Özəl tibb üzrə lisenziyalaşdırılan xidmətlərin və işlərin siyahısı təsdiqləndi
Nazirlər Kabineti “Özəl tibb fəaliyyəti üzrə lisenziyalaşdırılan xidmətlərin və işlərin Siyahısı”nı təsdiq edib.
Özəl tibb fəaliyyəti üzrə lisenziyalaşdırılan xidmətlərin siyahısına ambulator tibbi xidmət, stasionar tibbi xidmət, səyyar tibbi xidmət, sanatoriya-kurort müəssisələrində tibbi xidmət və tibbi profilaktika xidməti daxildir.
Özəl tibb fəaliyyəti üzrə lisenziyalaşdırılan işlərin siyahısına isə terapiya üzrə terapevtik, pulmonoloji, diyetoloji, herontoloji, kardiologiya üzrə kardioloji, qastroenterologiya üzrə qastroenteroloji, nefrologiya üzrə nefroloji, endokrinologiya üzrə endokrinoloji, revmatologiya üzrə revmatoloji, hematologiya üzrə hematoloji, allerqologiya üzrə allerqoloji, immunologiya üzrə immunoloji, nevropatologiya üzrə nevropatoloji, psixiatriya üzrə psixiatrik, narkologiya üzrə narkoloji, dermatologiya üzrə dermatoloji, kosmetoloji, fizioterapiya üzrə fizioterapevtik, ümumi cərrahiyyə üzrə ümumi cərrahi,neyrocərrahiyyə üzrə neyrocərrahi, ürək-damar cərrahiyyəsi üzrə ürək-damar cərrahi, plastik cərrahiyyə üzrə plastik cərrahi, uşaq cərrahiyyəsi üzrə uşaq cərrahi, urologiya üzrə uroloji, travmatologiya-ortopediya üzrə travmatoloji-ortopedik, anesteziologiya-reanimatologiya üzrə anestezioloji-reanimatoloji, toksikoloji, mama-ginekologiya üzrə ginekoloji (ekstrakorporal mayalandırma istisna olmaqla), doğuşa yardım, stomatologiya üzrə terapevtik stomatoloji, cərrahi stomatoloji, ortopedik stomatoloji, ortodontik stomatoloji, diş texniki, üz-çənə cərrahiyyəsi üzrə üz-çənə cərrahi, pediatriya üzrə pediatrik, şüa diaqnostikası üzrə rentgenoloji, radioloji, nüvə-maqnit rezonansı, kompüter tomoqrafiyası, ultrasəs müayinəsi, oftalmologiya üzrə oftalmoloji, otorinolarinqologiya üzrə otorinolarinqoloji, patoloji anatomiya üzrə histomorfoloji, genetika üzrə genetik, epidemiologiya üzrə dezinfeksiya, dezinseksiya, deratizasiya, mikrobiologiya üzrə mikrobioloji, virusoloji, laboratoriya üzrə klinik, klinik-biokimyəvi və immunogenetik işlər daxil edilib.
OFİS LƏVAZİMATLARI TOPDANSATIŞ QİYMƏTLƏRİNƏ!
© APA
Müştərilərin xəbərləri
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 3 gün sonra
-
11 d. əvvəl
"Hilal Elektrik" dünya brendi "AKSA Generator" ilə sərgidə olacaq
-
-
15 d. əvvəl
Layihələrdə gizli risklərə son: "STV Engineering" sərgidə yeni həllərini təqdim edəcək
- 16 d. əvvəl
- 10 saat əvvəl
-
10 saat əvvəl
KİV: ABŞ və İran arasında anlaşma memorandumu elektron formatda imzalanıb
-
10 saat əvvəl
"Salesforce" süni intellekt şirkəti "Fin"i 3,6 milyard dollara satın alır
-
12 saat əvvəl
Tramp: Neft tankerləri Hörmüz boğazından keçməyə başlayıblar
- 13 saat əvvəl
- 17 saat əvvəl
-
17 saat əvvəl
"Auto Azərbaycan"dan intellektual addım: Müştərilər arasında şahmat turniri keçirildi
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
"Hilal Elektrik" dünya brendi "AKSA Generator" ilə sərgidə olacaq
Tramp: İyunun 19-da Hörmüz boğazı tam açılacaq
Tramp: Neft tankerləri Hörmüz boğazından keçməyə başlayıblar
Ən çox oxunanlar
İyunun 16-dan “Bonus-Malus” sistemi ləğv edilir
Aqrar sığorta ildırım zərərini də qarşılayır
"Auto Azərbaycan"dan intellektual addım: Müştərilər arasında şahmat turniri keçirildi
İyunun 16-da gözlənilən hava şəraiti
Ermənistana Azərbaycandan keçməklə 7 vaqon buğda göndəriləcək
Hörmüzdə nəqliyyatın normallaşması aylar çəkə bilər
























