Facebook səhmləri problemdən sonra kəskin ucuzlaşıb, Zuckerbergin sərvəti "əriyib"
Zuckerberg təxminən 6,7 milyard dollar itirdiSosial media platformaları Whatsapp, İnstagram və Facebooka dünya üzrə yaşanan daxilolma problemi ilə əlaqədar olaraq Facebook şirkətinin səhmləri 5%-dən çox dəyərdən düşüb.
Marja xəbər verir ki, yaşanan problem Facebook-un qurucusu və Baş direktoru Mark Zuckerbergin şəxsi sərvətinə də dərhal mənfi əks olunub. Zuckerberg-in sərvəti təxminən 3 saatda 6,7 milyard dollar "əriyib".
İnternet saytlarındakı çökmə problemini bildirən "Down Detector"a görə, dünən Bakı vaxtı ilə saat 19:40-dan Facebook, Whatsapp və Instagram-a daxil olmaqda problemlər baş verib.
Facebook-un İctimaiyyətlə Əlaqələr direktoru Andy Stone, Twitter üzərindən etdiyi açıqlamada, "Tətbiqlərimiz və məhsullarımıza daxil olmaqda bir problem olduğunun fərqindəyik. Mümkün olan ən qısa müddətdə hər şeyin normala dönməsi üçün çalışırıq, verdiyimiz narahatlığa görə üzr istəyərik", ifadəsini istifadə edib.
Qeyd edək ki, Whatsapp, Instagram və Facebooka 7 saat daxil olmaq mümükün olmayıb. İndiyədək problemin səbəbi açıqlanmayıb.
İŞÇİLƏR OFİSƏ GİRƏ BİLMƏYİ İDDİASI
ABŞ-ın tanınmış qəzetlərindən "New York Times"in müxbiri Sheera Frenkel maraqlı bir iddia ortaya atıb. Frenkel Twitter hesabından, davam edən problemi həll etmək üçün şirkət binalarına gələn Facebook işşilərinin içəri girə bilmədiyini yazıb. İddiasını adını açıqlamadığı bir Facebook işçisi ilə telefon danışığına əsaslandığını qeyd edən Frenkel, işçilərin kartlarının qapıları açmadığını qeyd edib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 10 saat sonra
-
-
4 saat əvvəl
Dünya Bankı Bakının ekoloji problemlərinin həlli üçün 410 milyon dollar ayırmağı planlaşdırır
- 8 saat əvvəl
- 8 saat əvvəl
-
9 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 10 saat əvvəl
-
11 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 11 saat əvvəl
- 12 saat əvvəl
- 12 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
Toyota Abşeron yeni nəsil RAV4 modelini təqdim etdi
"Nərimanov"da obyektlər sökülür?
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!






















