Yaponiya neftin yüksək qiymətinə qarşı hərəkətə keçib - KÜVEYT İLƏ MÜZAKİRƏ
Yaponiya və Küveyt xarici işlər nazirləri neftin qiymətini müzakirə ediblərYaponiyanın xarici işlər naziri Toshimitsu Motegi və küveytli həmkarı Əhməd Nasir əs-Sabah bazar ertəsi günü telefon danışıqları zamanı dünya bazarında neftin qiymətinin artması ilə bağlı vəziyyəti müzakirə etdilər.
Marja xəbər verir ki, bu barədə bazar ertəsi Yaponiya Xarici İşlər Nazirliyinin saytında dərc edilmiş məlumatda deyilir.
Qeyd olunur ki, danışıqlar əsnasında Motegi, Küveyt hakimiyyətini neft bazarını sabitləşdirmək, xüsusən də istehsalını artırmaq üçün əməkdaşlığa çağırıb.
Qeyd edək ki, Bazar ertəsi günü Yaponiya hökumətinin başçısı Fumio Kişida, nazirlər toplantısında, hasilatı artırmaq istəyi ilə neft istehsal edən ölkələrə müraciət etməyi tapşırıb.
Oktyabrın 18-də Tokio Ticarət Birjasında neftin qiyməti digər birjalarda oxşar tendensiyalar və xammala olan tələbatın artması fonunda üç ilin ən yüksək səviyyəsini yeniləyib. Belə ki, gələn ilin mart ayında tədarük ediləcək bir kilolitr (təxminən 6.289 barel) Dubay neftinin qiyməti indi 56.820 yen (497 dollar) təşkil edir ki, bu da bir həftə əvvəlki qiymətdən təxminən 13 dollar çoxdur. Bu, 2018 -ci ilin oktyabr ayından bu yana ən yüksək göstəricidir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 15 saat sonra
-
- 3 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 5 saat əvvəl
-
6 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 6 saat əvvəl
- 7 saat əvvəl
- 7 saat əvvəl
- 7 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
“BQ” ASC-nin xalis mənfəəti 52% artıb
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz

























