirilir. Şirkət, istehsal etdiyi bəzi mühərrik yağ çeşidləri üzrə Mercedes-Benz və Cummins şirkətlərinin təsdiqlərini əldə edib, Amerika Neft İnsitutunun (API) müvafiq sertifikatı ilə təltif olunub. İstehsal edilən bütün məhsulların müştəri tələbatına və qanunvericiliyin tələblərinə cavab verməsi üçün şirkətdə ISO9001 2015 standartı tətbiq olunub. Bundan başqa şirkətdə ətraf mühitin idarə edilməsi üzrə ISO 14001: 2015, peşə sağlamlığı və təhlükəsizliyinin idarə edilməsi üzrə ISO 45001: 2008 beynəlxalq standartları tətbiq olunub.
Dünya üzrə tanınmış markaların göstəricilərinə cavab verən yağları istehsal edərək əlverişli qiymətə hər kəs üçün əlçatan etmək Technol şirkətinin başlıca fəaliyyət məqsədidir. Qısa müddət ərzində müştərilərin etimad və rəğbətini qazanan Technol şirkətinin istehsal etdiyi keyfiyyətli məhsullar bu gün daxili bazarın tələbatını ödəməklə yanaşı xarici bazarların tələbatını qarşılamaq üçün 10-a yaxın ölkəyə ixrac olunur.
Müştərilərin xəbərləri
Bakıda sazişlər imzalandı - Biznesin İnkişafı Fondu, “Azerconnect Group”, “TuranBank”, “Rabitəbank”...
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
3 gün sonra
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
- 1 gün sonra
-
- 8 d. əvvəl
-
26 d. əvvəl
BBC 550 əməkdaşını işdən çıxarır - 500 milyonluq qənaət planı, böyük ixtisar dalğası
-
31 d. əvvəl
İlk 5 ayda Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı 16,6% artaraq 1,5 milyard dolları təşkil edib
-
36 d. əvvəl
"Ələtdə "Faza 3" üzrə ağır sənaye zonasında tikintiyə başlanılıb"
-
39 d. əvvəl
AZAL 15 gündə Naxçıvan istiqamətində 47 mindən çox sərnişinin daşınmasını təmin edib
-
1 saat əvvəl
Bu gün PAŞA Bank-ın səhmlərinin yerləşdirilməsinə başlanılır
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 11 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
Rəsmi məzənnələr açıqlandı
İlk 5 ayda Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı 16,6% artaraq 1,5 milyard dolları təşkil edib
14 bəndlik ABŞ-İran sülh planı açıqlandı
Tramp ABŞ-İran sazişinin kağız nüsxəsini imzaladı
Ən çox oxunanlar
FED faiz qərarını açıqladı
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
ABB Daşkənddə mühüm saziş imzaladı: Özbəkistan planı sürətlənir
Azərbaycan ilə OPEC Fondu arasında əməkdaşlığın əsas istiqamətləri və gələcək inkişaf perspektivləri müzakirə olunub
























