Neft daha da bahalaşdı
Neft yeni həftəyə bahalaşma ilə başlayıb.
Marja xəbər verir ki, Bakı vaxtı ilə saat 07:30-da Brent nefti 1,6% bahalaşma ilə 83.77 dollardan, ABŞ xam nefti isə 2% bahalaşma ilə 80,97 dollardan ticarət olunub.
Koronavirus pandemiyası ilə əlaqədar tətbiq edilən məhdudiyyətlərin aradan qaldırılması ilə iqtiadiyyatların neftə tələbi artır. Mövcud neft hasilatı (təklif) isə tələbdən aşağıdır. Bazar kəsir vəziyyətində olduğundan qiymətlər yüksəlir.
Tokioda neftin qiyməti son üç ilin ən yüksək həddinə yüksəlib
Bazar ertəsi günü Tokio Ticarət Birjasında neftin qiyməti son üç ilin ən yüksək səviyyəsinə yüksəlib. Ticarət məlumatlarına görə, gələn ilin mart ayında çatdırılacaq bir kilolitr (təxminən 6.289 barel) Dubai xam nefti 54.4 min yenə (təxminən 484.3 dollar) satılıb. Bu, 2018-ci ilin oktyabr ayından bu yana ən yüksək qiymətdir.
"Tokioda qiymətlərin artmasına, digər birjalarda, ilk növbədə Nyu-Yorkdakı neft qiymətlərinin artması təsir edir. Bunun səbəbi, bir sıra qabaqcıl ölkələrdə pandemiyanın zəifləməsi ilə əlaqədar iqtisadi aktivliyin bərpası və bununla əlaqədar dünyada artan tələbat, eləcə də əsas istehsalçı dövlətlər tərəfindən həyata keçirilən neft hasilatının azaldılması siyasətidir", - Bazar ertəsi NHK telekanalı bildirib.
Tokiodakı treyderlər, ilk növbədə Çin rəhbərliyinin istilik elektrik stansiyalarında kömürdən istifadəni ardıcıl olaraq dayandırmaq və digər enerji mənbələrinə keçmək niyyəti ilə əlaqədar olaraq neftdə daha da bahalaşma gözləyirlər.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 13 saat sonra
-
-
2 saat əvvəl
Dünya Bankı Bakının ekoloji problemlərinin həlli üçün 410 milyon dollar ayırmağı planlaşdırır
- 5 saat əvvəl
- 6 saat əvvəl
-
6 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 8 saat əvvəl
-
9 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 9 saat əvvəl
- 9 saat əvvəl
- 9 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
Toyota Abşeron yeni nəsil RAV4 modelini təqdim etdi
"Nərimanov"da obyektlər sökülür?
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!
























