Zəmanət ilə sahibkarlara 248 milyon manatdan çox kredit verilib
Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondu fəaliyyət istiqamətlərinə uyğun olaraq kredit-zəmanət mexanizmi çərçivəsində ölkədə biznes mühitinin dəstəklənməsi, habelə sahibkarlığın, xüsusilə kiçik və orta sahibkarlığın inkişafı istiqamətində həyata keçirilən tədbirləri davam etdirir.
Fondun yaydığı məlumatda bildirilir ki, cari il ərzində zəmanət verilmiş kreditlərin orta məbləği 722 000 manat, orta müddəti 32 ay təşkil edib. Ümumilikdə, bugünədək Fondun zəmanəti ilə sahibkarlara müvəkkil banklar tərəfindən verilən kreditlərin məbləği 248 milyon manatı ötüb. Bu kreditlər vasitəsilə biznes layihələrinin maliyyələşməsi hesabına 3300-dən çox yeni iş yerinin açılmasına şərait yaradılıb.
Zəmanət verilmiş kreditlər iqtisadiyyatın əksər sahələrini əhatə etməklə, əsas etibarilə qida sənayesi məhsullarının istehsalı, kənd təsərrüfatı, ticarət xidmətləri, maşın və avadanlıq istehsalı, eləcə də digər sənaye məhsullarının istehsalı və emalı sahələrinə təqdim olunub.
Sahibkarların maliyyə resurslarına çıxış imkanlarının artırılması və ödəniş yükünün azaldılması məqsədilə dövlət büdcəsindən ayrılmış vəsaitlər hesabına Fond tərəfindən 2019-2021-ci illərdə sahibkarlıq kreditlərinə hesablanmış faizlərə görə 21 milyon manat məbləğində subsidiyanın verilməsi təmin edilib. Dövlət dəstəyi hesabına verilmiş subsidiyalar nəticəsində borcalanlara verilmiş sahibkarlıq kreditləri üzrə orta illik faiz dərəcəsi 6,5%-dək azaldılıb. Fond tərəfindən 2022-ci ildə də sahibkarların banklardan manatla aldıqları kreditlər üzrə hesablanmış faizlərə görə Fond tərəfindən subsidiya dəstəyinin tətbiqi davam etdiriləcək.
Sahibkarların, o cümlədən müvəkkil bankların mexanizmdən rahat istifadəsinin təmin edilməsi və müraciətlərə baxılmasının sürətləndirilməsi məqsədilə kreditlər üzrə zəmanətlərin verilməsi prosesi “Elektron ipoteka və kredit zəmanət“ sistemi çərçivəsində avtomatlaşdırılıb, zəmanətlə bağlı tələb olunan sənədlərin siyahısı optimallaşdırılıb.
Ölkədə biznes mühitinin yaxşılaşdırılması dövlətin iqtisadi siyasətinin əsas prioritetlərindən olduğundan, Fond tərəfindən bu sahədə davamlı olaraq qanunvericiliyin təkmilləşdirilməsi, maliyyə resurslarının əlçatanlığının artırılması və digər dəstəkləyici mexanizmlərin tətbiq olunması istiqamətində müvafiq tədbirlər davam etdirilir.
Müştərilərin xəbərləri
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 3 gün sonra
-
17 d. əvvəl
"Hilal Elektrik" dünya brendi "AKSA Generator" ilə sərgidə olacaq
-
-
22 d. əvvəl
Layihələrdə gizli risklərə son: "STV Engineering" sərgidə yeni həllərini təqdim edəcək
- 23 d. əvvəl
- 10 saat əvvəl
-
10 saat əvvəl
KİV: ABŞ və İran arasında anlaşma memorandumu elektron formatda imzalanıb
-
10 saat əvvəl
"Salesforce" süni intellekt şirkəti "Fin"i 3,6 milyard dollara satın alır
-
12 saat əvvəl
Tramp: Neft tankerləri Hörmüz boğazından keçməyə başlayıblar
- 13 saat əvvəl
- 17 saat əvvəl
-
17 saat əvvəl
"Auto Azərbaycan"dan intellektual addım: Müştərilər arasında şahmat turniri keçirildi
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
"Hilal Elektrik" dünya brendi "AKSA Generator" ilə sərgidə olacaq
Tramp: İyunun 19-da Hörmüz boğazı tam açılacaq
Tramp: Neft tankerləri Hörmüz boğazından keçməyə başlayıblar
Ən çox oxunanlar
İyunun 16-dan “Bonus-Malus” sistemi ləğv edilir
Aqrar sığorta ildırım zərərini də qarşılayır
"Auto Azərbaycan"dan intellektual addım: Müştərilər arasında şahmat turniri keçirildi
İyunun 16-da gözlənilən hava şəraiti
Ermənistana Azərbaycandan keçməklə 7 vaqon buğda göndəriləcək
Hörmüzdə nəqliyyatın normallaşması aylar çəkə bilər




















