"Əyarı aşağı salırlar ki, zərgərlik məmulatlarının qiyməti də aşağı düşsün"
Toy mərasimlərinin keçirilməsinə icazə verilməsi zərgərlik məmulatlarının satışına marağı yenidən artırıb.
Azərbaycan Zərgərlər Assosiasiyasının sədri Toğrul Abbasquliyev ilə müsahibəni təqdim edirik.
- Toy mərasimlərinin keçirilməsinə icazə veriləndən sonra zərgərlik məmulatları bazarında aktivlik necə dəyişib?
- Pandemiyanın ilkin dövründə bazarda 90 %-ə qədər zəifləmə var idi. Sonradan sahibkarlar adaptasiya dövrünü keçərək çox cüzi formada öz fəaliyyətlərini həmin şəraitə uyğunlaşdırdılar. Amma yenə də bazarın əsas hissəsi toy mərasimləri ilə bağlı olduğu üçün problemlər var idi. Artıq toyların keçirilməsinə icazə verilib. İnsan sayında məhdudiyyətlər olsa da, bunun özü də zərgərlər üçün bir dəstəkdir. Eyni zamanda ticarət mərkəzləri də açılıb. Azərbaycanda zərgərlik sahəsindəki sahibkarların 90 %-i ticarət mərkəzlərində fəaliyyət göstərir. Nəticədə bazarda irəliləyiş var, amma alıcılıq qabiliyyəti pandemiyadan öncəki dövrdəki həddə çatmayıb. Şifahi araşdırmalarımız göstərir ki, indi alıcılıq qabiliyyəti pandemidan əvvəlki biznes aktivliyinin 35-40 %-i səviyyəsindədir.
- Əsasən hansı zərgərlik məhsullarının satışında artım var?
- Artıq toylar keçirilir və bazarın da 70-80 % hissəsi həmin mərasimlərə bağlı olduğu üçün əsasən qızıldan hazırlanan qiymətli daşlarla bəzədilmiş dəstlərin satışı artıb. İndi yay mövsümü olduğu üçün insanlar daha çox istirahətə üz tutur. Toylara isə məhdud sayda insanla icazə verilir. Məsələn, əvvəl 300-500-100 nəfərlik toylar olurdu və insanlar yalnız bəy və ya gəlin üçün deyil, özləri üçün də zərgərlik məhsulu alırdıar. Sözsüz ki, toyların az sayda qonaqla keçirilməsi bazardakı artımı bir qədər ləngidir. Amma yenə də ümumi bazarda dirçəlmə olduğunu deyə bilərik.
- Qızılın qiymətində dəyişiklik necədir?
- 2019-cu ilin sonundan xam qızılın qiyməti qalxmağa başlayıb. Keçən ilin yayında bu qiymət 40 ABŞ dolları civarından 65 ABŞ dollara qədər qalxdı. Son bir neçə ayda qiymət 57-62 ABŞ dolları arasında dəyişir. Nəticədə istehsalçılar da satışlarını daha baha qiymətə etməyə məcbur olur ki, bu da pərakəndə satış qiymətlərində özünü bildirir.
Amma bu il yanvarın 1-dən zərgərlik məmulatlarının idxalı ilə bağlı gömrük və vergi güzəştləri qüvvəyə minib. Xam qızıla, gümüşə, qiymətli daşlara və hazır zərgərlik məmumlatlarının idxalına görə üç illik müddətdə aksiz vergisi şamil olunmur. Sadalanan mal qrupları artıq 15 %-lik gömrük rüsumundan da azaddır. Bu da idxal zamanı xərclərin və maya dəyərinin aşağı düşməsinə və pərakəndə qiymətlərin nisbətən münasib olmasına gətirir.
- Məlumdur ki, toy etməyə hazırlaşan insanlar bu planlarını avqust ayının ortalarına qədər yekunlaşdırmaq istəyirlər. Çünki avqutsun 10-da Məhərrəm ayı daxil olur və bu ayda demək olar ki, toy keçirilmir. Bəzi insanlar şikayət edirlər ki, zərgərlər bu fürsətdən istifadə edib məhsulların qiymətini qaldırıblar.
- Bir ildən çoxdur ölkədə toylar keçirilmirdi. Bu müddət ərzində qızılın qiyməti xeyli artıb. İnsanların o vaxt baxdığı qiymətlərlə indiki qiymətlər eyni ola bilməz. Məsələnin əsas səbəbi xam qızılın qiymətinin artmağıdır. Bu müddət ərzində xam qızılın qiyməti artdığı üçün fabriklər də qiyməti qaldırıb.

- Hansı qızıla tələbat daha çoxdur?
- Son 5-6 ildə 14 karat dediyimiz 585 əyarlı qızıla daha çox tələbat var. Əsasən də 2015-ci ildəki devalvasiyalardan sonra bazarın dövriyyəsinin 70-80 %-ini 585 əyarlı qızılın satışı təşkil edir. Daha öncəki dövrdə isə satışlar 750 əyarlı qızıl ilə təxminən bərabər səviyyədə idi. Bunu tək Azərbaycan bazarında yox, İtaliya, İspaniya, Tayland, Hindistan, Türkiyə, BƏƏ kimi bu sahədə sözünü demiş ölkələrdə də müşahidə edirik. Düzdür, Türkiyə adətən 585 əyarlı qızıl istehsal edir. Amma, məsələn, İtaliya istehsalçıları adətən 750 əyarlı qızıl istehsal edirlər. Amma bu böhrandan sonra onlar da əyarı aşağı salırlar ki, zərgərlik məmulatlarının qiyməti də aşağı düşsün.
