"ABŞ qlobal yanacaq qiymətlərini azaltmaq üçün OPEC-ə təzyiqi davam etdirəcək"
Birləşmiş Ştatlar yanacağın qlobal qiymətlərini aşağı salmaq üçün Neft İxrac Edən Ölkələr Təşkilatına (OPEC) təzyiq göstərməyə davam etmək niyyətindədir.
Marja xəbər verir ki, bu barədə çərşənbə axşamı Ağ Evin mətbuat katibi Cen Psaki növbəti brifinqdə bildirib.
Onun sözlərinə görə, ABŞ-ın milli təhlükəsizlik üzrə köməkçisi Ceyk Sallivan digər ölkələrin nümayəndələri ilə danışıqlar zamanı yanacağın qiymətinin aşağı salınması məsələsini qaldırıb.
“Əlbəttə, hasilatı daha çox artırmaları üçün, bizim milli təhlükəsizlik komandamız OPEC-ə təzyiq göstərməyə davam edəcəkdir”, - Psaki bildirib.
Sözçü təsdiq edib ki, ABŞ prezidenti Co Bayden Avropaya qarşıdan gələn səfəri zamanı “ABŞ-ın neftlə bağlı təchizat zəncirindəki problemlərlə bağlı narahatlığını vurğulayacaq”.
“Bu, onun dünya səhnəsində mütləq edəcəyi şeydir. ABŞ prezidentinin bunu etmək səlahiyyəti var"-deyə Psaki əlavə edib.
Amerika bazarı haqqında danışarkən, o, ölkədə son bir neçə ayda "hətta təklifin artmasına baxmayaraq, qiymətlərdə hələ də sıçrayış olduğunu" qeyd edib. Müvafiq orqanlar bu problemin səbəblərini araşdıracaqlar.
OPEC+ ölkələrinin nazirləri oktyabrın 4-də keçirilən iclasda noyabrda neft hasilatını sutkada 400 min barel artırmağı davam etdirmək qərarına gəliblər. Belə ki, oktyabrda OPEC+ ölkələri neft hasilatını sutkada 4,559 milyon barel azaldıb, noyabrda isə 4,159 milyon barel azaldacaqlar.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 18 saat sonra
-
- 25 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 2 saat əvvəl
-
3 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 3 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
“BQ” ASC-nin xalis mənfəəti 52% artıb
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz

























