Azərbaycana məhsullar ən çox Rusiyadan idxal olunur
2021-ci ilin yanvar-oktyabr aylarında Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri dünyanın 185 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirmiş, 115 ölkəyə məhsul ixrac olunmuş, 173 ölkədən idxal olunmuşdur.
Dövlət Statistika Komitəsinin yaydığı məlumata görə, Gömrük orqanlarında qeydiyyatı aparılmış, lakin gömrük rəsmiləşdirilməsi tam başa çatdırılmamış ixrac olunan xam neft və təbii qazın statistik qiymətləndirilmiş dəyəri nəzərə alınmaqla 2021-ci ilin yanvar-oktyabr aylarında ölkənin xarici ticarət dövriyyəsi 26 milyard 654,5 milyon ABŞ dolları təşkil etmişdir. Ticarət dövriyyəsinin 17 milyard 320,7 milyon dollarını və ya 65,0 faizini ölkədən ixrac olunmuş məhsulların, 9 milyard 333,8 milyon dollarını (35,0 faizini) isə idxal məhsullarının dəyəri təşkil etmiş, nəticədə 7 milyard 986,9 milyon dollar məbləğində müsbət saldo yaranmışdır.
2020-ci ilin yanvar-oktyabr ayları ilə müqayisədə xarici ticarət dövriyyəsi faktiki qiymətlərlə 34,4 faiz artmış, real ifadədə isə 1,8 faiz, o cümlədən idxal 12,3 faiz azalmış, ixrac isə 6,6 faiz artmışdır.
2021-ci ilin yanvar-oktyabr aylarında qeyri neft-qaz məhsullarının ixracı əvvəlki ilin eyni dövrü ilə müqayisədə faktiki qiymətlərlə 42,2 faiz, real ifadədə 31,0 faiz artaraq 2 milyard 53,6 milyon dollar təşkil etmişdir.
Dövlət Gömrük Komitəsinin məlumatlarına əsasən ixracın 39,6 faizini İtaliyaya, 11,9 faizini Türkiyəyə, 4,5 faizini Xorvatiyaya, 4,1 faizini Rusiyaya, 3,7 faizini İsrailə, 3,3 faizini İspaniyaya, hər biri 3,2 faiz olmaqla Gürcüstan və Portuqaliyaya, 3,0 faizini Hindistana, 2,6 faizini Tunisə, hər biri 2,5 faiz olmaqla Almaniya və Ukraynaya, 2,0 faizini Birləşmiş Krallığa, hər biri 1,4 faiz olmaqla Belarus və İsveçrəyə, hər biri 1,3 faiz olmaqla Kanada və Yunanıstana, 8,5 faizini isə digər ölkələrə göndərilmiş məhsulların dəyəri təşkil etmişdir.
Qeyri neft-qaz məhsulları üzrə ixracın dəyərində Rusiyaya (32,4 faiz), Türkiyəyə (24,8 faiz), İsveçrəyə (9,0 faiz), Gürcüstana (6,4 faiz), ABŞ-a (2,9 faiz), Braziliyaya (2,3 faiz), Ukraynaya (2,1 faiz), Qazaxıstana (1,5 faiz), Çinə (1,4 faiz), İtaliyaya (1,3 faiz), Belçikaya (1,3 faiz), Niderlanda (1,2 faiz), Türkmənistana (1,1 faiz), Özbəkistana (1,0 faiz), Birləşmiş Krallığa (1,0 faiz), İrana (1,0 faiz) göndərilmiş malların payı üstünlük təşkil etmişdir.
Ölkəyə idxal olunmuş məhsulların ümumi dəyərinin 17,7 faizi Rusiya, 15,9 faizi Türkiyə, 14,0 faizi Çin, 5,7 faizi Almaniya, hər biri 3,9 faiz olmaqla ABŞ və Ukrayna, 3,8 faizi İtaliya, 3,3 faizi İran, 2,5 faizi Birləşmiş Krallıq, 2,3 faizi Yaponiya, 1,9 faizi Koreya, 1,6 faizi Fransa, 1,5 faizi Braziliya, 1,2 faizi Hindistan, 1,1 faizi Belarus, 1,0 faizi Vyetnam, 18,7 faizi isə digər ölkələr ilə aparılmış idxal əməliyyatlarının payına düşmüşdür.
