"Zəyəm Texnologiyalar Parkı" cəlb edəcəyi 18 milyon manatı nə üçün istifadə edəcəyini açıqladı
“Zəyəm Texnologiyalar Parkı” ASC-nin əsas səhmdarı şirkətin yeni səhmlərini alaraq ona vəsait verməyi nəzərdə tutur. ASC cəlb edəcəyi məbləğin böyük hissəsini borcunun ödənilməsinə yönəldəcək.Xəbər verdiyimiz kimi, "Zəyəm Texnologiyalar Parkı" ASC-nin hər birinin nominal dəyəri 1 manat olan 18 milyon adi adlı sənədsiz səhmləri dövlət qeydiyyatına alınıb. 2020-ci ilin sonunda Cəmiyyətin nizamnamə kapitalı 305 min 246 manat həcmində olmaqla, hər birinin nominal dəyəri 1 manat olan 305 246 səhmdən ibarət olub. Yerləşdirmədən sonra "Zəyəm Texnologiyalar Parkı"nın nizamnamə kapitalı 18 milyon 305 min 246 manata yüksələcəkdir.
Qeyd olunan səhmlərin yerləşdirilməsi Bakı Fond Birjasında abunə yazılışı üsulu ilə həyata keçiriləcəkdir. Abunə yazılışı 2021-ci il 31 avqust - 29 oktyabr tarixləri aralığını əhatə edəcəkdir. Yerləşdirmənin başlanmasına ən azı 2 iş günü qalmış yerləşdirmənin baş tutacağı tarix BFB-nin internet səhifəsində investorlara açıqlanacaqdır.
Marja Emissiya Prospektinə istinadən xəbər verir ki, abunə yazılışı dövründə səhmləri əldə etmək istəyən investor PAŞA Kapital İnvestisiya Şirkəti QSC və ya ölkədə investisiya şirkəti fəaliyyətinin həyata keçirilməsinə dair müvafiq lisenziyası olan digər investisiya şirkətlərinə müraciət edə bilər.
Abunə yazılışı müddəti bitdiyi tarixdən 5 iş günü ərzində səhmlərin "Bakı Fond Birjası" QSC-nin ticarət platformasında yerləşdirilməsi başlanacaqdır. Yerləşdirmənin başlanma və başa çatma tarixləri barədə məlumat "PAŞA Kapital İnvestisiya Şirkəti" QSC tərəfindən öz veb saytında və kütləvi informasiya vasitələrində açıqlanacaqdır. Yerləşdirmə müddətinin ilk 2 iş günü ərzində səhmlər üstünlük hüququna malik investorlar arasında yerləşdiriləcəkdir, ilk 2 iş günü ərzində yerləşdirilməyən səhmlər isə digər investorlar arasında növbəti iş günü ərzində yerləşdiriləcəkdir. Səhmləri abunə yazılışı qiyməti ilə almaqda üstünlük hüququ yalnız “Zəyəm Texnologiyalar Parkı” ASC-nin 30 aprel 2021-ci il tarixində keçirilmiş Səhmdarlarının Növbədənkənar Ümumi Yığıncağında iştirak etmək hüququna malik olmuş səhmdarlar əldə edir. Üstünlük hüququ səhmdarın Cəmiyyətin nizamnamə kapitalında olan payı ilə məhdudlaşdırılır. Səhmdarların bu paydan artıq sayda səhm almaq sifarişləri yalnız digər sifarişlərdən qiymət üstünlüyü olduqda icra ediləcəkdir. Eyni qiymətlə verilmiş bu cür 12 sifarişlər səhmlərin sifarişlər arasında həcmə görə mütənasib şəkildə bölüşdürülməsi yolu ilə təmin ediləcəkdir.
“Zəyəm Texnologiyalar Parkı” ASC-nin nizamnamə kapitalında 30 aprel 2021-ci il tarixinə əsas pay “AZMADE GROUP” MMC-ə məxsus olmuşdur. Bu pay 269 654 adi adlı səhmlərdən ibarə olub nizamnamə kapitalının 91,6159 faizini təşkil edir və “Zəyəm Texnologiyalar Parkı” ASC-nin idarə edilməsində və mühüm qərarların qəbul edilməsində “AZMADE GROUP” MMC-ə müstəsna hüquqlar verir. Bunu və yeni emissiya edilən səhmləri almaqda üstünlük hüququnu nəzərə alaraq, “AZMADE GROUP” MMC-nin yeni buraxılan səhmlərin də ən azı 91,6159 faizini və ya 16 490 862 səhmi əldə edəcəyi ehtimalı yüksəkdir.
