"OPEC+" 2022-ci il üçün qlobal neft tələbatı üzrə proqnozunu artırıb
Gələn il gündəlik qlobal neft tələbatı 4,2 mln. barel artacaq ki, bu da əvvəlki proqnozla müqayisədə 0,9 mln. barel çoxdur.
Bu barədə “OPEC+” (OPEC və təşkilata daxil olmayan ölkələri əhatə edən neft istehsalının azaltması üzrə təşəbbüs) razılşaması iştirakçılarının texniki komitəsinin nazirlərinin monitorinq komitəsinin iclası üçün hazırlanmış sənəddə bildirilir.
Sənədə əsasən, 2022-ci ildə neftə olan gündəlik qlobal tələbat 2021-ci ildəki 96,7 mln. barelə qarşı 100,8 mln. barel təşkil edə bilər.
Qeyd olunur ki, proqnoz geniş peyvənd kampaniyası fonunda yüksəldilib. Hesabata əsasən, hazırda dünya əhalisinin 33%-i koronavirusa qarşı peyvənd olunub.
Bununla yanaşı, qlobal neft tədarükünün artması da davam edəcək. Belə ki, əgər 2021-ci ildə qlobal neft bazarında gündəlik 1,1 mln. barel defisiti yer alacaqsa, 2022-ci ildə bazarda gündəlik təklif tələbi 1,4 mln. barel üstələyəcək.
Qlobal kommersiya neft ehtiyatlarının artması da proqnozlaşdırılır. Belə ki, 2022-ci ildə bu göstəricini 496 mln. barel artacağı ehtimal edilir (2021-ci ildə isə 405 mln. barel azalma ehtimal olunur). Ehtiyatların səviyyəsi 2022-ci ildə beşillik ortalama göstəricisindən 68 mln. barel çox olacaq (2021-ci ildə beşillik ortalama göstəricisindən 106 mln. barel az).
Telegramda Marja.az səhifəsinə abunə olun
APA
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 10 saat sonra
-
-
4 saat əvvəl
Dünya Bankı Bakının ekoloji problemlərinin həlli üçün 410 milyon dollar ayırmağı planlaşdırır
- 8 saat əvvəl
- 8 saat əvvəl
-
9 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 10 saat əvvəl
-
11 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 11 saat əvvəl
- 12 saat əvvəl
- 12 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
Toyota Abşeron yeni nəsil RAV4 modelini təqdim etdi
"Nərimanov"da obyektlər sökülür?
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!
























