Çin iqtisadiyyatının istehsal sektorunun işgüzar fəallığı indeksi aşağı düşüb
Çin İstehsal PMI Oktyabr ayında 49,2-ə düşübÇin iqtisadiyyatının istehsal sektorunun işgüzar fəallığı indeksi (PMI) oktyabrda 0,4 faiz bəndi azalaraq 49,2 təşkil edib.
Marja xəbər verir ki, bu barədə bazar günü Çin Dövlət Statistika Komitəsi məlumat yayıb.
Oktyabrda ölkədə iri şirkətlərin PMI göstəricisi 0,1 faiz bəndi artaraq 50,3 təşkil edib.
Orta kommersiya müəssisələri üzrə isə müvafiq göstərici 1,1 faiz bəndi azalaraq 48,6-ya düşüb.
Kiçik müəssisələr mənfi zonada mövqelərini qoruyaraq eyni 47,5 səviyyəsində qalıblar.
Məlumata görə, oktyabrda ÇXR-də istehsal alt indeksi 1,1 faiz bəndi azalaraq 48,4-ə düşüb. Yeni sifarişlər 0,5 faiz bəndi (48,8-ə qədər) azalıb. Xammal qiymətlərinin sub-indeksi isə 1,2 faiz bəndi azalaraq 47 faiz təşkil edib.
PMI və onun alt indekslərinin 50 ballıq dəyəri iqtisadi sektorun aktivliyini dəyişməz səviyyədə qaldığı kimi qiymətləndirilir. Bu hədddən yuxarı hərəkət vəziyyətin yaxşılaşdığını, onun altındakı göstəricinin dəyişməsi isə əks tendensiyanın olduğunu göstərir.
2020-ci ilin yanvarında Çində bu göstərici neytral xəttdən yuxarı idi: 51,9. Ötən ilin fevralında pandemiya ilə əlaqədar kəskin azalma (35,7-yə qədər) qeydə alınıb, sonra vəziyyət normallaşıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 18 saat sonra
-
- 24 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 2 saat əvvəl
-
3 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 3 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
“BQ” ASC-nin xalis mənfəəti 52% artıb
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz























