"Alitalia" bu gün sonuncu aviareysini yerinə yetirəcək
946-cı ildə təsis olunmuş İtaliyanın "Alitalia" aviaşirkəti bu gün son reysini yerinə yetirəcək.
Məlumata görə, sonuncu reys Kalyari-Roma marşrutu üzrə bu gün yerli vaxtla saat 23:10-da (Bakı vaxtı ilə 2:10-da) yerinə yetiriləcək. Oktyabrın 15-dən etibarən isə uçuşları İtaliyanın ITA ("Italia Trasporto Aereo") aviaşirkəti həyata keçirəcək.
Xatırladaq ki, "Alitalia" uzun illər ərzində problemli və gəlirsiz şirkət kimi fəaliyyət göstərib. Belə ki, şirkət 1999-cu ildən bəri mənffət əldə etməyib. İtaliya hökuməti dəfələrlə şirkətə maliyyə vəsaiti ayırmaq məcburiyyətində idi. Ümumilikdə, təkcə 2008-ci ildən etibarən "Alitalia"ya təxminən 10 mlrd. avro sərmayə yatırılıb. 2017-ci ildə aviaşirkət iflas üçün müraciət etmişdi. Onun üçün alıcı tapmağa çalışsalar da, bu uğursuzluqdan sonra şirkətə kənar menecer təyin edildi.
Keçən ilin oktyabr ayında "Alitalia"nın yenidən qurulmasına qərar verilib – onun əsasında yeni aviaşirkəti yaradılıb. Avqust ayında ITA adlı yeni bir aviaşirkət İtaliya tənzimləyicisindən lisenziya aldı və qısa müddətdən sonra bilet satışına başlayıb. Şirkətin fəaliyyətə başlaması 15 oktyabr tarixinə təyin edilib.
Qeyd edək ki, ITA şirkətinin donanması 52 təyyarədən ibarətdir ("Alitalia"nın aviaparkında 90-dan çox təyyarə var). 2025-ci ilədək donanmanın 105 təyyarəyə çatdırılması gözlənilir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 15 saat sonra
-
- 3 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 5 saat əvvəl
-
6 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 6 saat əvvəl
- 7 saat əvvəl
- 7 saat əvvəl
- 7 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
“BQ” ASC-nin xalis mənfəəti 52% artıb
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz























