İkinci böyük iqtisadiyyat olan Çində zavodlar fəaliyyətini dayandırır
Səbəb elektrik enerjisinin olmamasıdırKömür və qaz qiymətlərinin kəskin artması ilə əlaqədar olaraq Çində enerji böhranı yaranıb.
Marja xəbər verir ki, Çinin 20 əyalətində həm sənaye müəssisələrinə, həm də yaşayış binalarına elektrik enerjisi məhdudiyyətlər ilə verilir.
Jiangsu əyalətində, səlahiyyətlilər tərəfindən, mindən çox zavod və fabrikə failələr ilə işləmələri əmr edilib. 143 müəssisə fəaliyyətini tamamilə dayandırıb.
Çində Ümumi Daxili Məhsul istehsalının 10%-ni təmin edən Guangdong əyalətində enerji istehlakı məhdudlaşdırılıb. Ofis binalarında ikinci və üçüncü mərtəbələrin bağlanması əmri verilib və bir sıra sənaye müəssisələri gecə rejiminə keçirilib.
Ölkənin şimal əyalətlərinin küçələrində işıqlar və işıqforlar söndürülüb, bu da bir neçə kilometrlik tıxaclara səbəb olub. Göydələnlərin sakinləri aşağı pilləkənlər ilə düşmək məcburiyyətində qalıblar.
Şimal-şərqdəki Heilongjiang, Jilin və Liaoning əyalətlərində elektrik təchizatı problemləri mövsümi soyuqlara və gecə temperaturunun 10 dərəcəyə qədər düşməsinə baxmayaraq yaşayış binalarına elektrik enerjisinin verilməsi məhdudlaşdırılıb.
Çinin şimal əyalətləri elektrik enerjisini əsasən kömürlə işləyən stansiyalardan alır.
Problemin əsas səbəbi Avropa Birliyi və İngiltərəni artıq vuran qaz və kömür qiymətlərinin kəskin artmasıdır. Son bir ayda, Zhengzhou birjasında bir ton termal kömür 40% bahalaşaraq 192,4 dollara yüksəlib - bu, 8 ildə yeni bir rekorddur. Qiymətlər keçən yayla müqayisədə iki dəfə artıb.
Kömür sənayesindəki bir mənbə deyib ki, kömür qiymətlərinin artmasının səbəblərindən biri milli ekoloji standartların sərtləşdirilməsidir: bir çox kömür mədəni müəssisələrinin lisenziyalarının müddəti bitmişdi və bir ilə yaxındır ki, yenisini ala bilmirlər, buna görə də işlərini dayandırmalı oldublar.
Pandemiya zamanı gömrükdə karantin tədbirləri səbəbindən idxal olunan kömür tədarükü də azaldıb.
Elektrik enerjisinin qiymətləri dövlət tərəfindən tənzimlənir və kömür qiymətləri yüksəldiyindən elektrik enerjisi istehsalçıları öz xərclərini ödəyə bilmirlər.
Bu ilin yanvar-avqust aylarında Çinin 2.28 milyard kilovat-saat elektrik enerjisinin təxminən 56.14%-i kömürlə işləyən elektrik stansiyalarının payına düşüb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
3 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 3 gün sonra
- 2 saat sonra
-
- 7 d. əvvəl
- 37 d. əvvəl
- 41 d. əvvəl
- 46 d. əvvəl
-
57 d. əvvəl
"Bizim şirkət artıq həm də hibrid avtomobillərin satışı və servisi ilə məşğul olacaq"
-
1 saat əvvəl
Birbank-ın taksit kartını əldə edin, ilk taksit ödənişinizə 50 bonus qazanın
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
"Azərbaycan Dəmir Yolları" 2 şirkətini birləşdirir
"Bizim şirkət artıq həm də hibrid avtomobillərin satışı və servisi ilə məşğul olacaq"
Ən çox oxunanlar
AZAL Misirin Al-Alameyn kurort şəhərinə uçuşlara başlayıb
“Mazda Azərbaycan”dan 12,8 milyon manatlıq satış
"Group Motors"dan 107 milyon manatlıq satış
“İsmayıloğlu” şirkətnin xalis mənfəəti 19% artıb





























