Avropa Mərkəzi Bankından "iqlim dəyişikliyi" çağırışı: Banklar üçün məcburi olmalıdır
Avropa Mərkəzi Bankı, iqlim dəyişikliyi qaynaqlı təhlükələr ilə mübarizə aparmaq üçün Avro bölgəsi bankları üçün hüquqi bir qayda olması lazım olduğunu söyləyib.Avropa Mərkəzi Bankında (ECB) idarə heyətinin üzvü Frank Elderson, bankların iqlim dəyişikliyilə gələn təhlükələrə qarşı mübarizə aparmalarının hüquqi çərçivəsinin müəyyən olunmasını istəyib.
Marja xəbər verir ki, Avro bölgəsində fəaliyyət göstərən banklara nəzarət edən ECB, bankların iqlim dəyişikliyindən qaynaqlanan risklərin balanslarına olan təsirini müəyyən etmələrini və bu mənfi təsirləri aradan qaldıracaq planlar hazırlayaraq ictimaiyyətə açıqlamalarını təklif edib.
Elderson, iqlim dəyişikliyinin gətirdiyi təhlükələr ilə mübarizənin banklar üçün hüquqi məcburiyyət olması lazım olduğuna diqqət çəkərək, əks halda bankların müəyyən etdikləri "yüksək hədəflərə" çata bilməyəcəklərini söyləyib.
Ötən illərdə bankların problemli kreditləri balanslarından çıxarması üçün yeni tələblər tətbiq edən ECB, səlahiyyətlərinə müdaxilə etdiyi səbəbiylə Avropa Parlamenti mənsubları tərəfindən tənqid olunmuşdu.
Qeyd edək ki, iqlim dəyişiklikləri başda kənd təsərrüfatı sektoru olmaqla bir çox sektora mənfi təsir edir, məsələn, əkinlər və məhsullar məhv olur, şirkətlər ziyana məruz qalırlar. Belə bir vəziyyət şirkətlərin kredit ödəmələrini gecikdirmələrinə və problemli kreditlərin artmasına səbəb olur.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 19 saat sonra
-
-
9 d. əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 2 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
Toyota Abşeron yeni nəsil RAV4 modelini təqdim etdi
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
Ən çox oxunanlar
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
Nigeriyanın texnologiya rəhbəri Bakıda: Azərbaycanla gələcək layihələr müzakirə edildi






















