"Gələn il neftin qiyməti 120 dollara çata bilər" - İRİ BANKDAN PROQNOZ
Gələn ilin iyun ayının sonuna kimi “Brent” markalı neftin bir barelinin qiyməti 120 ABŞ dollarına kimi arta bilər.
Xarici mətbuata xəbər verir ki, bu barədə “Bank of America”nın proqnozunda deyilir.
Bankın analitikləri hesab edirlər ki, benzinə olan yüksək tələb, emalla bağlı məhdud güclər fonunda neftin qiymət artımını sürətləndirə bilər.
Qeyd edilir ki, qlobal enerji böhranı dünya üzrə təbii qaz və kömürün qiymətlərinin kəskin artımına gətirib çıxarıb. Bu, neft fyuçerslərinin bərpasına təkan verib. Belə ki, oktyabrın ortalarında “Brent” markalı neftin qiymətləri son üç ildə ilk dəfə olaraq bir barel üçün 86 ABŞ dollarını, ayın sonunda isə “WTI” markalı neftin qiyməti 85 ABŞ dollarını keçib.
Xatırladaq ki, Beynəlxalq Enerji Agentliyi 2030-cu ilə kimi neftin qiymətlərinin bir barel üçün 36 ABŞ dollarına kimi azala biləcəyini proqnozlaşdırır. Agentliyin hesabatında bu ən radikal ssenari kimi nəzərdən keçirilir. Onun reallaşması üçün enerji sektoru 2050-ci ilə kimi karbohidrogen tullantılarını sıfır səviyyəsinə çatdırmalıdır. Bu ssenariyə görə neftə olan tələb öz pik həddinə 2025-ci ildə çatmalıdır.
Telegramda Marja.az səhifəsinə abunə olun
© “Report”
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 19 saat sonra
-
-
11 d. əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 2 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
Toyota Abşeron yeni nəsil RAV4 modelini təqdim etdi
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
Ən çox oxunanlar
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
Nigeriyanın texnologiya rəhbəri Bakıda: Azərbaycanla gələcək layihələr müzakirə edildi


























