Tanker biznesi “qaza basıb” - 60 YENİ SİFARİŞ
Ən iri müştərilər Danimarka və Rusiya şirkətləridir...Təbii qaz qiymətlərinin qlobal miqyasda, xüsusən Avropada rekord həddə bahalaşması sıxılmış maye qaz (LNG) ehtiyaclarını da sürətlə artırıb. Nəticədə maye qazın daşınması üçün yeni tankerlərə tələbat və sifarişlər böyüyüb.
Marja xəbər verir ki, 2021-ci ilin ilk 9 ayında bütün dünya tərsanələrində LNG-nin daşınması üçün 60 yeni tanker sifariş olunub. Bu isə ötən ilin bütöv göstəricisindən (53) çoxdur. Yeni sifariş edilən tankerlərin orta tutumu 160-180 min kub metr arasında dəyişir.
Sifarişərin sayı və həcminə görə Danimarkanın gəmiçilik şirkəti Celsius Shipping və Rusiyanın ən iri neft və qaz məhsulları daşıyıcısı “Совкомфлот” (SCF Group) liderdir. Celsius təkcə cari ilin 3-cü rübündə Cənubi Koreyanın Samsung Heavy Industries şirkətinə hər birinin tutumu 180 min kub metr olan, 2023-2024-cü ildə təhvil veriləcək 6 iri tanker sifariş edib. Onlardan 4-ü ingilis nəhəngi BP üçün nəzərdə tutulub.
SCF isə 3-cü rübdə digər Koreya şirkəti Hyundai Samho Heavy Industries-dən tutumları 174 min kub metr olan 2 tanker istəyib. 2023-cü ildə istifadəyə veriləcək tankerlər fransız enerji şirkəti Total üçün LNG daşıyacaq.
Beynəlxalq Enerji Agentliyi (IEA) bu il 2020-ci illə müqayisədə 10% daha çox sıxılmış maye qaz daşınacağını proqnozlaşdırıb. Bununla belə, bəzi ekspertlər, o cümlədən əmtəə qiymətləri üzrə analitika şirkəti ICIS Heren-in Asiyada LNG sektoru üzrə rəhbəri Roman Kazmin bunun real artım deyil, pandemiyada itirilən həcmin bərpası olduğunu bildirir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 10 saat sonra
-
-
4 saat əvvəl
Dünya Bankı Bakının ekoloji problemlərinin həlli üçün 410 milyon dollar ayırmağı planlaşdırır
- 8 saat əvvəl
- 8 saat əvvəl
-
9 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 10 saat əvvəl
-
11 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 11 saat əvvəl
- 12 saat əvvəl
- 12 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
Toyota Abşeron yeni nəsil RAV4 modelini təqdim etdi
"Nərimanov"da obyektlər sökülür?
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!
