2021-ci ilin yanvar-oktyabr aylarında əvvəlki ilin eyni dövrü ilə müqayisədə mühüm məhsul növlərindən təzə meyvə ixracı 21,4 faiz, kartof – 12,9 faiz, şəkər – 30,5 faiz, meyvə və tərəvəz şirələri – 4,3 faiz, meyvə və tərəvəz konservləri – 24,3 faiz, təbii üzüm şərabları və üzüm suslosu – 0,6 faiz, pambıq lifi – 44,0 faiz, polietilen – 26,8 faiz, pambıq ipliyi – 2,3 dəfə, qara metallardan yarımfabrikatlar – 4,6 dəfə, qara metallardan borular – 10,0 faiz, bentonit gili – 1,0 faiz artmış, təzə tərəvəz ixracı isə 22,5 faiz, bitki yağları – 15,4 faiz, tütün – 13,6 faiz, çay – 19,9 faiz, marqarin, qida üçün yararlı digər qarışıqlar – 11,1 faiz, emal olunmamış alüminium – 26,4 faiz azalmışdır.
2020-ci ilin yanvar-oktyabr ayları ilə müqayisədə 2021-ci ilin yanvar-oktyabr aylarında xam şəkər idxalı 1,9 dəfə, çay - 4,4 faiz, kartof – 20,8 faiz, təzə tərəvəz – 40,0 faiz, minik avtomobilləri – 1,7 dəfə, hesablama maşınları, blok və qurğuları – 8,4 faiz, yük avtomobilləri – 1,7 dəfə, rezin şinlər – 28,5 faiz, mebellər – 31,6 faiz, paltaryuyan maşınlar – 19,0 faiz, məişət kondisionerləri – 0,4 faiz, avtobuslar – 19,2 faiz, məişət soyuducuları – 44,4 faiz artmış, buğda idxalı 22,0 faiz, bitki yağları – 6,9 faiz, kərə yağı, digər süd yağları və pastaları – 8,9 faiz, quş əti və onun əlavə məhsulları – 0,3 faiz, mal əti – 44,8 faiz, siqaretlər – 32,0 faiz, dərman vasitələri – 10,6 faiz, polad prokatı – 37,6 faiz, qara metallardan borular – 23,8 faiz, qara metallardan çubuqlar – 67,9 faiz, mineral gübrələr – 60,9 faiz, polietilen – 27,7 faiz, qara metallardan künclüklər – 24,1 faiz, sement və sement klinkerləri – 15,1 faiz azalmış, təzə meyvə idxalı isə dəyişməz qalmışdır.
Müştərilərin xəbərləri
METAK və VFK Azərbaycanda ilk polistirol qablaşdırma istehsalının yaradılması üzrə əməkdaşlıq sazişi imzalayıblar
Bakıda sazişlər imzalandı - Biznesin İnkişafı Fondu, “Azerconnect Group”, “TuranBank”, “Rabitəbank”...
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
2 gün sonra
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
- 19 saat sonra
-
-
1 saat əvvəl
"Sumqayıt Yeni Tullantı Sutəmizləyici Qurğunun tikintisi" üzrə kredit sazişi imzalanıb
-
1 saat əvvəl
Azərbaycan xaricdən geyim alışını azaldıb - İdxalı 14 milyon azalaraq 167 milyon dollara düşüb
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Azərbaycanda minik avtomobillərinin istehsalı 18,3% azalıb, avtobus istehsalı isə 4,3 dəfə artıb
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
3 saat əvvəl
"İqtisadi inkişafımızla bağlı hər hansı çətinliklər gözləmirik"
- 3 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
“Sea Breeze Arena”nın tikintisi üzrə müqavilə imzalanıb
Azərbaycanda minik avtomobillərinin istehsalı 18,3% azalıb, avtobus istehsalı isə 4,3 dəfə artıb
İyunun 19-da gözlənilən hava şəraiti
Ən çox oxunanlar
"İqtisadi inkişafımızla bağlı hər hansı çətinliklər gözləmirik"
Azərbaycan neftinin son qiyməti
METAK və VFK Azərbaycanda ilk polistirol qablaşdırma istehsalının yaradılması üzrə əməkdaşlıq sazişi imzalayıblar
"Rabitəbank" 10 milyon dollarlıq saziş imzalayıb
Kapital Bank-dan böyük istiqraz emissiyası: investorlara aylıq faiz ödənişi ediləcək
























