Metro qatarında Azercell-in mobil internet sürətini kəşf et!
Lider mobil operatorun həm yerüstü, həm də yeraltı əhatə dairəsi genişlənir(®️) Xüsusi karantin rejimi qaydalarının yumşaldılması nəticəsində 226 günlük fasilədən sonra sərnişindaşıma fəaliyyətinin bərpa edən Bakı metrosu artıq paytaxt əhalisinə tam olaraq xidmət göstərməkdədir. Bu müddət ərzində ölkənin aparıcı mobil rabitə təminatçısı “Azercell Telekom” isə Bakı metropoliteni stansiyalarının platforma və tunellərində öz şəbəkəsinin tutumu və əhatə dairəsinin genişləndirilməsi üzrə işlərini fasiləsiz olaraq davam etdirib.
Ümumiyyətlə, Azercell şirkəti bütün abunəçilərini daha möhkəm şəbəkə və daha yüksək sürətli internetlə təmin etmək məqsədilə 2021-ci il ərzində də 4G texnologiyasını təkmilləşdirməyə davam edib. Görülən işlər sayəsində bu ilin əvvəlindən etibarən Azercell-in 4G şəbəkəsinin əhatə dairəsi həm də yerin altında – yəni, paytaxt metropoliteninin stansiyaları boyu əhəmiyyətli dərəcədə genişləndirilib. Belə ki, artıq 19 stansiyada: Neftçilər, Qara Qarayev, Koroğlu, Həzi Aslanov, Əhmədli, Xalqlar dostluğu, Ulduz, Nəriman Nərimanov, Gənclik, 28 may, Nizami, Elmlər Akademiyası, İnşaatçılar, 20 yanvar, Memar Əcəmi, Memar Əcəmi 2 (Bənövşəyi xətt), Nəsimi, Sahil, İçəri şəhər stansiyalarında 4G şəbəkəsi aktivdir. Bundan əlavə, 11 stansiyanın tunellərində: Neftçilər, Qara Qarayev, Koroğlu, Ulduz, Nəriman Nərimanov, Gənclik, 28 may, Nizami, Elmlər Akademiyası, Sahil, İçəri şəhər stansiyalarının tunellərində artıq Azercell-in sürətli mobil internetindən yararlanmaq olar.
Azercell şirkətinin keyfiyyətli 4-cü nəsil şəbəkəsinin Bakı metropoliteninin yerdə qalan stansiya və tunellərinə doğru genişlənməsi üzrə işlər isə daha yüksək intensivliklə davam etdirilir. Yaxın zamanda Bakı metropoliteninin artıq bütün stansiyaları Azercell 4G şəbəkəsi ilə əhatə ediləcək.
Onu da qeyd edək ki, hazırda sərnişinlərin faydalana biləcəyi həm 2G, həm 3G, həm də 4G texnologiyaları abunəçilərə sərbəst şəkildə səsli zəng və mobil internet xidmətindən istifadə etməyə imkan verir, bu isə nəinki stansiyaların özündə, həm də bu stansiyalar arasındakı tunellərdə qatarların hərəkəti zamanı kəsintisiz şəbəkə deməkdir. İndi artıq sərnişinlər vaqonlarda hərəkət edərkən müxtəlif növ mobil internet məzmunundan və mobil tətbiqlərdən yararlana, hətta, mobil TV və filmləri də seyd edə bilərlər.
Xatırladaq ki, dünya miqyaslı telekommunikasiya şirkəti olan Ericsson-un apardığı bençmarkinq araşdırmaları göstərir ki, hazırda mobil internet sürətinə görə Azercell “Best in class” kateqoriyasında ən yaxşı operatordur.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
3 gün sonra
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
- 1 gün sonra
-
- 10 d. əvvəl
- 25 d. əvvəl
- 41 d. əvvəl
-
46 d. əvvəl
Azərbaycandan azot gübrəsi ixracında ciddi geriləmə - 32,2% və ya 25 milyon dollar azalıb
- 47 d. əvvəl
-
56 d. əvvəl
Azərbaycandan kimya məhsulları ixracı 40 milyon dollar azalıb
-
1 saat əvvəl
Azərbaycanın elektrik enerjisi satışından gəliri 3 dəfə azalıb
- 1 saat əvvəl
-
2 saat əvvəl
Özəl Sektor Forumu çərçivəsində 4,7 milyard dollarlıq sazişlər imzalanacaq
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
Azərbaycan nefti ucuzlaşmaqda davam edir
Qeyri-neft ixracına pambıq dəstəyi
Azərbaycandan kimya məhsulları ixracı 40 milyon dollar azalıb
Azərbaycanın sement ixracında geriləmə - 20,4% azalıb
Ən çox oxunanlar
"Ziraat Bank Azərbaycan"da yeni təyinat - Aynur Mirzəyeva Departament direktoru oldu
Azərbaycan ilk sukuk buraxılışına hazırlaşır
Bank of Baku-dan krediti 100% tam onlayn kredit əldə edin
Azərbaycanda şirkətlərin sayı 6,5 faiz artaraq 209 mini keçib
Məşhur fast-food markası 2,7 milyard dollara satılır
Rəsmi məzənnələr açıqlandı





