Emissiya Prospektin təklifin səbəbləri barədə də məlumat verilib. Qeyd edilib ki, təklifin səbəbləri səhmlərin emissiyasından əldə olunan vəsaitin “Zəyəm Texnologiyalar Parkı” ASC-nin borclarının ödənilməsinə və Cəmiyyətin fəaliyyəti üçün tələb olunan digər məqsədlərə yönəldilməsidir. Səhm emissiyasından əldə olunacaq xalis gəlir “Zəyəm Texnologiyalar Parkı” ASC-nin 17 milyon 876 min 442 manat təşkil edən borcunun ödənilməsinə, yerdə qalan məbləğ isə Cəmiyyətin cari fəaliyyəti üçün istifadə ediləcəkdir. Səhm emissiyasından əldə olunacaq xalis gəlir səhmlərin yerləşdirmə qiymətindən asılıdır. Bütün səhmlər ilkin satış qiyməti ilə yerləşdirildiyi halda, emissiya nəticəsində cəlb olunacaq xalis məbləğin 17 milyon 988 min 620 manat təşkil edəcəyi gözlənilir.
Qeyd edək ki, "Zəyəm Texnologiyalar Parkı" ASC ölkə ərazisində sənaye zavodlarının tikintisi və quraşdırılması fəaliyyəti ilə də məşğuldur.
Abşeronda badam bağları salan və “Badam emalı zavodu”nu işə salmış “AZBADAM” MMC “AZMADE Group” MMC şirkətlər qrupuna daxildir. Türkan qəsəbəsində yerləşən “AzBadam” MMC-yə məxsus “Badam emalı zavodu”nun tikinti-quraşdırması, metal konstruksiyası zavodda istehsal olunmaqla, Zəyəm Texnologiyalar Parkı (ZTP) tərəfindən həyata keçirilmişdir.
Müştərilərin xəbərləri
PAŞA Kapital: Fiziki şəxslər tərəfindən IPO çərçivəsində təqdim edilmiş bütün sifarişlər tam həcmdə təmin olunub
Subway Azərbaycan bazarına daxil oldu: şirkətin EMEA regionu üzrə rəhbərliyi planlar haqqında danışdı - FOTO
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
1 gün sonra
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
- 1 saat əvvəl
-
-
2 saat əvvəl
Xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının sayı azalıb
- 2 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Bəzi yerlərdə intensiv yağış yağacaq, temperatur 4-7 dərəcə enəcək - XƏBƏRDARLIQ
-
4 saat əvvəl
PAŞA Bankın IPO-su uğurla yekunlaşdı: investor sifarişləri təklifi 15 milyon manat üstələdi
- 4 saat əvvəl
-
4 saat əvvəl
Mərkəzi Bank iyunun 22-dən yeni inzibati binada fəaliyyətini davam etdirəcək
-
5 saat əvvəl
"Bu gün İtaliyadakı investisiyalarımızın ümumi dəyəri 3 milyard ABŞ dolları təşkil edir"
-
5 saat əvvəl
TuranBank-ın Sədri İslam İnkişaf Bankı Qrupunun İllik Toplantılarında spiker qismində çıxış edib
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
PAŞA Kapital: Fiziki şəxslər tərəfindən IPO çərçivəsində təqdim edilmiş bütün sifarişlər tam həcmdə təmin olunub
Xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının sayı azalıb
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
PAŞA Bankın IPO-su uğurla yekunlaşdı: investor sifarişləri təklifi 15 milyon manat üstələdi
PAŞA Bank-ın səhmləri yerləşdirildi: 18 000-ə yaxın unikal investordan 66,3 milyon manatlıq 20 000-dən çox sifariş
Ən çox oxunanlar
"Bu gün İtaliyadakı investisiyalarımızın ümumi dəyəri 3 milyard ABŞ dolları təşkil edir"
TuranBank-ın Sədri İslam İnkişaf Bankı Qrupunun İllik Toplantılarında spiker qismində çıxış edib
Botanica Residence-in rəsmi təqdimatı baş tutdu: Təbiət və şəhər həyatının harmoniyası
Subway Azərbaycan bazarına daxil oldu: şirkətin EMEA regionu üzrə rəhbərliyi planlar haqqında danışdı - FOTO
Nuran Kərimov "AmCham Azərbaycan"ın yeni Prezidenti seçilib



















