Çip böhranı iPhone istehsalını da vurdu
Çip böhranı ilə əlaqədar olaraq, ABŞ-ın "Apple" şirkətinin iPhone 13 istehsalını təxminən 10 milyon ədəd azaldacağı təxmin edilir.Mövzu haqqında məlumata malik olan mənbələrə görə, "Apple Inc." şirkəti 2021-ci il üçün iPhone 13 istehsal hədəfini, davam edən yarımkeçirici çip çatışmazlığı ilə əlaqədar təxminən 10 milyon ədəd azaldacaq.
Marja xəbər verir ki, mövzunun gizli olmasına görə adlarını verməyən mənbələr, şirkətin ilin son rübündə 90 milyon ədəd yeni iPhone modelləri istehsal etməyi nəzərdə tutduğunu, ancaq "Broadcom Inc." və "Texas Instruments Inc." şirkətlərinin kifayət sayda ehtiyat hissələri təmin edə bilməməsinə görə bu sayın daha aşağı olacağını qeyd ediblər.
Texnologiya nəhəngi "Apple" dünyanın ən böyük çip alıcısı mövqeyindədir və elektronika tədarükü zəncirinin illik ritmini təyin edir. Ancaq güclü alış gücü ilə belə, "Apple" bütün dünyada sənayelərə mənfi təsir edən tədarük problemləri ilə mübarizə aparır. Qabaqcıl çip istehsalçıları, tələbin gələn il və potensial olaraq daha sonra da istehsaldan (təklifdən) çox olmağa davam edəcəyi xəbərdarlığını edirlər.
"Apple" ekran hissələrini "Texas Instruments" şirkətidən alır, "Broadcom" uzun zamandır şirkətin kabelsiz hissələrinin tədarükçüsü vəziyyətindədir. "Texas Instruments"in son iPhone modelləri üçün çətin olan bir çipi təmin edir. Bu çip OLED ekranının çalışmasını təmin edir. Həmçinin "Apple" digər tədarükçülərdən də hissələr almaqda çətinlik çəkir.
"Apple" və "Texas Instruments" şirkətlərinin nümayəndələri mövzu haqqında açıqlama verməkdən yayınıblar. "Broadcom" isə açıqlama tələbinə cavab verməyib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 14 saat sonra
-
-
1 saat əvvəl
Dünya Bankı Bakının ekoloji problemlərinin həlli üçün 410 milyon dollar ayırmağı planlaşdırır
- 4 saat əvvəl
- 5 saat əvvəl
-
5 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 7 saat əvvəl
-
8 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 8 saat əvvəl
- 8 saat əvvəl
- 8 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
Toyota Abşeron yeni nəsil RAV4 modelini təqdim etdi
"Nərimanov"da obyektlər sökülür?
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!
























