Veysəloğlu Şirkətlər Qrupu “YAŞAT” Fonduna 30.000 AZN ianə edib
(®) Veysəloğlu Şirkətlər Qrupu vətən uğrunda yaralananların və şəhid ailələrinin təminatına dəstək məqsədilə yaradılmış “YAŞAT” Fonduna 30.000 manat ianə edib. İ
anə Veysəloğlu Şirkətlər Qrupu və Azərbaycan Rəssamlar İttifaqının təşkilatçılığı, “YAŞAT” Fondunun tərəfdaşlığı ilə keçirilən “Qayıdış” Qəhrəmanlara Dəstək sərgisindən əldə edilib.
Sərgidə müxtəlif mövzuları əhatə edən 50-yə yaxın əsər nümayiş olunub. Əsərlərin satışından əldə edilən gəlirin 30 faizi rəsm əsərlərinin müəlliflərinin hesabına köçürülüb. Ziyarətçilərin ən çox marağını cəlb edən əsərlərin müəlliflərinə (Röya Həsənova, Təranə Seyid və Nəzrin Xələfova) diplomlar təqdim edilib.
Qeyd edək ki, 44 günlük Vətən müharibəsi dövründə Şirkətlər Qrupu tərəfindən Silahlı Qüvvələrə Yardım Fonduna və “YAŞAT” Fonduna ümumilikdə 2 milyon AZN vəsait köçürülüb. Bundan əlavə, qrupa daxil olan şirkətlər (“Veysəloğlu” MMC, “Araz” supermarketlər şəbəkəsi, “OBA” marketlər şəbəkəsi, “Ulduz” Şokolad Fabriki, “AVT LOGİSTİKA” MMC, “V-Trade” şirkəti, “VG” şirkəti, “Vesta-Horeca” şirkəti, “Xonça” Fabriki) tərəfindən müdafiə xarakterli obyektlərin möhkəmləndirilməsi üçün texnika və vasitələr hərbi hissələrə və müvafiq dövlət strukturlarına təhvil verilib.
Müştərilərin xəbərləri
Subway Azərbaycan bazarına daxil oldu: şirkətin EMEA regionu üzrə rəhbərliyi planlar haqqında danışdı - FOTO
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
1 gün sonra
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
-
59 d. əvvəl
Botanica Residence-in rəsmi təqdimatı baş tutdu: Təbiət və şəhər həyatının harmoniyası
-
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
"İstehsal tələbdən yüksək olduğu üçün Azərbaycanda yumurta ucuzlaşır"
- 1 saat əvvəl
-
2 saat əvvəl
QDTİB-nin Bakıda keçiriləcək İllik Toplantısı üzrə hazırlıq işləri müzakirə olunub
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Quş qripi yumurta qiymətlərini artırdı: Cənubi Koreya yumurta böhranına qarşı idxala başlayır
-
2 saat əvvəl
Medianın İnkişafı Agentliyi və Audiovizual Şuranın əsasında Media və Yayım Şurası yaradılır
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
Rosneft: Hasilata görə dünyada ikinci yerimizi qoruyuruq
Ən çox oxunanlar
İyunun 20-nin hava proqnozu - 39° isti gözlənilir
Quş qripi yumurta qiymətlərini artırdı: Cənubi Koreya yumurta böhranına qarşı idxala başlayır
Azercell-in “Premium” abunəçilərinə Atəşgah Sığorta-dan 20% endirim


























