Hesab.az-dan 14 AZN məbləğində cashback kampaniyası!
(®) Hesab.az onlayn xidmətlər platforması Mastercard ilə birgə möhtəşəm cashback kampaniyasına start verib.
Sevindirən və sərfəli kampaniyalarla daim diqqət çəkən GoldenPay/Hesab.az, istifadəçilərinə özəl 2021-ci ilin son qazandıran kampaniyasını başladıb. Kampaniya 16 Dekabr 2021-ci ildən etibarən başlayıb və 3 ay boyunca davam edəcək.
Kampaniyada Hesab.az platformasında Masterpass sistemində saxlanılan MasterCard və ya Maestro kartları ilə Avtomatik ödəniş daxil edən yeni və ya mövcud istifadəçilər iştirak edəcək və 7 AZN məbləğində cashback qazanacaq. Bütün istifadəçilərə kampaniyada 2 dəfə iştirak edib qalib olmaq haqqı verilir.
Kampaniyaya kommunal, mobil, internet, kabel TV, stasionar telefon, bank və ya mağaza kreditləri bölmələri üzrə daxil edilən Avtomatik ödənişlər daxildir. Bu zaman istifadəçilər hər biri ən azı 10 AZN məbləğində olmaqla, borca və ya qrafikə görə Təkrarlanan Avtomatik ödəniş təyin edəcək. Qaliblər hər Avtomatik ödəniş üçün ilk ay 2 AZN, ikinci ay 2 AZN, üçüncü ay isə, 3 AZN cashback əldə edəcək.
Bu minvalla bütün qaliblər kampaniyada iştirak etməklə hər ödənişdən 7 AZN, toplam isə 14 AZN cashback qazanmış olacaqlar. Kampaniya şərtlərinə uyğun Avtomatik ödəniş daxil edən Hesab.az istifadəçilərinin cashback-i ödənişdən sonra Hesab Koin hesablarına AZN nominalında köçürüləcəkdir.
Kampaniya haqqında daha ətraflı: https://hesab.az/#/masterpass
Avtomatik ödənişin necə əlavə edilməsini bilmək üçün: https://bit.ly/3msA6WX
Hesab Koinlər haqqında daha ətraflı: https://bit.ly/3m6S554
GoldenPay/Hesab.az şirkətinin fəaliyyəti və kampaniya haqqında daha ətraflı məlumatı www.hesab.az saytından, *0713 Çağrı Mərkəzindən və ya platformanın rəsmi sosial media səhifələrindən əldə etmək olar.
Hesab.az-ın rəsmi facebook səhifəsi: facebook.com/hesabaz
Hesab.az-ın rəsmi instagram səhifəsi: instagram.com/hesabaz/
Azərbaycanda ən böyük onlayn ödəmələr şirkəti GoldenPay 2007-ci ilin iyul ayında yaradılıb. Şirkət texniki işlərin yekunlaşması, “Visa” və “MasterCard” beynəlxalq ödəniş sistemlərindən müvafiq sertifikatların alınmasından sonra 2008-ci ilin dekabr ayında fəaliyyətə başlayıb.
2011-ci ilin aprel ayında GoldenPay şirkəti Hesab.az - Azərbaycanın ən böyük onlayn xidmətlər platformasını yaradıb. Hesab.az-da müxtəlif kommunal, stasionar və mobil rabitə, internet, bank kreditlərinin ödənişi, onlayn sığorta, kinoteatra bilet və sair xidmətlərin alışı /ödənişi mümkündür.
Müştərilərin xəbərləri
METAK və VFK Azərbaycanda ilk polistirol qablaşdırma istehsalının yaradılması üzrə əməkdaşlıq sazişi imzalayıblar
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
1 gün sonra
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
- 15 d. əvvəl
-
-
18 d. əvvəl
500 mindən çox sənədsiz evlər üçün amnistiya elan edilməsi təklif olunub
- 19 d. əvvəl
-
20 d. əvvəl
Malların anbarlarda saxlanılması gömrük orqanının icazəsi ilə həyata keçiriləcək
-
42 d. əvvəl
Dubayda əmlak almaq üçün yeni fürsət: Bakıdan xüsusi təqdimat keçiriləcək
-
43 d. əvvəl
“Veysəloğlu” və “Şölen” gələcək biznes imkanlarını müzakirə edib
- 46 d. əvvəl
-
1 saat əvvəl
“Cibpay” və “Multi Solutions” şirkətlərinin ödəniş təşkilatı lisenziyaları ləğv edilib
- 1 saat əvvəl
-
1 saat əvvəl
Startaplar üçün keçirilən müsabiqənin qalibləri açıqlandı - ADLARI
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
“Bank of Baku”da növbədənkənar yığıncaq keçiriləcək
Startaplar üçün keçirilən müsabiqənin qalibləri açıqlandı - ADLARI
Ən çox oxunanlar
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
Apple Intel ilə işləməyə razılaşdıqdan sonra, Intel-in səhmləri 10% bahalaşaraq rekord səviyyəyə çatıb
Yaponiya və Cənubi Koreya birjaları rekord qırdı, dollar 13 aylıq maksimuma yaxınlaşdı
“Gəncə Aqro 2”nin xalis mənfəəti 34% azalıb
Rəsmi məzənnələr açıqlandı



























