63 tibb müəssisəsinə əlilliyin qiymətləndirilməsi üçün səlahiyyət verilib
Əlilliyin qiymətləndirilməsində operativliyi təmin etmək, vətəndaş məmnunluğunu artırmaq və bu sahədə işin keyfiyyətini yüksəltmək məqsədi ilə “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” (TƏBİB) publik hüquqi şəxsin tabeliyindəki 163 tibb müəssisəsi müəyyən olunub.
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin yaydığı məlumata görə, tibb müəssisələrinin siyahısı müəyyənləşdirilərkən onların imkan və potensialı nəzərə alınıb, maddi-texniki baza və kadr resursları yüksək səviyyədə olanlar əlilliyin qiymətləndirilməsi ilə bağlı göndəriş vermək üçün seçilib. Görülən tədbirlər əlillik dərəcəsinin müəyyən edilməsi üçün tibb müəssisəsinə müraciət edən vətəndaşların müayinələrə əlçatanlığını təmin etməyə, keyfiyyətli tibbi xidmətlər əldə etmələrinə xidmət edir.
Sözügedən tibb müəssisələrinin əlilliyin qiymətləndirilməsi üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin Tibbi-Sosial Ekspert Komissiyasının (TSEK) müayinəsinə göndəriş vermək hüququ var.
Bu tibb müəssisələrinin Həkim Məsləhət Komissiyaları əlillik əlamətləri olan xəstələrə əlillik dərəcəsinin müəyyən edilməsi və ya müalicə müddətinin artırılması, əlillik müddətinin bitməsi ilə əlaqədar təkrar müayinələrin həyata keçirilməsi, sağlamlıq imkanları məhdud uşaqlara müavinətlərin müəyyən edilməsi üçün TSEK-ə göndəriş verə bilər. Eyni zamanda sözügedən tibb müəssisələrinə əlillik dərəcəsi olan şəxslərin vaxtından əvvəl təkrar müayinə edilməsi, əlillik səbəbinin dəyişdirilməsi, istehsalatda alınmış zədə və ya sağlamlığın pozulması halları zamanı əmək qabiliyyətinin itirilməsi dərəcəsinin müəyyən edilməsi, əlillərin texniki və digər reabilitasiya vasitələri ilə təmin edilməsi üçün Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Alt Sisteminə göndəriş (forma 88) daxil etmək səlahiyyəti verilib. Göndərişdəki xəstəlik vəziyyəti əsasında TSEK tərəfindən əlillik qiymətləndirilir və əlillik qrupunun təyin edilib-edilməməsi barədə qərar verilir.
Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlər vermək hüququ olan İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin TƏBİB-in tabeliyindəki tibb müəssisələrinin siyahısı ilə buradan tanış ola bilərsiniz.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
3 gün sonra
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
- 1 gün sonra
-
- 17 d. əvvəl
- 32 d. əvvəl
- 48 d. əvvəl
-
53 d. əvvəl
Azərbaycandan azot gübrəsi ixracında ciddi geriləmə - 32,2% və ya 25 milyon dollar azalıb
- 54 d. əvvəl
-
1 saat əvvəl
Azərbaycandan kimya məhsulları ixracı 40 milyon dollar azalıb
-
1 saat əvvəl
Azərbaycanın elektrik enerjisi satışından gəliri 3 dəfə azalıb
- 1 saat əvvəl
-
2 saat əvvəl
Özəl Sektor Forumu çərçivəsində 4,7 milyard dollarlıq sazişlər imzalanacaq
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
Azərbaycan nefti ucuzlaşmaqda davam edir
Qeyri-neft ixracına pambıq dəstəyi
Azərbaycandan kimya məhsulları ixracı 40 milyon dollar azalıb
Azərbaycanın sement ixracında geriləmə - 20,4% azalıb
Ən çox oxunanlar
"Ziraat Bank Azərbaycan"da yeni təyinat - Aynur Mirzəyeva Departament direktoru oldu
Azərbaycan ilk sukuk buraxılışına hazırlaşır
Bank of Baku-dan krediti 100% tam onlayn kredit əldə edin
Azərbaycanda şirkətlərin sayı 6,5 faiz artaraq 209 mini keçib
Məşhur fast-food markası 2,7 milyard dollara satılır
Rəsmi məzənnələr açıqlandı
























