Səudiyyəlilərin neft şirkətindən böyük mənfəət - yenidən dünyanın ən qazanclı şirkəti oldu
Hasilat və ehtiyatlar baxımından dünyanın ən böyük neft şirkəti olan "Saudi Aramco"nun 2021-ci ilin üçüncü rübündə xalis mənfəəti ötən ilin eyni dövründəki 11,8 milyard dollara qarşı 30,4 milyard dollar təşkil edib. Beləliklə, artım 158% və ya 2,6 dəfə olub.Səudiyyəlilərin neft şirkəti "Saudi Aramco"nun xalis mənfəəti yüksələn neft qiymətləri və artan istehsalın təsiri ilə 2021-ci ilin 3-cü rübündə ötən ilin eyni dövrü ilə müqayisdə 158% artıb.
Marja xəbər verir ki, ötən ilin 3-cü rübündə 44,2 milyard riyal (11,8 milyard dollar) mənfəət açıqlayan şirkət, bu ilin 3-cü rübündə 114,1 milyard riyal (30,4 milyard dollar) mənfəət əldə edib. Analitiklərin proqnozu 29,1 milyard dollar səviyyəsində idi.
"Saudi Aramco"nun mənfəətinin artmasına qlobal iqtisadiyyatdakı bərpa, bu il neft qiymətlərinin 65% artması və şirkətin artan istehsalı səbəb olub.
"Aramco" yenidən dünyanın ən qazanclı (ən çox mənəət götürən) şirkəti olub.
"Saudi Aramco"nun Baş direktou Amin Nasser, qlobal səviyyədə hiss edilən "qarşı küləklərə" baxmayaraq, enerji bazarında vəziyyətin yaxşı qalmaqda davam edəcəyini nəzərdə tutur.
Şirkət 2021-ci ilin üçüncü rübü üzrə səhmdarlara 18,8 milyard dollar dividend ödəyəcək.
Üçüncü rübdə "Saudi Aramco"nun karbohidrogen hasilatı gündəlik neft ekvivalentində 12,9 milyon barrel, o cümlədən gündəlik orta hesabla 9,5 milyon barel neft hasilatı olub.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 16 saat sonra
-
- 2 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 5 saat əvvəl
-
6 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 6 saat əvvəl
- 6 saat əvvəl
- 6 saat əvvəl
- 6 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
“BQ” ASC-nin xalis mənfəəti 52% artıb
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz


























