Expressbank-dan autizm spektr pozğunluqları olan uşaqların inkişafına dəstək
(®) Hər zaman korporativ məsuliyyət çərçivəsində fərqli layihələrə imza atan Expressbank, “Birgə və Sağlam” İctimai Birliyi ilə birgə autizm spektr pozğunluqları olan uşaqların inkişafına dəstək məqsədi ilə ailələrin maarifləndirilməsi istiqamətində Lynn E. McClannahan, Patricia J. Krantz -ın “Autizmli Uşaqlar Üçün Fəaliyyət Cədvəlləri”kitabının tərcümə və çap edilməsi üçün bütün maliyyə dəstəyini öz üzərinə götürmüşdür.
“Birgə və Sağlam” İctimai Birliyinin təsisçisi Aytən Eynalova-nın verdiyi məlumata əsasən, bir çox ailələr övladlarına autizm diaqnozu qoyulduqdan sonra onlara necə düzgün qulluq etmək, təhsil vermək, davranış qaydalarını öyrətməkdə çətinlik çəkirlər. Buna səbəb isə, sözügedən sahədə öz dilimizdə maarifləndirici kitabların yetəri qədər olmamasıdır.
“Birgə və Sağlam” İctimai Birliyi Azərbaycanda autizm spektr pozğunluqları olan uşaqlar və onların ailələri ilə işləyən qeyri-hökumət təşkilatıdır. 2013-cü ildən fəaliyyət göstərən təşkilatın məqsədi autizmlə üzləşən uşaqlara zəruri ünsiyyət və həyat bacarıqlarını öyrətmək, onları müstəqil həyata hazırlamaq üçün ailələrlə işləmək, ölkə və beynəlxalq səviyyədə autizm sahəsində maarifləndirici layihələr həyata keçirməkdir.
Kitabın nəşr edilməsində Expressbank-ın əsas məqsədi, autizmli uşaqların valideynlərinə və yaxınlarına dəstək olmaq, cəmiyyətimizin bu istiqamətdə maarifləndirilməsində kiçik də olsa öz töhfəsini verməkdir.
Pərakəndə və biznes bankçılıq sahəsində fəaliyyət göstərən, geniş maliyyə məhsulu və xidmətlərinə malik olan Expressbank-ın ölkəərazisində 15 filialı mövcuddur. Bank xidmətləri barədəətraflı məlumatı 132 Məlumat Mərkəzinə zəng edərək, www.expressbank.az saytına və ya bankın sosial şəbəkələrdəki rəsmi səhifələrinə daxil olaraq əldə edə bilərsiniz.
Müştərilərin xəbərləri
Subway Azərbaycan bazarına daxil oldu: şirkətin EMEA regionu üzrə rəhbərliyi planlar haqqında danışdı - FOTO
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
1 gün sonra
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
-
59 d. əvvəl
Botanica Residence-in rəsmi təqdimatı baş tutdu: Təbiət və şəhər həyatının harmoniyası
-
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
"İstehsal tələbdən yüksək olduğu üçün Azərbaycanda yumurta ucuzlaşır"
- 1 saat əvvəl
-
2 saat əvvəl
QDTİB-nin Bakıda keçiriləcək İllik Toplantısı üzrə hazırlıq işləri müzakirə olunub
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Quş qripi yumurta qiymətlərini artırdı: Cənubi Koreya yumurta böhranına qarşı idxala başlayır
-
2 saat əvvəl
Medianın İnkişafı Agentliyi və Audiovizual Şuranın əsasında Media və Yayım Şurası yaradılır
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
Rosneft: Hasilata görə dünyada ikinci yerimizi qoruyuruq
Ən çox oxunanlar
İyunun 20-nin hava proqnozu - 39° isti gözlənilir
Quş qripi yumurta qiymətlərini artırdı: Cənubi Koreya yumurta böhranına qarşı idxala başlayır
Azercell-in “Premium” abunəçilərinə Atəşgah Sığorta-dan 20% endirim
