Bizdə bu gün tələbatın əsas hissəsi Azərbaycan və Türkiyə qızılınadır. Bazarın təqribən 40-50 %-ni Azərbaycan istehsallı məhsullar, 40 %-i Türkiyə, qalanını isə digər ölkələrdə istehsal olunmuş məhsullar təşkil edir. Digər ölkələrin məhsulları arasında da əsas yeri İtaliya, qalan yerləri isə Tayland, Hindistan və digər ölkələrin məhsulları tutur.
- Qızılın növünə görə qiymətlər necə dəyişir?
- Azərbaycanda bir neçə yerli istehsalıçı 750 əyarlı qızıl istehsal edir. Adətən buna italyan qızılı və ya ağ qızıl deyirlər. Türkiyə əsasən 585 əyarlı qızıl istehsal edir. Rusiyada 585, 580, 500 əyarlı qızıl da var. Amma əsasən 585 əyarlı qızıl istifadə olunur. Bunların qiyməti çox bəsit hesablanır. Hesablama zamanı ilkin olaraq qızılın London birjalarındakı qiyməti götürülür. 750 əyarlı qızılın tərkibində 75 %, 585 əyarlının tərkibində 58,5 % qızıl olur. Həmin qızılın bir qramının qiymətini hesablayıb üzərinə işçilik haqqını da gəlirik.
Adətən Türkiyə və BƏƏ-də işçilik haqqı 5-7 ABŞ dolları arası dəyişir, İtaliyada isə 10 ABŞ dollardan yuxarı olur. Sözsüz ki, idxal zamanı da əlavə xərclər yaranır.
Bu danışdıqlarımız qızılın topdançılar üçün hesablanan qiymətinə aiddir. Bu gün bazarda brendləşmə gedir. Əvvəllər adətən qərb ölkələrinin brendləri ilə rastlaşırdıq. Əsasən də İtaliya bu sahədə sözünü demiş ölkədir. Son dövrlərdə Rusiyanın da öz zərgərlik brendləri formalaşır. Brend malın qiyməti fərqli qaydada formalaşır. Marketinq xərcləri, brendin adı, qablaşdırılması və digər xərclər var ki, brendin qiymətinin baha olmasına səbəb olur. Ona görə də burda orta qiymət çıxarmaq yanlış olar. Rusiyada hər hansı bir sexdən 585 əyarlı qızıl alsaq onun qiyməti brend məhsulun qiymətindən fərqli olacaq. Eyni hal İtaliyaya da aiddir.

- Gümüş satışında vəziyyət necədir?
- Gümüş məmulatlarına həmişə tələbat var. Gümüşün də qiyməti çox qalxıb. Gümüşün bir qramının qiyməti bu gün təqribən 85 sentdir. Gümüş satışı sahbikarlar üçün daha sərfəli bir biznes növüdür. Çünki gümüşdə qazanc marjası daha yüksəkdir. Azərbaycanda gümüş bazarı var və bu bazarda həm topdan, həm də brend gümüş məhsullar satılır. Ölkədə bir neçə fabrik gümüş məmulatlarını istehsal edib bazara çıxarır. Amma onların bazar payı o qədər də çox deyil. Bazar payı daha çox brendləşmiş gümüş məmulatlarına məxsusdur.
Marja.az Telegramda: https://t.me/marjaaz
"Report"
Müştərilərin xəbərləri
METAK və VFK Azərbaycanda ilk polistirol qablaşdırma istehsalının yaradılması üzrə əməkdaşlıq sazişi imzalayıblar
Bakıda sazişlər imzalandı - Biznesin İnkişafı Fondu, “Azerconnect Group”, “TuranBank”, “Rabitəbank”...
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
2 gün sonra
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
- 21 saat sonra
-
- 44 d. əvvəl
-
1 saat əvvəl
"İqtisadi inkişafımızla bağlı hər hansı çətinliklər gözləmirik"
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Neft Emalı Zavodunda baş vermiş yanğın hadisəsi ilə bağlı rəsmi məlumat
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Dollarla 8% gəlir: Unibank-ın yeni istiqrazlarının detalları açıqlandı
-
2 saat əvvəl
Kapital Bank-dan böyük istiqraz emissiyası: investorlara aylıq faiz ödənişi ediləcək
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
"İqtisadi inkişafımızla bağlı hər hansı çətinliklər gözləmirik"
"Rabitəbank" 10 milyon dollarlıq saziş imzalayıb
Ən çox oxunanlar
Kapital Bank-dan böyük istiqraz emissiyası: investorlara aylıq faiz ödənişi ediləcək
Azərbaycan daha çox pul ödəyib, amma daha az gübrə idxal edib
Azərbaycan siqaret idxalı artıb - 5 ayda 52 milyon dolları keçib
Rəsmi məzənnələr açıqlandı
BBC 550 əməkdaşını işdən çıxarır - 500 milyonluq qənaət planı, böyük ixtisar dalğası
İlk 5 ayda Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı 16,6% artaraq 1,5 milyard dolları təşkil edib
Bu gün PAŞA Bank-ın səhmlərinin yerləşdirilməsinə başlanılır




















