“Nar” gələcəyin İT peşəkarlarını yetişdirməyə davam edir
(®) “Nar”, NMR Rabitə və Yeni Texnologiyalar nazirliyi ilə əməkdaşlıq çərçivəsində “Mobil rabitənin əsasları” təlimini ilk dəfə paytaxtdan kənarda həyata keçirib. Təlimdə Naxçıvan Dövlət universitetinin informasiya texnologiyaları üzrə müxtəlif ixtisaslarında təhsil alan tələbələr iştirak ediblər.
Rabitə texnologiyaları mövzulu təlimdə iştirakçılar mobil şəbəkənin fəaliyyətini “Nar”ın texniki heyətinin real təcrübəsi əsasında öyrənir, suallarını birbaşa sahə üzrə mütəxəssislərə yönləndirə bilirlər. Telekommunikasiya sahəsi üzrə yerli kadrların hazırlanmasına dəstək məqsədilə davamlı olaraq keçirilən təlimlər “Nar”ın təhsilə dəstək korporativ məsuliyyət strategiyası çərçivəsində təşkil edilir. Təlimə bu günədək ümumilikdə, 200-dən çox tələbə qatılıb.
Xatırladaq ki, regionlarda sosial layihələrin keçirilməsinə xüsusi önəm verən “Nar”, bundan öncə də şəhid ailələrindən olan tələbələrə dəstək olmaq üçün NDU ilə birgə təqaüd proqramına start vermişdi. “Nar”ın digər sosial layihələri və KSM strategiyası haqqında daha ətraflı məlumatı nar.az saytından əldə edə bilərsiniz.
Müştərilərin xəbərləri
Subway Azərbaycan bazarına daxil oldu: şirkətin EMEA regionu üzrə rəhbərliyi planlar haqqında danışdı - FOTO
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
1 gün sonra
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
-
57 d. əvvəl
Botanica Residence-in rəsmi təqdimatı baş tutdu: Təbiət və şəhər həyatının harmoniyası
-
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
"İstehsal tələbdən yüksək olduğu üçün Azərbaycanda yumurta ucuzlaşır"
- 1 saat əvvəl
-
1 saat əvvəl
QDTİB-nin Bakıda keçiriləcək İllik Toplantısı üzrə hazırlıq işləri müzakirə olunub
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Quş qripi yumurta qiymətlərini artırdı: Cənubi Koreya yumurta böhranına qarşı idxala başlayır
-
2 saat əvvəl
Medianın İnkişafı Agentliyi və Audiovizual Şuranın əsasında Media və Yayım Şurası yaradılır
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
Rosneft: Hasilata görə dünyada ikinci yerimizi qoruyuruq
Ən çox oxunanlar
İyunun 20-nin hava proqnozu - 39° isti gözlənilir
Quş qripi yumurta qiymətlərini artırdı: Cənubi Koreya yumurta böhranına qarşı idxala başlayır
Azercell-in “Premium” abunəçilərinə Atəşgah Sığorta-dan 20% endirim



























