ABŞ enerji bazarındakı vəziyyətə görə heç bir addım atmaq niyyətində deyil - Ağ Ev
Amerika Birləşmiş Ştatlarının rəhbərliyi Amerika bazarında yanacağın qiymətini aşağı salmaq üçün heç bir tədbir görməyəcək.
Marja xəbər verir ki, bu barədə cümə axşamı Ağ Evin mətbuat katibinin müavini Karin Jean-Pierre və ABŞ Energetika Nazirliyinin sözçüsü məlumat verib.
ABŞ Prezidenti Co Baydenin təyyarəsindəki jurnalistlərin suallarını cavablandıran Jean-Pierre, "Hər hansı bir hərəkətin lazım olduğunu və nə vaxt lazım olduğunu müəyyən etmək üçün çalışacağıq. Amerikalı ailələr üzərində enerji qiymətlərinin yükünü azaltmağın yollarını axtarmağa davam edəcəyik. Ancaq hazırda heç bir tədbirimiz yoxdur",- bildirilib.
Onun sözlərinə görə, yanacaq bazarındakı vəziyyət göstərir ki, ABŞ və dünya birliyi bütövlükdə enerji mənbələrini şaxələndirməyə davam etməli və alternativ enerjini daha fəal inkişaf etdirməlidir.
"Həmişə olduğu kimi, Amerika xalqını qorumaq üçün mövcud olan bütün vasitələrə baxaraq bazarlara diqqət yetirməliyik. Ancaq dediyimiz kimi, hazırda heç bir tədbir görmə planı yoxdur", -Jean-Pierre deyib.
Xəbər verdiyimiz kimi, ABŞ-ın Energetika naziri Jennifer Granholm, Çərşənbə günü Amerikanın strateji neft ehtiyatlarının satışa çıxarılmasının və xam neft ixracına qadağa qoyulmasının mümkünlüyünü bildirmişdi.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 10 saat sonra
-
-
4 saat əvvəl
Dünya Bankı Bakının ekoloji problemlərinin həlli üçün 410 milyon dollar ayırmağı planlaşdırır
- 8 saat əvvəl
- 8 saat əvvəl
-
9 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 10 saat əvvəl
-
11 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 11 saat əvvəl
- 12 saat əvvəl
- 12 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
Toyota Abşeron yeni nəsil RAV4 modelini təqdim etdi
"Nərimanov"da obyektlər sökülür?
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!

























