Enerji qiymətləri qlobal iqtisadi bərpaya təhlükədir - beynəlxalq qurum
Gələn il sutkalıq tələbat 3,3 milyon barel artacaq - pandemiyadan əvvəlki səviyyəni görəcək.Davam edən enerji böhranı fonunda qaz və kömür qiymətlərinin bahalaşması səbəbindən neftə keçidin sürətlənməsi sutkalıq tələbatı əlavə 500 min barel artıracaq.
Marja xəbər verir ki, bu barədə Beynəlxalq Enerji Agentliyinin (IEA) 2021-ci ilin oktyabr ayı üzrə neft bazarı hesabatında qeyd olunur.
Neftə tələbatın artmasına görə beynəlxalq qurum 2021 və 2022-ci illər üzrə proqnozunu yeniləyib. Ən son hesablamalara görə, neftə qlobal tələbat artımı 2021-ci ildə sutkalıq 5,5 milyon barel, 2022-ci ildə isə 3,3 milyon barel təşkil edəcək. Nəticədə, sutkalıq tələbat 99,6 milyon barel təşkil edəcək ki, bu da pandemiyaya qədərki göstəricidən bir qədər yüksəkdir.
Neftin qlobal təchizatı artan tendensiya üzrə getməkdədir - OPEC+ hasilatın azaldılmasından imtina edir, ABŞ “İda” qasırğasından və təmir işlərindən sonra hasilatı bərpa edir. Sentyabrdan cari ilin sonuna qədər hasilat sutkada 2,7 milyon barel artacaq. Bu rəqəmin 1,5 milyon bareli OPEC+ ölkələrinin, qalanı isə digər hasilatçıların payına düşəcək. Xatırladaq ki, ümumi hasilat ABŞ-dakı qasırğaların təsirinə görə sentyabrda gündəlik 260 min barel azalaraq, 96 milyon barel təşkil etmişdi.
“Enerji daşıyıcılarının daha yüksək qiymətləri də inflyasiyaya təzyiq göstərir, bu isə elektrik enerjisinin kəsilməsi ilə birlikdə sənaye aktivliyinin aşağı düşməsinə və pandemiyadan sonrakı iqtisadi bərpanın zəifləməsinə gətirib çıxara bilər” – hesabatda qeyd olunur.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 15 saat sonra
-
- 3 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 5 saat əvvəl
-
6 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 6 saat əvvəl
- 7 saat əvvəl
- 7 saat əvvəl
- 7 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
“BQ” ASC-nin xalis mənfəəti 52% artıb
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz

























