“Azərbaycan bazarında olmayan yeni məhsulu təqdim edirik”
Litvanın “Pieno Zvaigzdes” şirkəti Azərbaycan bazarında daha da möhkəmlənmək niyyətindədir.
“Mirlex Trading” distribusiya şirkətində satış departamentinin rəhbəri Tural Həsənov bildirib ki, çalışdığı şirkət Bakıda və Azərbaycanın regionlarında Litvanın “Pieno Zvaigzdes” şirkətinin “Сваля” (Svalya) brendini təqdim edir.
Bazarda uzun illər fəaliyyət göstərməklə, biz ilk növbədə məhsullarımızın yüksək keyfiyyəti ilə etibar qazanmışıq. Avropada südün qiymətinin bahalaşma təmayülünə baxmayaraq, biz qiymətləri ilin əvvəlində olduğu kimi saxlamağa çalışırıq. İstehsal edilmiş məhsulların keyfiyyəti ilə yanaşı, qablaşdırma materialına da xüsusi diqqət yetirilir. Məsələn, ən keyfiyyətli məhsullardan biri olan xama karton qutuda qablaşdırılıb, çünki karton plastik ilə müqayisədə, bu, ekoloji baxımdan daha təmiz materialdır. Bu gün stendimizdə artıq tanınmış pendir, xama, şor məhsulları ilə yanaşı, hələ Azərbaycan bazarında olmayan yeni məhsulu da təqdim edirik. Bu, zülal ilə zəngin olan, üç dəfə daha çox süddən istifadə edilmiş “Греческий” (“Qreçeyskiy”) yoqurt məhsul xəttidir. Hazırda bu məhsul daha da populyarlaşmaqdadır, çünki insanlar sağlamlıqlarına və zülalı qidalara daha çox maraq göstərirlər. Ziyarətçilər yeni məhsulları maraqla öyrənirlər. Biz mağazalarda sınaq və nümunəgötürmə proseslərini həyata keçirəcəyik”.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 6 gün sonra
-
16 saat əvvəl
Kənd təsərrüfatında iddialı dönüş: Ağsu Aqropark istehsalı artırır
-
- 16 saat əvvəl
-
16 saat əvvəl
Metro üçün Asiya bankından 180 milyon dollar borc alındı - Kredit sazişi imzalandı
- 17 saat əvvəl
- 17 saat əvvəl
- 17 saat əvvəl
-
17 saat əvvəl
İkiqat qitə çempionları sponsor və azarkeşləri ilə görüşüblər - FOTOLAR
- 18 saat əvvəl
-
19 saat əvvəl
İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşma Fondu yaradılacaq
- 19 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
Kənd təsərrüfatında iddialı dönüş: Ağsu Aqropark istehsalı artırır
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
"Grabstar"ın 3-cü filialı istifadəyə verilib
Bakı Limanında quru yük aşırılması 77% artıb
Ən çox oxunanlar
PAŞA Capital-da yeni təyinat
İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşma Fondu yaradılacaq
TuranBank beynəlxalq fonddan vəsait cəlb edib
Bakıda HELF/AZHAB Forum 2026 keçiriləcək
Azərbaycanda vergi borcları daha da artıb, 3,3 milyard manatı keçib
İranla ABŞ arasında 14 maddəlik razılaşmanın detalları bilinib
"70 faizədək kompensasiya yerli istehsalçıların xarici bazarlarda rəqabətli qiymətlərlə çıxış etməsinə imkan verəcək"






















