ABŞ neft qıtlığına görə OPEC+a qarşı tədbirlər hazırlayır
Noyabrın 4-də keçiriləcək növbəti görüşdə Səudiyyə Ərəbistanı və Rusiyanın iştirakı ilə kartelin heç bir tədbir görməyəcəyi təqdirdə cavab tədbirləri paketi müzakirə edilir.Bloomberg, danışıqlarda iştirak edən bir neçə diplomata və sənaye insayderlərinə istinadən xəbər verir ki, Birləşmiş Ştatlar OPEC+a təzyiq etmək və 23 ölkədən ibarət kartelə neft hasilatını daha da artırmağa məcbur etmək üçün son illərin ən güclü koalisiyasını toplayıb.
Marja xəbər verir ki, məlumata görə, Çin, Yaponiya və Hindistan da daxil olmaqla ən böyük neft istehlakçıları, mərkəzi bankları təşviqlərdən və sıfır dərəcə siyasətindən imtina etməyə məcbur edən enerji inflyasiyasının sürətlənməsi fonunda bağlı qapılar arxasında diplomatik kampaniya aparırlar.
Bloomberg-in mənbələri bildirirlər ki, Co Bayden (Joe Biden) administrasiyası son 7 ilin ən yüksək səviyyəsinə çatan benzin qiymətlərindəki artımdan getdikcə daha çox narahat olur və OPEC+u həftələrdir daha çox neft hasil etməyə çağırır.
Dünyanın dördüncü ən böyük neft istehlakçısı olan Yaponiya oktyabrın sonunda bu çağırışlara qoşulmaq üçün nadir addım atıb. Üçüncü ən böyük istehlakçı olan Hindistan da daha çox hasilat tələb edir. Diplomatların fikrincə, Çin üzdə susur, ancaq gizlində hasilatın artırılmasını istəyir.
ABŞ-ın yüksək səviyyəli enerji diplomatı Amos Hochstein "Biz enerji böhranı içərisindəyik" deyib: “İstehsalçılar neft və qaz bazarlarının tarazlığını təmin etməlidirlər”.
İndi hər ay OPEC+ ölkələri hasilatı sutkada 400 min barel artırırlar. Lakin bu kifayət deyil. Romada yüksək rütbəli ABŞ rəsmisi Bloomberg-ə bildirib ki, ABŞ enerji istehlak edən digər ölkələrlə OPEC+u cari tədarük böhranının öhdəsindən gəlməyə necə sövq etmək barədə danışıqlar aparır.
Onun sözlərinə görə, noyabrın 4-də keçiriləcək növbəti görüşdə Səudiyyə Ərəbistanı və Rusiyanın iştirakı ilə kartelin heç bir tədbir görməyəcəyi təqdirdə cavab tədbirləri paketi müzakirə edilir.
Brent markalı neftin qiyməti kəsir fonunda bir barel üçün 130% artaraq 36 dollardan 83 dollaradək yüksəlib. "Goldman Sachs"ın məlumatına görə, oktyabr ayında dünya anbarları sutkada 4,5 milyon barel sürətlə boşalıb və ilin sonunda cəmi ehtiyatlar son 8 ilin ən aşağı hsəviyyəsində ola bilər.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 20 saat sonra
-
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 4 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
"Nərimanov"da obyektlər sökülür?
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Ən çox oxunanlar
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
Nigeriyanın texnologiya rəhbəri Bakıda: Azərbaycanla gələcək layihələr müzakirə edildi
DYP: Bu il sükan arxasında telefondan istifadə ilə bağlı 11 mindən çox inzibati xəta aşkarlanıb
"Kriptoaktivlərlə məşğul olmaq istəyən təşkilatlar Mərkəzi Bankdan lisenziya almalı olacaqlar"
























