Sony əməliyyat mənfəətinin rekord səviyyəyə çatacağını proqnozlaşdırır
Yaponiyanın "Sony Group" korporasiyası cari maliyyə ili üçün (2022-ci ilin martında başa çatır) əməliyyat mənfəətinin rekord səviyyəyə çatacağını proqnozlaşdırır.
Marja xəbər verir ki, bu barədə şirkətin cümə axşamı dərc olunmuş proqnozunda deyilir.
Hesabat dövrü üçün əməliyyat mənfəətinin ilk dəfə olaraq 1 trilyon Yapon yenini ötməklə 1,04 trilyon yen (9,1 milyard dollar) olacağı gözlənilir.
Eyni zamanda xalis mənfəət 4,3% artaraq 730 milyard yenə (6,4 milyard dollar) çatmalıdır.
"Sony Group" qeyd edir ki, nikbin qazanc proqnozu ilk növbədə film və musiqi biznesinin yüksək gəlirliliyi ilə bağlıdır, çünki insanlar koronavirus pandemiyası səbəbindən evdə daha çox vaxt keçirirlər.
Yapon korporasiyası yarımkeçirici məhsulların qlobal qıtlığı fonunda Tayvanın TSMC şirkəti (Taiwan Semiconductor Manufacturing Company) ilə birlikdə Yaponiyada yeni yarımkeçirici zavodu tikmək planlarını da təsdiqləyib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 19 saat sonra
-
-
10 d. əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 2 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
Toyota Abşeron yeni nəsil RAV4 modelini təqdim etdi
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
Ən çox oxunanlar
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
Nigeriyanın texnologiya rəhbəri Bakıda: Azərbaycanla gələcək layihələr müzakirə edildi

























