Bank of America neftin qiymətinin 120 dollara yüksələcəyini proqnozlaşdırır
Bank of America neftin qiymətinin 2022-ci ilin iyun ayına kimi 120 dollar/barelə yüksələcəyini proqnozlaşdırır - agentlikBrent markalı neftin qiyməti 2022-ci ilin iyun ayının sonuna kimi 120 dollar/barelə qədər yüksələ bilər.
Marja xəbər verir ki, bu barədə Bloomberg agentliyi Amerika investisiya bankı Bank of America-nın ekspertlərinin proqnozuna istinadən məlumat yayıb.
Bankın analitikləri hesab edirlər ki, dünyada enerji daşıyıcılarının qiymətinin artmasına səbəb olan hazırkı enerji böhranı istər-istəməz neft fyuçers müqavilələrinin qiymətinin artmasına səbəb olacaq.
Bir sıra ekspertlər tələbin təklifi nəzərəçarpacaq dərəcədə üstələməsi və alternativ enerji mənbələrinin inkişafına investisiyaların azalması fonunda neftin qiymətinin sürətlə bir barel üçün 100 dollar həddinə yaxınlaşacağını vurğulayırlar. Onlar hesab edirlər ki, bu yüksəliş tendensiyası yaxın gələcəkdə özünü getdikcə daha aydın şəkildə göstərəcək.
Bundan əvvəl bank Goldman Sachs neft bazarında kəsirin kəskin artdığını açıqlayıb. Banka görə, 2022-ci ilin əvvəlində neftə tələbat ən yüksək həddə qədər arta bilər. Goldman Sachs görə, neft bazarında təklif kəsiri ardıcıl ikinci aydır sutkada 2,5 milyon barel səviyyəsində qiymətləndirilir ki, bu da neft ehtiyatlarının son 13 ildə ən aşağı səviyyəyə enməsi və müvafiq olaraq qiymət artımları ilə müşayiət olunur. Bankın ekspertləri qeyd ediblər ki, neftin qiymətinin aşağı düşməsi (keçən həftə Brent markalı neftin qiyməti 86,7 dolları örmüş, sonra yenidən 83 dollara düşmüşdü) müvəqqəti xarakter daşıyır və ilin sonunadək neftin bareli 90 dollara qədər bahalaşa bilər.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 19 saat sonra
-
-
11 d. əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 2 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
Toyota Abşeron yeni nəsil RAV4 modelini təqdim etdi
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
Ən çox oxunanlar
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
Nigeriyanın texnologiya rəhbəri Bakıda: Azərbaycanla gələcək layihələr müzakirə edildi

























