Elektrik enerjisi istehsalında neft ssenarisi - QİYMƏTLƏR YÜKSƏLDİ
Beynəlxalq Enerji Agentliyi (UEA), artan təbii qaz və kömür qiymətlərinin elektrik enerjisi istehsalında neft istifadəsini artıra biləcəyini və bunun qlobal neft tələbini 6 ayda cəmi gündəlik 500 milyon barel artıra biləcəyini nəzərdə tutur.
Marja xəbər verir ki, 2021-ci ildə neft tələbinin artmasına dair proqnozunu gündəlik 5,5 milyon barelə dəyişən UEA, 2022-ci il üzrə tələb artımı təxminini gündəlik 3,3 milyon barelə yüksəldib.
UEA, qlobal iqtisadi bərpa ilə yaşanan təbii qaz qıtlığının belə davam etməsi vəziyyətində neftdən elektrik enerjisi istehsalının daha da artacağını vurğulayıb.
Açıqlamadan sonra Qərbi Texas nefti 1% bahalaşaraq 81,40 dollara, Brent neft 1,1% bahalaşaraq 84,20 dollara çatıb (Bakı vaxtı ilə saat 13:25-ə olan məlumat).
OPEC dərc etdiyi aylıq bazar hesabatında, bu il üçün qlobal neft tələbi təxminini aşağı salıb. OPEC, təbii qaz qiymətlərindəki yüksəlişlə elektrik enerjisi istehsalı kimi sektorlarda neftə olan tələbin arta biləcəyini, lakin neftayırma zavodlarıdakı istehsalın azala biləcəyini nəzərdə tutur.
OPEC qlobal neft tələbinin artması proqnozunu bu il üçün 5,96 milyon bareldən 5,8 milyon barelə endirmiş, dördüncü rüb üçün cəmi tələb təxminini gündəlik 120 min barel yüksəldərək gündəlik 99,82 milyon barelə qaldırmışdı.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 15 saat sonra
-
- 3 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 5 saat əvvəl
-
6 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 6 saat əvvəl
- 7 saat əvvəl
- 7 saat əvvəl
- 7 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
“BQ” ASC-nin xalis mənfəəti 52% artıb
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
























