Prezident Səudiyyənin nümayəndə heyətini qəbul edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 13-də Səudiyyə Ərəbistanı Krallığının energetika naziri, şahzadə Əbdül Əziz bin Salman Əl-Səudun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Qonaqları salamlayan Prezident İlham Əliyev deyib:
- Cənab nazir, bir daha xoş gəlmisiniz. Mən həqiqətən çox məmnunam ki, siz gəlib bizim ölkəmiz, tərəfdaşlığımız, qardaşlıq münasibətlərimiz üçün mühüm olan bu tədbirdə iştirak etməyə vaxt tapmısınız. Bir daha sizdən Əlahəzrət Krala və Əlahəzrət vəliəhd şahzadəyə ən xoş salamlarımı çatdırmağı xahiş etmək istərdim.
Mən sizin ölkənin rəhbərləri ilə görüşlərimi və qardaş Səudiyyə Ərəbistanına çoxsaylı səfərlərim zamanı mənə göstərilən böyük qonaqpərvərliyi xatırlayıram. Çıxışımda qeyd etdiyim kimi, işğal illərində Səudiyyə Ərəbistanının Azərbaycana göstərdiyi davamlı dəstəyə görə minnətdarlığımı bildirmək istərdim. Biz bunu həqiqətən də yüksək qiymətləndiririk və əsl qardaşlıq, həmrəylik göstəricisi və həqiqi dəstək göstəricisi hesab edirik. Əlbəttə ki, bizim beynəlxalq təşkilatlarda, BMT-də, İslam Əməkdaşlıq Təşkilatında torpaqlarımızın işğalı ilə bağlı ədalətin bərpasına yönəlmiş birgə səylərimiz Azərbaycan xalqı tərəfindən yüksək qiymətləndirilir. Torpaqlarımızın işğaldan azad olunması indi ölkə üçün yeni imkan, regionda nəhəng geosiyasi dəyişiklikdir. Bizim İkinci Qarabağ müharibəsindəki Qələbəmiz regional əməkdaşlıq, o cümlədən elektrik enerjisi istehsalı, xüsusilə bərpaolunan enerji sahəsində əməkdaşlıq üçün yeni imkanlar açır. Mən artıq planlarımız, potensial barədə danışdım. Hesab edirəm ki, biz artıq bu mühüm infrastruktur layihəsinin icrası zamanı gələcəyə baxaraq, nəhəng potensialımızdan istifadə edərək maksimal dərəcədə səylərimizin necə əlaqələndirilməsini nəzərdən keçirə bilərik. Çox şadam ki, bizim nazirlə sizin yaxın münasibətləriniz var. O, mənə OPEC+ formatında və ikitərəfli əlaqələr sahəsində sizin təmaslarınız haqqında müntəzəm olaraq məlumat verir.
Mən investorları cəlb etmək məqsədimizə nail olduğumuzu yüksək qiymətləndirirəm və bu investorun bu sahədə dünyada ən aparıcı şirkətlərdən biri və qardaş ölkədən olması məni şəxsən sevindirir. Bu, bizim üçün və gələcək əməkdaşlığımız üçün çox önəmlidir. Əminəm ki, sizin bizi ziyarət etmək üçün daha çox vaxtınız olacaq. Qeyd etdiyiniz kimi bu, sizin Azərbaycana ilk səfərinizdir. Ümidvaram ki, biz sizi daha da çox görəcəyik. Bir daha xoş gəlmisiniz.
Səudiyyə Ərəbistanı Krallığının energetika naziri, şahzadə Əbdül Əziz bin Salman Əl-Səud ölkəmizə səfərindən məmnunluq hissi keçirdiyini deyib. Qonaq özünün və rəhbərlik etdiyi nümayəndə heyətinin Bakıda fəal çalışdıqlarını vurğulayaraq qarşılıqlı əməkdaşlığın daha da genişlənəcəyini bildirib. Əbdül Əziz bin Salman Əl-Səud yaxın vaxtlarda daha geniş əlaqələri əks etdirən əməkdaşlıq müqaviləsi layihəsinin təqdim olunacağına ümidvarlığını ifadə edib.
Səudiyyə Ərəbistanı Krallığının energetika naziri əlaqalərimizin uğurla inkişaf etdiyini bildirərək "Xızı-Abşeron" Külək Elektrik Stansiyasının təməlqoyma mərasiminin əhəmiyyətini vurğulayıb, səmərəlilik, bərpa olunan enerji mənbələri və digər aspektlər üzrə baxışlarımızın üst-üstə düşdüyünü məmnunluqla bildirib.
Müştərilərin xəbərləri
Birbank-dan hərbçilərə özəl sərfəli kredit təklifi: Hər 10 000 AZN kreditə aylıq 300 AZN-dən başlayan ödəniş
SON XƏBƏRLƏR
- 6 gün sonra
-
3 d. əvvəl
Mərkəzi Bank faiz qərarlarının ictimaiyyətə açıqlanması qrafikinə dəyişiklik edib
-
6 d. əvvəl
Nağd xarici valyutanın alışı satışını 311 milyon dollar üstələyib
-
-
16 d. əvvəl
Mərkəzi Bank: Valyuta hərraclarında bankların tələbi azalıb, alışyönlü müdaxilə həyata keçirilib
- 21 d. əvvəl
- 24 d. əvvəl
- 28 d. əvvəl
- 32 d. əvvəl
-
33 d. əvvəl
Milli Məclisə “Balıqçılıq haqqında” qanun layihəsi daxil olub
- 52 d. əvvəl
-
54 d. əvvəl
İnternet provayderləri üçün kibertəhlükəsizlik sahəsində yeni öhdəliklər müəyyən edilir
-
57 d. əvvəl
Bakı–Tbilisi-Bakı qatarında aktiv bilet satışı dövrü 90 günə çatdırılacaq
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Nağd xarici valyutanın alışı satışını 311 milyon dollar üstələyib
Bank ABB Xankəndidə Çağrı Mərkəzi yaradır
“Toxumçuluq haqqında” qanun layihəsi hazırlanıb
Milli Məclisə “Balıqçılıq haqqında” qanun layihəsi daxil olub
Ən çox oxunanlar
Azərbaycanda beynəlxalq sığorta forumu keçirilir
İnternet provayderləri üçün kibertəhlükəsizlik sahəsində yeni öhdəliklər müəyyən edilir
Azərbaycan Dəmir Yolları Bakı-Tbilisi-Bakı marşrutu üzrə bilet satışı ilə bağlı iddialara cavab verdi
Büdcə təşkilatlarına metodiki dəstəyin göstərilməsi üçün “Xəzinə Bələdçisi” hazırlanıb
Azərbaycan neftinin son qiyməti
Neft ucuzlaşmaqda davam edir





























